Regional kommunikasiyaların açılması Rusiya üçün böyük əhəmiyyət daşıyır Ekspert

Analitika 11:00 24.10.2021

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında Azərbaycan və Türkiyənin regionun inkişafı ilə bağlı irəli sürdüyü “3+3” formatı ilə bağlı açıqlama verib.

Zaxarova çıxışında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüsün Rusiya tərəfindən dəstəkləndiyini və bu təşəbbüsün ölkəsi üçün əhəmiyyətli olduğunu qeyd edib.

“Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının maraqlı olduğunu əsas götürürük. Bu formatın tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstək olacaq”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Serqey Lavrov da çıxışlarında “3+3” regional formatı ilə bağlı müsbət fikirlər bildirib və region dövlətlərini bu formatda iştirak etməyə çağırıb.

Ümumiyyətlə, Rusiya Azərbaycan və Türkiyənin irəli sürdüyü “3+3” formatını dəstəkləməklə hansı əsas maraqları güdür? Bu təşəbbüs nəyə görə iqtisadi cəhətdən Rusiya üçün əhəmiyyətlidir?

Məsələ ilə bağlı EDNews.net-ə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov qeyd edib ki, bu format çərçivəsində regional kommunikasiyaların açılması Rusiya və regionun bütün dövlətlərinin siyasi və iqtisadi maraqları üçün önəmlidir. Ekspert Ermənistan və Azərbaycan arasında münaqişənin mövcudluğunun regionda son 30 ildə iqtisadi inkişafa və əməkdaşlığa maneçilik törətdiyini bildirib.

“Münaqişənin mövcudluğu regionda kommunikasiyaların açılmasına əsaslı şəkildə təsir edirdi. Münaqişə demək olar ki, qarşılıqlı kommunikasiyaların yaranmasına əngəl törədirdi. Nəticədə Cənubi Qafqazda yerləşən ölkələr və region ətrafı güclər arasında iqtisadi əlaqələrin genişlənməsi imkanlarını məhdudlaşırdı. Bu Türkiyə və Azərbaycana mənfi təsir göstərirdi.  Ermənistanı təcriddə saxlayırdı. Rusiyanın isə Cənubi Qafqazda əlaqə imkanlarını zəiflədirdi”, - deyə Bağırov qeyd edib.

“Xüsusi ilə Gürcüstandan keçən dəmir yolunun bağlanması və rusların Ermənistana çatmaq üçün Gürcüstanın Lars yolundan asılı qalması və ya qışda bu yolun yaxşı işləməməsi Rusiyanın Cənubi Qafqaz ilə əlaqələrini çətinləşdirir”, - deyə o əlavə edib.

Orxan Bağırov münaqişənin bitməsinin, regionda kommunikasiyaların açılmasının və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasının region dövlətlərinin maraqlarında əsas prioritet olduğunu qeyd edib.

“Üçtərəfli bəyanata regional kommunikasiyaların daxil edilməsi və Zəngəzur koridorunun əsasının qoyulması məsələləri təsadüf deyil. Ona görə ki, Azərbaycan, Türkiyə, Rusiya regional kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin bərpa olunmasında maraqlıdırlar. Bu da həm regional əməkdaşlığın genişlənməsinə, həm də iqtisadi əmin-amanlığa gətirib çıxaran vacib stimuldur”, - deyə Bağırov vurğulayıb. 

Ekspert onu da qeyd edib ki, regional kommunikasiyalar Rusiyanın Cənubi Qafqazda əlaqələrinə əngəl törədən bütün məhdudiyyətləri aradan qaldıracaq.  Xüsusilə, Zəngəzur koridoru Rusiya və Ermənistan arasında yeni nəqliyyat dəhlizinin əsasını qoyacaq. 

“Regional kommunikasiyaların Rusiya üçün xüsusi bir əhəmiyyəti var. Qeyd elədiyim kimi, ruslar Ermənistan ilə birbaşa əlaqə qura bilmirlər. Gürcüstandan asılıdırlar. Bu ölkədə siyasi problemlərin tez-tez üzə çıxması yolların bağlanmasına səbəb olur. Belə olan halda kommunikasiyaların açılması regionda iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq. Bu bütün regional dövlətlərin maraqlarına xidmət edir”.

“Rusiya “3+3” formatı çərçivəsində Ermənistan, Türkiyə, İran və Orta Şərq ilə alternativ yollar  və əlaqələr qurmaq imkanları əldə edəcək. Moskva bu format çərçivəsində xeyli iqtisadi üstünlüklərə nail olacaq. Buna görə, region dövlətlərinin əksəriyyəti “3+3” formatında əsas məqsədi geniş iqtisadi əməkdaşlıq və əmin-amanlıqdan yararlanmaqdır”, deyə ekspert tamamlayıb.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı