“Azərbaycanla Türkiyənin qardaşlığına inanmıram” Ermənipərəst türk jurnalist Azərbaycana gələcəkmi?

Analitika 17:28 25.10.2021

- “Erməni malları üzərində inşa edilən bir dövlətimiz var”.

- “Dövlətə qatil deməyin deyirlər, olar, biz də “seriyalı qatil” deyərik!” (qondarma erməni soyqırımı haqqında)

- “100000 ermənini lazım gəlsə qovarıq deyən Baş nazir 100 il əvvəl atalarının bunu etmədiyini necə iddia edə bilər?”

- “Soyqırım olub-olmamasından çox, dövlətin haqlı göstərilməsinə qarşıyam. 1915-ci ildə dövlətin cinayət törətdiyi gün kimi aydındır” (“erməni soyqırımını” nəzərdə tutur).

- “Erməni soyqırımı ilə ilk tanışlığım universitetdə olub. 19 yaşındakı bir qızın hicabıyla bu qədər mübarizə aparan dövlət kim bilir başqalarının başına nələr gətirir deyə düşündüm”.

Bu fikirlərin müəllifi 2012-ci ildə erməni lobbisi tərəfindən “Türkiyə və Ermənistan arasında dialoqun inkişaf etdirilməsi”nə görə mükafatlandırılan, türk jurnalist (sözdə) Hilal Kaplandır. Kaplan eyni illərdə Türkiyədə erməni lobbisinin dəstəyi ilə keçirilən bir çox konfranslarda və tədbirlərdə də iştirak edərək “erməni soyqırımını” müdafiə edib. Eyni ildə yenə erməni lobbisinin dəstəyi ilə Ermənistana səfər edən Kaplan buradan qayıdan kimi Azərbaycanı sərt tənqid edən “Agos” qəzetində bir məqalə yazıb (Qeyd edək ki, “Agos” erməni lobbisinin dəstəyi ilə Türkiyədə fəaliyyət göstərən və ermənipərəst, anti-Azərbaycan mövqeyi ilə seçilən bir mətbuat qurumudur).

Baxaq, sözügedən məqalədə Kaplan nə yazır:

“Türkiyə Ermənistanla münasibətlərini normallaşdırması erməni soyqırımı məsələsinin həllini tapmasında zəmin yaradacaq. Ancaq bunun üçün Azərbaycanının təbii qaz təhdidini aşa biləcək qədər müstəqil və güclü bir ölkə olmalıyıq. “Mavi Marmara” şəhidlərinin ardınca İsraillə münasibətlərini artıran və müqavilələr imzalayan Azərbaycan deyilmi? Bursada Türkiyə-Ermənistan futbol matçına Azərbaycan bayraqlarının buraxılmamasına cavab olaraq Bakıdakı Türk şəhidliyindəki bayraqları dirəklərinə qədər söküb çıxaran Azərbaycan iqtidarı deyilmi? Bunları edən bir hökumətlə əməkdaşlığımız sadəcə “dost və qardaş” ölkə olmağımızdan qaynaqlanır iddiası mənə heç də konkret və inandırcı gəlmir. Qarabağda zülm edilənlər bizim qardaşımız, amma “Mavi Marmara”da zülm edilənlər Azərbaycanın qardaşı deyilmi?”

Açıq şəkildə Türkiyə və Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğuna inanmadığını bildirən, Azərbaycana qarşı əsassız iddialar səsləndirib, Türkiyəni Ermənistanla diplomatik əlaqələri bərpa etməyə çağıran Kaplan hazırda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ən çox etibar etdiyi jurnalistlərdən biridir. Hətta o səviyyədə ki, bu ilin iyul ayında Ərdoğanın qərarıyla Türkiyənin dövlət televiziyası olan TRT-nin idarə heyətinin üzvü təyin edilib.

Sabiq “fetoçu” (“Gülən Türkiyənin başına gələn ən gözəl şeydir” demişdi) hazırda isə “Ərdoğançı” olan Kaplan Türkiyənin Azərbaycanı dəstəkləməsindən “ruhlanaraq”, vaxtilə ən azından dost və qardaş olmadığını iddia etdiyi Azərbaycanın lehinə onlarla məqalələr yazıb, müsahibələr verib. Hətta ötən il Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə də görüşə bilib.

Ərdoğanın xarici səfərlərində tez-tez özüylə apardığı Kaplan sabah onunla birlikdə Azərbaycana gələ bilər. Erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə yazılar yazmış, öz dövlətini ermənilərə qarşı soyqırım törətməkdə ittiham etmiş Kaplanın bu gün heç nə olmamış kimi Azərbaycana gəlib-getməsi, dövlət rəsmiləri ilə görüşməsi bir vətəndaş kimi bizləri narahat etməyə bilməz.

Bu gün dəstəklədiyi iqtidarın sifarişi ilə ölkəmizə qarşı mövqeyini 180 dərəcə dəyişən Kaplanın gələcəkdə Türkiyədə iqtidar dəyişər-dəyişməz yenə ermənipərəst təfəkkürlə öz qələmini dövlətimizə və millətimizə çevirəcəyi bizdə şübhə doğurmur. O baxımdan keçmişi ləkəli, gələcəyi naməlum olan belə bir jurnalistin 2012-də türk bayraqlarını sökməkdə ittiham etdiyi dövlətə səfər etməsinin qarşısı alınmalı, bu şəxs ümumiyyətlə Azərbaycanda “persona-non qrata” elan edilməlidir.

Nicat İsmayılov

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
Hamısı