Ortada qalan 1,4 milyardlıq mübahisə Keçmiş müttəfiqlər məhkəmədə görüşə bilər

Analitika 16:45 22.10.2021

Türkiyə ABŞ-dan F-35 təyyarələrinin əldə edilməsi ilə bağlı yenə problemlə üzləşir. NATO-nun əsas üzv dövlətlərindən biri olan Türkiyə ABŞ-la müştərək F-35 proqramından çıxarıldıqdan sonra ölkənin ehtiyac duyduğu döyüş təyyarələrinin tədarükü ilə bağlı yenidən danışıqlara başlayıb. 

Qeyd edək ki, ABŞ-dan başqa bu proqrama daxil olan Böyük Britaniya, İtaliya, Niderland, Avstraliya, Norveç və Danimarka, eləcə də kənar alıcı kimi çıxış edən İsrail, Yaponiya, Cənubi Koreya, Belçika, Polşa və Sinqapurun bu proqramda iştirak etməsi və ala bilməsinə baxmayaraq, Türkiyə proqramdan kənarda qalıb. İndi isə vaxtilə həm F-16, həm də F-35-lərin alınması üçün böyük məbləğlər ödəyən Türkiyə, ortada bir nəticənin olmadığı üçün ABŞ-dan təzminat tələb edib. Prezident Rəcəb Tayyib Ərdoğan məbləğı açıqlayaraq, Türkiyənin beşinci nəsil qırıcı təyyarələri üçün ABŞ-a ödədiyi 1,4 milyard dolları geri tələb edəcəyini deyib. Ərdoğan həmçinin hazırda ABŞ-la danışıqların aşağı tempdə getdiyini deyib. Lakin o, 1.4 milyard dolların hər hansı bir yolla geri alınacağını da istisna etməyib. 

Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin almasından sonra 2019-cu ilin ortalarında F-35 birgə qırıcı proqramından xaric edilib. ABŞ, Türkiyənin dəyərini ödədiyi 5 ədəd F-35 təyyarəsini verməkdən imtina edib və üstəlik 1,4 milyard dolları geri qaytarmadı.  Bundan əlavə, Türkiyə bu yaxınlarda öz hava qüvvələrini daha da gücləndirmək üçün 40 ədəd F-16 qırıcısı və hazırda bazasında mövcud olan köhnə təyyarələri modernləşdirmək üçün ehtiyat hissənin alınmasını istəyib. Lakin bu da hələ ki, öz nəticəsini verməyib. 

Qarşıda hansı nəticələrin əldə ediləcəyini öyrənmək üçün EDNews.net məsələ ilə bağlı siyasi analitik Teymur Qasımlının şərhini alıb. 

Paşinyana niyə səs verdilər?” - Teymur Qasımlı | Hafta.az

Teymur Qasımlı ilk öncə ABŞ-la Türkiyə arasında mövcud olan soyuqluq və bunun hərbi strateji əməkdaşlığa da müəyyən formada təsir etdiyinə toxunub.

“Türkiyənin F35 proqramından kənarlaşdırılmasını Rusiyanın S-400-ləri ilə əlaqələndirsələr də, bunun gerçək tərəfi tamamən fərqlidir. Hesab edirəm S-400 sadəcə ABŞ üçün bir bəhanədir. Əslində isə Vaşinqtonla Ankara arasındakı gərginlik bilavasitə prezident Ərdoğanla bağlıdır ki, bu da 15 iyul çevriliş cəhdindən sonra meydana gəldi. Türkiyə həmin hadisədən bəri ABŞ-la məsafə saxlayır və bir çox hallarda Ağ Evin dediklərini icra etmir. Bundan əlavə Türkiyə Yaxın Şərqdə, xüsusilə Suriyada ABŞ və digər NATO qüvvələri ilə müttəfiqlik etmir, əksinə, ABŞ-a tam əks olan Rusiya və İranla yaxınlıq edir. Təbii ki, burada S-400 məsələsi də əsas rol oynayır, lakin sadaladıqlarım sadəcə məsələnin pərdə arxasında baş verənlərdir”.

Siyasi analitik eyni zamanda Türkiyə ilə Bayden administrasiyası arasında gərginliyi daha da intensivləşdirməyə çalışan Senatın münasibətinə də toxunub. 

“ABŞ Senatı Türkiyəni hər sahədə qaralamağa çalışır. Hətta Baydenin Türkiyəyə təyin etdiyi səfir vaxtilə Konqresdə Türkiyəyə qarşı soyqırım iddiasını qaldırıb, S-400 məsələsi ilə bağlı Türkiyəyə qarşı yeni embarqo və sanksiyaların tətbiq edilməsini dilə gətirilmişdi”.

Qasımlı həmçinin F-35-lərlə bağlı müsbət bir nəticə əldə edilə bilmədiyi təqdirdə Türkiyənin ABŞ-dan tələb etdiyi təzminatı hansı formada ala biləcəyi barədə mümkün versiyalardan söz açdı. 

“Türkiyə beynəlxalq hüquqa görə, ABŞ-ı məhkəməyə verə bilər. İkincisi Türkiyə NATO üzvü olduğu üçün nizamnaməyə görə ABŞ-ın bütün silahlarından istifadə etmək hüququ var və bu hüquqlardan tam yararlana bilər. Hətta hələ 60-cı illərdə alyansın yarandığı ilk zamanlarda ABŞ NATO-ya üzv olan ölkələrə məcburi şəkildə tətbiq etdiyi silahları verirdi. Sadəcə müasir dövrdə bu icbari qayda artıq aradan qaldırılıb. 

Türkiyə digər tərəfdən ABŞ-da lobbi işləri həyata keçirir və bu məsələ də Senatda müəyyən yollarla həll edilməyə çalışılır. Hesab edirəm ki, ABŞ-ın alternativ olaraq təklif etdiyi F-16-larla bağlı danışıqlar alınmasa, Türkiyə həmin 1.4 milyard dollar təzminatı müəyyən yollarla geri alacaq”.

Elnur Ənvəroğlu 

Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO

Xəbər xətti

Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Hamısı