Ermənistan demilitarizasiya zonasını sərhəddə deyil, öz ərazisi daxilində yarada bilər Ekspert rəyi

Analitika 16:05 22.10.2021

ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Armen Tonoyanın Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə vəziyyətin sabitləşməsi üçün irəli sürdüyü təklifi dəstəkləyib.

Qeyd edək ki, hüquq müdafiəçisi Armen Tonoyan Ermənistan-Azərbaycan sərhədində demilitirizasiya zonasının yaradılmasını təklif etmişdi. Tonayan sərhəddə belə bir zonanın yaradılması üçün erməni kəndləri yaxınlığında mövqe tutan Azərbaycan qüvvələrinin geri çəkilməsinin vacibliyini vurğulayıb.

Tonoyanın təklifinə münasibət bildirin sabiq səfir demilitirizasiya zonasının bölgədə Ermənistan və Azərbaycan sərhəd qüvvələri arasında gərginliyin azaldılmasının yeganə yolu olduğunu bildirib.

Xatırladaq ki, Paşinyan hökuməti dəfələrlə Ermənistan-Azərbaycan sərhədində neytral təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklif irəli sürüb. Onlar hesab edirlər ki, Ermənistan və Azərbaycan hərbi qüvvələri sərhəd ərazilərindən geri çəkilməli və bölgədə təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməsinə ehtiyac var.

Maraqlıdır, ümumiyyətlə Ermənistan-Azərbaycanla sərhədində demilitirizasiya zonasının yaradılması ehtimalı varmı?  ABŞ və Rusiya təhlükəsizlik zonası məsələsində nə dərəcədə israrlı ola bilərlər?

Məsələ ilə bağlı EDNews.net-ə açıqlama verən Topçubaşov analitik mərkəzinin həmtəsisçisi Rusif Hüseynovun sözlərinə görə, Azərbaycan hökumətinin Ermənistanla sərhəddə demilitirizasiya və təhlükəsizlik zonanın yaradılması ilə bağlı razılığa gəlməsi üçün heç bir stimul yoxdur.

"44 günlük müharibədən sonra beynəlxalq səviyyədə tanınan sərhədlərinə nəzarəti təmin edə bilən rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində demilitirizasiya zonasının yaradılmasında maraqlı olmaya bilər. Ərazi bütövlüyünün və sərhədlərin tam təmin edilməsi Azərbaycan üçün hələ yeni bir durumdur. Bu səbəbdən Azərbaycan tərəfinin sərhəddə demilitirizasiya və təhlükəsizlik zonası barədə razılığa gəlməsi üçün stimul yoxdur. Ancaq Ermənistan tərəfinin bu istiqamətdə müsbət addımlar atdığı təqdirdə müəyyən stimullar yarana bilər”, - deyə Hüseynov bildirib.

Hüseynov Ermənistan və Azərbaycan arasında neytral sərhəd zonasının yaradılmasının iki ölkə arasında gələcək sülh sazişi ilə bağlı danışıqlarda əsas məsələ olmaq ehtimalını da vurğulayıb.

"Demilitirizasiya və təhlükəsizlik zonası ilə bağlı hər hansı bir danışıq üçün ilkin şərt sülh müqaviləsinin imzalanması və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ola bilər", - deyə o qeyd edib.

Digər önəmli məqam isə ATƏT-in Minsk Qrupunun Ermənistanın demilitirizasiya təklifinə münasibətidir. Ekspertlər həmsədrlərin bu məsələdə israrlı ola biləcəklərini istisna etmirlər. Onlara görə, Minsk Qrupu neytral zona məsələsini Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoymaq üçün sülh razılaşmasına daxil edə bilərlər.

Lakin TRT Dünya Araşdırma Mərkəzində regional tədqiqatlar üzrə ekspert olan Turan Qafarlı demilitarizasiya zonasının Azərbaycanla sərhəddə deyil, yalnız Ermənistan daxilində mümkün olacağına hesab edib. Ekspertə görə, Moskva və Vaşinqtonun bu məsələdə israrlı olması inandırıcı görünmür.

"Düşünmürəm ki, ABŞ və Rusiya Azərbaycanla sərhəddə delimitirizasiya zonası məsələsində israrlı ola bilərlər. Demilitarizasiya zonasının yaradılması ilə bağlı ideya ortalığa atılsa belə, bu, Azərbaycanla sərhəddə deyil, Ermənistanın daxilində olmalıdır”, - Qafarlı bildirib.

"Onu da bilirik ki, Ermənistan hökuməti Rusiya ordusunun Türkiyə ilə sərhədi qoruduğu kimi Azərbaycanla da sərhədini qorumasını istəyir. Demilitarizasiya zonasının yaradılması ABŞ və Rusiyaya heç bir müsbət şey verməyəcək. Hətta, hesab edirəm ki, Rusiya bu məsələdə maraqlı olmayacaq”, - deyə o əlavə edib.

Qafarlı bir vacib məqamı da vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda Rusiya əsgərlərinin olmaması və Azərbaycan və Ermənistan arasında regional kommunikasiyaların açılması regionda sülh və sabitlik üçün daha faydalı ola bilər.

"Hər halda bütün bu məsələlər son sülh müqaviləsinin detallarıdır. Azərbaycan ordusunun erməni kəndlərini nəzarət etdiyini iddia etmək absurddur. Çünki, bu kəndləri birləşdirən bağlantılar və yollar Azərbaycanın suveren ərazisindən keçir. Demarkasiya proseslərindən sonra bu məsələ tam həllini tapacaq”, - deyə Qafarlı tamamlayıb.

Yunis Abdullayev 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Hamısı