"Digər oyunçular Rusiya, Türkiyə və Azərbaycanın qoyduğu şərtlərlə oynamağa məhkumdurlar" Yeganə Hacıyeva

Analitika 18:03 22.10.2021

Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında bildirib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövründən qalma xəritələr əsasında həll edə bilər, lakin bu proses qarşılıqlı kompromislər tələb edir. Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil: “İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

V. Putin qeyd edib ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır: "Ümid edirəm ki, biz buna nail olacağıq. Biz çoxtərəfli formatın da tapılmasının tərəfdarıyıq. O cümlədən, Minsk Qrupunun işini aktivləşdirməyin tərəfdarıyıq".

Putinin daha bir maraqlı açıqlaması rus sülhməramlılarla bağlı olub: "Məsələ onda deyil ki, bizim Bəyanatların müvafiq bəndində Rusiya kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü nəzərdə tutulur. Bəyəm məsələ bundadır? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadır.

Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir", - deyə Putin qeyd edib.

Bununla bağlı politoloq Yeganə Hacıyeva EDNews.net-ə açıqlamasında bildirib ki, 10 noyabr bəyannaməsinin həyata keçirilməli olan bəndləri var. Onun sözlərinə görə, Vladimir Putinin qeyd etdiyi xəritələr Cənubi Qafqazda üç dövlətin hamısı arasında var: “Biz son zamanlar Ermənistan tərəfini istifadə edərək Cənubi Qafqazda imtiyazlar əldə etmək istəyən çox sayda kənar qruplar görürük. Bu qrupların üzdə görünən və görünməyənləri var. Üzdə görünən tərəfləri hərbi, siyasi və təhlükəsizlik dairələridir. Fransa, həmçinin İran hansı ki, Azərbaycanla münasibətlərdə çox dərinə gedərək assimetrik müharibənin 90 faiz elementlərini tətbiq edir. Görünməyən tərəflər isə maliyyə, iqtisadi dairələlərdir və proseslərə təsir etmək, bu və digər tərəflərə təzyiq göstərmək istiqamətində səfərbər olunublar”.

Y. Hacıyevanın sözlərinə görə, Rusiya, Azərbaycan və Türkiyə digər aktorların prosesə qiyabi qoşulmasında bir koalisiya kimi maraqlı olsalar da, onların formalaşdırdığı şərtlərdən kənarda kimlərinsə şərt qoymasında maraqlı deyillər. Politoloqun sözlərinə görə, Minsk Qrupunun işinin aktivləşdirilməsi heç bir əsas verməyəcək, çünki bunun üçün baza yoxdur: “44 günlük müharibədən sonra region sülh mərhələsinə qədəm qoyub. Digər tərəflər bu üç ölkənin qoyduğu şərtlərlə oynamağa məhkumdurlar. Sülhü möhkəmləndirəcək tək format 10 noyabr razılaşmasıdır. Təkliflər çoxdur, bunlardan biri olan ATƏT-in Minsk Qrupunun aktivləşməsi istiqamətində fəaliyyət ancaq üçtərəfli razılaşmanın həyata keçirilməsində icraçı qismində ola bilər. Çünki Minsk Qrupu öz hərəkətsizliyi ilə özü-özünü proseslərdən kənarlaşdırıb. Onlar üçün bu konflikt turizm diplomatiyası prosesi idi. Minsk Qrupu ATƏT coğrafiyası üçün Qərb institutlarına vura biləcəyi ən pis zərbəni vurub, məsələn Qərbi Avropa birliyini bu proseslərdən kənarlaşdırıb. Minsk Qrupu Qarabağ münaqişəsindən savayı, həm də post-sovet ölkələrində bütün konfliktlərin nizamlanması formatı idi, amma indi konfliklərin həlli üzərindən rıçaqları yoxdur.

Putinin də dediyi kimi, sərhəd məsələsi ancaq Rusiya, Ermənistan, Azərbaycan tərəfindən həll oluna bilər: “Doğrudan da belədir və Minsk Qrupu yalnız icraçı qismində iştirak edə bilər. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünü təşkil edə bilərlər, lakin bu proses Rusiyanın xəritələri əsasında davam edəcək. ATƏT-in Minsk Qrupuna belə bir mövqe lazımdır, ya yox bu artıq başqa bir mövzudur”.

Politoloqun sözlərinə görə, Rusiya Türkiyə ilə paralel 10 noyabr razılaşmasının təhlükəsizlik aspektləri üzrə icraçıdır: “Türkiyə sülhə nəzarətdə icraçıdır, Ağdamda texniki sahədə iştirak etməklə mərkəzdən idarə olunur, Rusiya isə müvəqqəti olaraq yerləşdikləri, nəzarət etdikləri Azərbaycan ərazilərində etnik erməni Azərbaycan əhalisinin müdafiəçisi qismində çıxış edir. Putin sülhməramlılarla bağlı fikrini isə Qarabağ Azərbaycanın iqtisadi layihələri, hüquqi, sosial və sivil institutlarına fəaliyyəti cəlb olunana, Qarabağ faktiki Azərbaycanın bir bölgəsi olaraq fəaliyyət göstərənə qədər orada qalacaqlar kimi səsləndirir. Sülhməramlıların orada qalması Azərbaycanın bu kimi prosesləri nə qədər daha tez həyata keçirəcəyindən də asılıdır. Azərbaycan Prezidenti bildirib ki, müharibə bitib və biz sülhdə maraqlıyıq və Ermənistan tərəfinin də bu kommunikasiyaların açılması prosesinə cəlb olunması lazımdır. Konstitusiya görə, Azərbaycan vətəndaşlarına şamil olunan hüquqlar etnik erməni vətəndaşlara da şamil ediləcək. Bunlardan biri də Qarabağın etnik erməni əhalisinin sosial təminatlarında Azərbaycan Konstitusiyanın şərtlərinin şamil olunması istiqamətindədir".

Ekspertin sözlərinə görə, sülhməramlıların qalmasının prosesdə bir əsası yoxdur, çünki bu qədər maliyyənin çəkilməsi istiqamətində Rusiyanın buna sadəcə bir müddətdən sonra ehtiyacı olmayacaq: "Daha lokal və mobil formada, yəni Azərbaycan ordusu və sərhəd xidmətlərinin də fəaliyyəti ilə erməni əhalisinin inteqrasiyasının davamında bu proses bitəcək.

Zəngəzur dəhlizinin açılmasıyla bağlı ekspert qeyd edib ki, istər Meğri ilə, istərsə də Zəngəzurla bağlı dəhlizin keçəcəyi ərazilər artıq məlumdur. Həm Zəngəzur dəhlizinin keçəcəyi Sünik vilayətində, həm də Naxçıvana keçəcək dəhlizlər üçün ərazilər ayrılıb. Bu proses artıq başlayıb və kommunikasiyaların açılması istiqamətində Rusiyanın Ermənistana təzyiqləri davam edəcək. Zəngəzur dəhlizinin legitimləşdirilməsi üçün erməni cəmiyyətində - Zəngəzurdan dəhliz olmazsa, Laçından da dəhliz olmayacaq fikri aşılanır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Hamısı