Politoloq: "Qazaxın yeddi kəndi danışıq mövzusu olmamalıdır" Putinin dəyiş-düyüş nəzəriyyəsi bizi hara aparır

Analitika 15:31 25.10.2021

10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası müəyyən edilməlidir. İki dövlət arasında yekun sülh müqaviləsinin imzalanması üçün bu bəndin icra edilməsi vacibdir.

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən ənənəvi Valday forumunda çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sərhədləri müəyyən edilməsi məsələsinə toxunaraq deyib ki, sovet dövründə müttəfiq respublikaların sərhədlərini göstərən xəritələr Rusiya ordusunun Baş qərargahındadır: "Bu sənədlər əsasında tərəflərlə sakitcə oturub danışmaq olar – orada elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə dəyişmək lazımdır, haradasa nəyisə dəyiş-düyüş eləmək lazımdır. Sadəcə, bunun hər iki tərəfə faydalı olduğunu qəbul etmək lazımdır. Bunu eləmək olar, ya yox? Olar". 

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, ehtimal olunur ki, Putin dəyiş-düyüş məsələsi deyəndə, Qazaxın 7 kəndini və ya bir hissəsini Gədəbəyin Başkəndi ilə dəyişməsini nəzərdə tuturdu. O, bildirib ki, Başkənd kəndi həm Gədəbəy üçün həm də bütövlükdə Azərbaycan üçün önəmli bir ərazidir.

Öz növbəsində Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl qeyd edib ki, Başkəndin yalnız Naxçıvanın Kərki kəndi ilə dəyişdirilməsi Azərbaycanın marağındadır.

Qeyd edək ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycanla Ermənistan arasında müharibə başlayanda Azərbaycan Respublikasına aid Qazaxın yeddi və Naxçıvanın bir kəndi Ermənistanın, Ermənistan Respublikasına aid Başkənd isə Azərbaycanın nəzarətinə keçib.

Erməni siyasi şərhçi Ruben Mehrabyan deyir ki, Rusiya delimitasiya və demarkasiya prosesinə nəzarəti ələ keçirir və bundan həm Azərbaycana, həm də Ermənistana təzyiq kimi istifadə edə bilər. O deyib ki bu uzun prosesdir və heç Gürcüstanla bu proses başa çatmayıb: “İlk baxışda adama elə gəlir ki, demarkasiya və delimitasiya ilə bağlı razılıq əldə olundu, hər şey həll olundu amma belə olmayacaq”.

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl bildirib ki, Azərbaycan müraciət edərsə ABŞ da bu işdə yardımçı ola bilər.

Bəs Putinin ərazilərin dəyişdirilməsilə bağlı dediyi ehtimal varmı və bu necə mümkündür?

Mövzu ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli EDNews.net-ə açıqlama verib.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

“Putin deyir ki, guya onun hökuməti və adamları sərhədlərin demarkasiyası və delimitasiyasının müəyyənləşdirilib təsdiq edilməsi məsələsi üzərində işləyir. Çar Rusiyası xəritələrindən tutmuş, Sovet İttifaqı dövründəki Müdafiə Nazirliyi, eləcə də Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan xəritələr daha dəqiq xəritələrdir, o xəritələrlə işləyib hər iki tərəfə təkliflər verilib. Bu xəritələrlə işləyib sərhədlərin müəyyənləşdirilməsinə Azərbaycan da tərəfdardır. Bəzi yerlərdə - bu dağlıq ərazilər ola bilər - xüsusən Kəlbəcər və Laçın rayonunda, eləcə də Qubadlının özündə müəyyən dağlıq ərazilər var ki, onlarda sərhədlərin tam dəqiqləşdirilməsi müəyyən çətinliklərlə müşayiət olunur. Çaylar, çayların bölünməsi və s. var”.

Politoloq bildirib  ki, müəyyən kompromisləri nəzərə almaq olar, amma söhbət Qazaxın yeddi kəndindən gedirsə, bu danışıq mövzusu olmamalıdır: “Başkənd Gədəbəyin içərisində ortabab bir kənddir. O kəndin əvəzinə təbii ki, zənnimcə, Qazaxın yeddi kəndi yox, uzaqbaşı bir kənd və yaxud Naxçıvanın Kərki kəndi ən yaxşı dəyiş-düyüş formasıdır. Qazaxın yeddi kəndi Qazaxın və Azərbaycanın qərb rayonlarının canıdır. Qazaxın yeddi kəndinin bir hissəsi Gürcüstana qədər gedib çatır. Ona görə də, bu məsələlərdə hər hansı bir güzəşt olmamalıdır. Qazaxla bağlı sərhədlər Sovet dövründə necə olubsa, o cür də olmalıdır. Başkənd ilə Kərkini dəyişmək olar. Və ya sərhədin başqa hissələrində hansısa ağlabatan güzəştləri etmək olar”.

Q. Hüseynli əlavə edib ki, Sovet dövründə bu, inzibati sərhədlər idi, dövlət sərhədləri deyildi: “Ona görə, Azərbaycanda hamı öz torpağını, ərazisindən tutmuş əkin-biçin sahəsinə kimi çox yaxşı tanıyır. Xəritələr də bunu dəqiq təsbit edir. Putin deyib ki, bu prosesdə Rusiya, Ermənistan və Azərbaycandan savayı üçüncü tərəf lazım deyil, bununla razılaşıram. Rusiya həm də Sovet İttifaqının varisidir. Belə bir iddiaya sahiblənməsini qəbul etmək olar, amma obyektiv münsif olmalıdır və subyektivliyə yer verməməlidir. Onsuz da Azərbaycan sərhədlərini dəqiq bilir və bu sahədə ona yönələn təzyiqləri qəbul etmir”.

Ekspert bu məsələdə ABŞ-ın iştirak etmək istəyi ehtimalı barədə də danışıb: “Pol Qobl yaxşı siyasətçi olsa da, onun hökumətinin başında duran Baydenə bel bağlamaq olmaz”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Hamısı