Ərdoğan nə istəyir? Türkiyə diplomatik uçurum astanasında

Analitika 14:26 25.10.2021

Oktyabrın 18-də Türkiyədə yerləşən 10 ölkənin səfiri türkiyəli iş adamı və insan hüquqları müdafiəçisi Osman Kavalanın azadlığa buraxılması üçün Türkiyə hökumətinə rəsmi müraciət ünvanlayıb. 5 gün sonra bir mitinq zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu müraciətə sərt reaksiya verib:

“Yatırlar, dururlar Kavala, Kavala. Kavala dediyin Sorosun Türkiyə filialıdır. 10 səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Siz buranı nə zənn edirsiz? Bura Türkiyədir, qəbilə dövləti deyil! Xarici İşlər nazirimizə təlimat verdim ki, bu 10 səfiri dərhal “arzuolunmaz şəxs” elan etsinlər”.

Qeyd edək ki, bir dövlətin başqa bir dövlətin səfirini arzuolunmaz şəxs elan etməsi dövlətlər arasında adətən münaqişə vəziyyətində və ya sözügedən səfirin fəaliyyət göstərdiyi ölkənin qanunlarını pozması hallarında qəbul edilən bir qərardır.

Osman Kavala kimdir?

Mehmet Osman Kavala türk biznesmen, xeyriyyəçi və insan hüquqları müdafiəçisi olaraq tanınır. Kavala “Anadolu Kültür” başda olmaqla bir neçə qeyri-hökumət təşkilatının qurucusudur. O, Ərdoğan iqtidarına qarşı ən genişmiqyaslı mitinq olan “Gezi Parkı” hadisələrinin təşkilatçılarından biri olmaqla birlikdə, hökumət əleyhinə formalaşdırılan bir çox təşkilat və hərəkatın maliyyə sponsoru olub. Sonuncu dəfə Kavala 2016-cı ilin 15 iyulunda həyata keçirilən “FETÖ” çevriliş cəhdini maaliyələşdirməkdə ittiham edilərək həbs edilib. Kavala həmçinin Corc Sorosun Türkiyədəki nümayəndəsi olaraq tanınır.

Türkiyəni qondarma “erməni soyqırımı”nı tanımağa çağıran, PKK terror təşkilatının lideri Abullah Öcalanı “kürd xalqının lideri” hesab edən Kavalanın həbsində qeyri-hüquqi heç bir detal yoxdur. Kavalanın öz dövlətinə xəyanət etməsi göz önündədir. Onun azad edilməsini tələb edən səfirlərə də təbii ki, lazımı cavab verilməli idi. Lakin deyəsən, Ərdoğanın reaksiyası lazım olandan daha sərt oldu...

Əvvəlki yazımızda Aralıq dənizi hövzəsində Türkiyənin çətin bir duruma düşdüyündən və təkləndiyindən yazmışdıq. Belə bir dövrdə Türkiyənin Kavalanın azad edilməsini tələb edən 10 ölkənin səfirlərini “persona non qrata” elan etməsi dövlət maraqlarına nə qədər uyğundur? Səfirləri qovulacaq ölkələrin heç də üçüncü dünya ölkələri olmaması, ABŞ, Kanada, Fransa, Almaniya kimi beynəlxalq güc hesab edilən dövlətlərin nümayəndələri olması bizə onu deməyə əsas verir ki, Türkiyə bu addımla özünü daha da çətinə salacaq. Aralıq dənizində təklənən Türkiyə, dünyada da təklənməyə və təcrid edilmə ilə üzləşəcək. Almaniya və Fransanın Avropa liderləri olmasını və Kavala məsələsinin də bu dövlətlər tərəfindən insan hüquqları  problemi kimi qiymətləndirildiyini nəzərə alsaq, tezliklə Türkiyənin Avropa İnsan Hüquqları məhkəməsinin sanksiya qərarı ilə qarşılaşa biləcəyini proqnozlaşdırmaq mümkündür.

Bu addım Türkiyə iqtisadiyyatını uçuruma apara bilər

Ərdoğanın arzuolunmaz şəxs elan edərək “ölkəmizdən çıxaracağıq” dediyi səfirlər ABŞ, Fransa, Almaniya, Hollandiya, Danimarka, İsveç, Norveç, Finlandiya, Kanada və Yeni Zelandiyanın səfirləridir.  Qeyd edək ki, Türkiyənin ötən il ən çox məhsul ixrac etdiyi 10 ölkə içərisində səfirləri qovulacaq ABŞ, Fransa, Almaniya və Hollandiya yer alır. Siyahıda Almaniya birinci, ABŞ üçüncü, Fransa altıncı, Hollandiya isə səkkizinci dövlətdir. Sadəcə bu 4 dövlətlə münasibətlərin gərginləşməsi və türk məhsullarına embarqonun tətbiq edilməsi Türkiyə iqtisadiyyatını uçuruma sürükləyə bilər.

Ərdoğanın bu qərarından kabineti də narazıdır

Qeyd edək ki, Ərdoğanın qalmaqallı açıqlaması türk hökumətinin daxilində də bəzi problemlərin yaşanmasına səbəb olub. Türk mətbuatında yer alan iddialara görə Xarici İşlər naziri Çavuşoğlu onunla məsləhətləşmədən verilən və açıqlanan bu qərara görə istefa verə bilər. Bu fikrin hələlik iddia hökmündə olmasına baxmayaraq, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun və Ərdoğanın sözçüsü İbrahim Qalının məsələylə bağlı heç bir açıqlama verməməsi Ərdoğanın kabinetində bu qalmaqallı qərarla bağlı ortaq fikrin olmadığına işarə edir. Türkiyənin diplomatiya tarixində bir ilk olan 10 səfirin “persona non qrata” elan edilməsinə Çavuşoğlu kimi professional diplomatın razılıq verməsi və siyasi karyerasını təhlükəyə atması heç də inandırıcı görünmür.

Ərdoğanın nəyinki indiki kabineti, hətta sabiq kabinetinin nümayəndələri də bu qərardan narazıdır. Sabiq prezident Abdullah Gül və  sabiq Xarici İşlər naziri Əhməd Davudoğlu 10 səfirin arzuolunmaz şəxs elan edilməsinə kəskin etiraz edərək köhnə yoldaşları Ərdoğanı tənqid edib. Sabiq səfirlərdən, müxalifətinə, elm xadimlərindən ictimaiyyət nümayəndələrinə qədər dövlət başçısının sözügedən bəyanatı pislənilib.

Ərdoğan bütün bunları bilmirmi?

18 ildir Türkiyəni idarə edən Ərdoğan təbii ki, aldığı qərarın siyasi, iqtisadi və diplomatik yükünün, yarada biləcəyi problemlərin fərqindədir. Lakin bütün Türkiyənin diqqətinin lirənin dollara olan nisbətinə yönəlməsi və sosial-iqtisadi problemlərin qabardılması siyasi hakimiyyətə təzyiqlərdən yaxa qurtarmaq üçün tək bir yol göstərir: Ölkənin siyasi gündəmini dəyişib, bütün problemləri xarici qüvvələrin üzərinə yıxmağı...

Hazırda, müxalif kəsim istisna olmaqla türkiyəli elektorat dolların bahalaşmasından tutmuş, bütün iqtisadi və sosial problemlərin səbəbi kimi həbsdə olan Kavalanı və onu azad etməyi tələb edən xarici dövlətləri görür. Ərdoğan belə bir vəziyyətdə öz elektoratını qoruyub saxlamaq üçün ağıllı gediş edərək “dünyanı qarşısına aldı”. Çanaqalla zəfərində dünyanın yarısını məğlub edən bir millətin dəstəyini itirməmək üçün dünyaya meydan oxumaqdan uğurlu gediş ola bilməzdi...

Nicat İsmayılov

Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO

Xəbər xətti

İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
Hamısı