Bakıdan İrəvana uçan təyyarənin izində Biri çıxıb həqiqətləri danışacaqmı?

Analitika 17:01 20.10.2021

Mels Ambardanyan,  Rafik Karapetyan,  Zhora Manukyan, Sedrak Soqomonyan, Hovsep Manukyan.

Kimdir bu 5 erməni?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları.

Nə üçün Azərbaycan sərhədlərini pozmuşdular?

Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmək.

Azərbaycan məhkəməsi bu terrorçular haqqında hansı hökmü çıxarmışdı?

6 il azadlıqdan məhrumetmə...

Amma dünən onlar azad edildilər. Dünən axşam Bakıdan İrəvana uçan təyyarədə 6 il həbs cəzası almış erməni diversantlarının nə işi vardı? Azərbaycan nə üçün vətəndaşlarına qarşı terror əməliyyatları törətməkdə şübhəli bilinən diversantları Ermənistana qaytardı? Ən əsası Azərbaycan xalqına niyə bu məsələylə bağlı heç bir dövlət qurumu konkret bir açıqlama vermədi?

Əlbəttə, hamı Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin əldə olunması üçün aparılan danışıqları müsbət qarşılayır, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağdakı qanunsuz hərbi birləşmələrini geri çəkməsi və Zəngəzur dəhlizini Azərbaycanın istismarına verməsi müqabilində 30 illik münaqişəni tarix qəbristanlığında basdırmağı təqdir edir və dəstəkləyir. Həmçinin, heç kim erməni hökumətindən minalanmış ərazilərin xəritələri və ya hansısa ərazilərdən geri çəkilmə müqabilində ölkəmizdəki terrorçuları qaytarılmasına sevinməsə də, ən azından anlayır, başa düşür və ya başa düşməyə çalışır. Lakin bunun üçün insanlara məlumat verilməli, başa salınmalıdır...

Hökumətlərin ən vacib funksiyası xalqın iradəsinə və arzusunu nəzərə alaraq qərarlar qəbul etməsi, addımlar atmasıdır. Buna görə də demokratik prinsiplərə görə, hökumət xalq qarşısında atdığı addımla bağlı hesabat verməlidir. Xüsusən də, erməni diversantlarının təhvil verilməsi kimi incə bir məsələdə.

Xalqa qarşı hesabatlı olmaq xalqla uzlaşmaq, mövcud problemlərin həllində onunla əməkdaşlıq etmək imkanlarını hökumətə qazandırır. Lakin görünür, Azərbaycanda bəzi qurumların rəhbərləri xalqa hesabat verməyə ərinir, sanki bunu özünə yaraşdırmır. Vətən müharibəsi zamanı bəzi məsələlərin açıqlanmaması, hərbi sirr kimi saxlanılması başa düşülən və hətta labüd, məcburi idi. Buna da heç kim etiraz etmirdi. Və sözün həqiqi mənasında Azərbaycandakı siyasi iqtidar xalqa arxalanır və xalqdan dəstək alır. Müharibə dövrü və sonrasında müxalifətçisindən YAP-çısına qədər bir xalq olaraq azərbaycanlıların dövlət başçısına etimad və dəstək göstərməsi bunu əyani sübuta yetirir.

Amma bu gün əli silahlı xalqın üzərinə gələn zaman həbs edilən, Azərbaycan xalqına qarşı terror əməliyyatları törədən və ya törətməkdə şübhəli bilinərək xalqın gözü qarşısında mühakimə edilərək, cəza kəsilən terrorçular xalqa heç bir izahat verilmədən gecənin bir yarısı Ermənistana göndərilir. Biz susuruq, heç bir məlumat vermirik.  Ermənistan Müdafiə naziri tezliklə daha 15-ə yaxın şəxsin geri qayıdacağını söyləyir. Yenə susuruq, heç bir məlumat vermirik.

Doğrudanmı məlumat verməyə məsul olan şəxslər bu addımın nə üçün və hansı məqsədlərlə atıldığını dövlət sirri hesab edirlər? Məlumatları gizlətməklə, insanlar arasında çaşqınlıq, inamsızlıq yaratdıqlarını, müxtəlif söz-söhbətə səbəb olduqlarını anlamırlar? Yoxsa bunu da ölkə başçısı etməlidir?

Xalqın inamı və dəstəyinin davamlı olması üçün hesabatlılıq prinsipinin icrası zəruridir. Dövlət başçısı bu prinsipə tam riayət edir və hər çıxışında, hər bəyanatına Ermənistanla danışıqlardan tutmuş, Rusiya və İranla yaşanan problemlərə qədər hər xırda detalı xalqa açıqlayır və bununla da öz siyasi xəttini xalqa təqdim edir. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Baş Prokurorluq və Hərbi prokurorluq kimi qurumların da erməni terrorçularının qaytarılması ilə bağlı xalqa dövlət başçısı kimi hesabat verməsi zəruridir.

Dövlət başçısından nümunə götürərək, xalqa doğru gedin...

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Hamısı