Putinin xəritələri masada nələr var, tərəflər nədə razılaşmır?

Analitika 16:53 22.10.2021

Putinin “Valday” klubunda çıxışı Bakı və İrəvan arasında Moskva vasitəsilə qurulan masadakı prioritetləri aydınlaşdırır:

- Azərbaycan Zəngəzur dəhlizini istəyir: Putin bunun Ermənistan üçün ilkin vəzifələrdən biri olduğunu deyir;
- Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda – blokadadan çıxmaqda maraqlıdır;

Bu o deməkdir ki, İrəvana blokadadan çıxmaq üçün əsas şərt kimi Zəngəzur dəhlizinin açılması irəli sürülüb: bu məsələdə Moskva, Ankara və Bakının gündəliyi eynidir; əlaqələrin qurulması həm də bölgədə uzunmüddətli nizamlanma üçün başlanğıcı olacaq;

Lakin öncə sərhədlərin delimitasiyası reallaşmalıdır: Putinin “indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir.

Bu, Bakının uzunmüddətli nizamlamada başlanğıc şərtidir: kommunikasiyanın açılmasının bütün tərəflərin əsas ehtiyacı olması reallığı Azərbaycanın əlini gücləndirir və sərhədlərin müəyyənləşməsi Qarabağ məsələsində də istəyimizə nail olmağa zəmin yaradacaq.

Sərhəd müqaviləsində razılaşdırılmayan məqam nədir?

Xəritələr: Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri sərhəd məsələsində xəritənin birdən çox olduğunu göstərir. Və tərəflər delimitasiyanın hansı xəritə əsasında aparılması üzərində müzakirə edirlər.

Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”.

Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir. Hərçənd, tərəflərin razılaşmadığı bir neçə məqam ola bilər.

1. Qaragöl: Ermənistan Azərbaycan ordusunun çıxdığı dövlət sərhədindən geri çəkilməsini istəyir;
2. Ermənistan Kəlbəcər istiqamətində zəbt etdiyi ərazilərdən çəkilmək istəmir;
3. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi: Bakının tələbi işğal altındakı bu ərazilərin təhvil verilməsidir;
4. Gədəbəyin Başkənd kəndi: Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən bu kəndi istəyir; Azərbaycan qalib tərəf kimi razılaşmır, yaxud başqa həll yolu təklif edir;

O da istisna deyil ki, Bakı delimitasiyanın 1975-ci ildən öncəki xəritələrə əsasən aparılmasını istəyir.

Bakının Avropa İttifaqını, İrəvanın Minsk qrupunu sərhəd məsələsinə cəlb etmək istəyi də masada alternativ təqdim etmək və əlini gücləndirməyə hesablanmış gediş kimi görünür. Və Putinin “proses Rusiyasız mümkün deyil, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması da həm tərəflərə, həm də üçüncü ölkələrə ünvanlanmış mesaj idi.

Lakin Putinin açıqlaması da göstərir ki, kommunikasiyanın bərpası üçün cari prioritet olaraq sərhədin delimitasiyası həyata keçiriləcək və bu, strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur.

Asif Nərimanlı

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
Hamısı