Bəzi qüvvələr zidd olsa da, Zəngəzur dəhlizinin açılması labüddür Siyasi ekspert

Analitika 13:59 21.10.2021

İkinci Qarabağ savaşından sonra bölgə ölkələrinin kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi baxımından prioritet məsələ kimi qalan Zəngəzur dəhlizi barədə danışıqlar prosesi ağır, lakin qətiyyətli şəkildə davam etdirilir. 

Əslində tam bir əsrlik zamanı əhatə edən Zəngəzurun mübahisəli tarixi, müharibədən bir il sonra dəhlizin açılması ilə əlaqədar işlərin müsbətə doğru gedişatı ilə müqayisədə ölçüyəgəlməzdir. Vaxtilə Azərbaycan türklərinin yaşayış məskəni olan qərbi Zəngəzur, 1920-ci ildə Sovet hökuməti tərəfindən ərazi bölgüsü zamanı Ermənistana birləşdirilib və münaqişədən sonra Naxçıvanla Azərbaycan arasında quru yolun kəsilməsinə səbəb olub. Bununla da Sovet Rusiyası həm də Azərbaycanın can qardaşı Türkiyə ilə rabitəsini qırmış oldu. Təxminən 45 km olan Zəngəzur dəhlizi üzərində uzun illər əvvəl tikilən dəmir yolu əsas nəqliyyat vasitəsi rolu oynayıb. Azərbaycanın inzibati rayonu olan Zəngilanın Mincivan ərazisindən başlayan həmin dəmir yolu birbaşa Naxçıvana qədər uzanırdı. 

Ötən gün ölkə başçısının Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ifadə etdiyi fikirlər məhz Zəngəzurun can damarı olan həmin kommunikasiya xəttinin yenidən bərpasına bir işarə idi. Prezident İlham Əliyev Zəngilanda hava limanının da açılması ilə həmin ərazinin Zəngəzur dəhlizi üçün bir logistika qapısı rolunu oynayacağını bildirib: “Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.  

Bəs görəsən qarşı tərəf bu barədə hansı cavab addımlarını atır. Ermənistanda dövlət siyasətinə zidd gedən bəzi tərəflərin etiraz tipli rəylərinə baxmayaraq rəhbərlik bu barədə müsbət fikirlər söyləməyə başlayıb. Bu xüsusda Ermənistan Baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin onlayn görüşü zamanı, Türkiyə ilə Azərbaycan arasında yeni bir əlaqə təmin edəcək Zəngəzur dəhlizinin açılacağını işarə edən bəyanatı diqqətçəkəndir. Ümumiyyətlə, Paşinyan yaxın zamanda Ermənistanla Azərbaycan arasında regional ünsiyyətin açılması ilə bağlı konkret nəticələr əldə olunacağından çox ümidvardır. O, öz növbəsində Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət, üçtərəfli qrupun yaxın gələcəkdə konkret nəticələr əldə edəcəyini, habelə nəqliyyat kanallarının açması üçün səylə çalışdığını bildirib. 

Bəs bu proseslər, həmçinin dəhlizin açılması üçün əldə ediləcək irəliləyiş hansı formada həyata keçiriləcək? Digər iki tərəf – Rusiya və Ermənistan 10 noyabr razılaşmasından sonra üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirəcəkmi? 

Məsələ ilə bağlı ATLAS araşdırmalar mərkəzinin siyasi analitiki Samir Hümbətov EDNews.net-ə açıqlama verib. 

“Zəngəzur dəhlizinin açılması təbii ki, ikinci Qarabağ müharibəsinin bitməsindən sonra imzalanan 10 noyabr 2020-ci il, və 11 yanvar 2021-ci il üçtərəfli bəyannaməsi şərtlərində xüsusi olaraq qeyd olunub. Lakin məsələ burasındadır ki, Ermənistan ictimaiyyəti hələ də müharibənin vurduğu travmadan yaxa qurtara bilmir. Bu səbəbdən də görünən budur ki, pərdəarxası danışıqlarda – həm Putin-Paşinyan görüşündə, həm də Putin-Əliyev görüşündə danışıqların əsas predmeti olaraq Ermənistan cəmiyyətini bu proseslərə hazırlamaq məsələsi müzakirə olunub. Çünki artıq Azərbaycan yetərincə addımlar atıb və həm 10 noyabr 2020, həm də 11 yanvar 2021 bəyannaməsi şərtlərini icra edir. Burada əsas öhdəlik Ermənistanla Rusiyanın üzərində dayanır”.

Siyasi şərhçi həmçinin dəhlizin açılmasında tərəflərin maraqları məsələsinə də toxunub.  

“Təbii ki, Rusiyanın burada qazancı çoxdur. Lakin qazancı olduğu qədər də onun milli maraqlarına, o cümlədən xarici dövlət strategiyasına zidd olan detallar da var. Məsələ burasındadır ki, artıq müqavilə imzalanıb və müqavilənin şərtlərinin yerinə yetirməsi labüddür. Amma bunun nə zaman və hansı formada yerinə yetiriləcəyi daha önəmlidir. Onu da xüsusilə qeyd etməliyəm ki, artıq Ermənistan cəmiyyəti yavaş-yavaş atılan addımlardan vəziyyətin gedişatının hansı istiqamətə getdiyindən xəbərdar olmağa başlayıb. Yəni Paşinyan ölkəsində vəziyyəti nəzarətə almaqla özünün də şəxsən imzaladığı üçtərəfli bəyannaməni icra etməyə çalışır. Və bu istiqamətdə biz son günlər müsbət siqnallar alırıq. 

Bu dəhlizin açılması prosesində hansı maraqlı tərəflər var, hansı beynəlxalq və regional aktorlar var və onların maraqları nədən ibarətdir? Birincisi, burada regional aktor olaraq əsas qarşıda duran vəzifələrin icrasında məsul olan tərəflər Rusiya və Türkiyədir. İran təbii ki, bu məsələdə Azərbaycana qarşı əks münasibət göstərir və dəhlizin açılmasının tərəfdarı deyil. Buna baxmayaraq Ermənistan məcburi şəkildə Rusiyanın diktəsi ilə də olsa bu proseslərin gedişatına töhfə verməyə məcbur olacaq.

Bundan əlavə, burada Çin faktoru da var. Bildiyimiz kimi “Bir Kəmər-Bir Yol” layihəsinin həyata keçirilməsində əsas təminatçı və iştirakçı ölkə Çindir. Çin də bu layihənin həyata keçirilməsində bütün gücü ilə imkanlarını ortaya qoyur. Çinin burada həm Ermənistan tərəfinə çağırışları var, həm Rusiyaya təzyiqləri var, həm də Çin Azərbaycana bu sahədə dəstək göstərir”. 

Samir Hümbətov həmçinin Ermənistan daxilində ictimaiyyətə təsir göstərən tərəflərin dəhlizin açılmasına müəyyən mənfi təsirlərindən də söz açıb. 

“Ermənistanda hazırda cəmiyyət iki yerə parçalanıb. Bir tərəf Paşinyanı dəstəkləyən qüvvələr, hansı ki dəhlizin açılmasının tərəfdarıdır və dəhlizin açılması ilə ölkənin iqtisadiyyatının dirçələcəyinə inanır, digər tərəf isə qarşı tərəfin fikirlərinə müxalif olan tərəfdir ki, onlar ölkənin daha da çətin vəziyyətə düşəcəyini və yaxud da Ermənistanın həm Azərbaycan, həm də Türkiyədən asılı olacağını düşünür. Lakin bütün bunlara baxmayaraq, həmçinin həm infrastruktur, həm də dəhliz boyu təhlükəsizliyin təminatı baxımından proseslər bir qədər zaman alsa da, Zəngəzur dəhlizinin açılması labüddür”. 

Elnur Ənvəroğlu 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Hamısı