İran hakimiyyətində Azərbaycana münasibətdə fikir ayrılıqları var - ednews.net

4 Dekabr, Şənbə

İran hakimiyyətində Azərbaycana münasibətdə fikir ayrılıqları var

Analitika A- A A+
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İran və Azərbaycan müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir. İranlı nazir bu barədə Tviter hesabında yazıb.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.
 
EDNews.net xəbər verir ki, İranın Azərbaycanla münasibətləri bilərəkdən gərginləşdirdiyini qeyd edən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, rəsmi Tehran sanki ölkəmizin əsəbləri ilə oynayırdı:
 
“Çünki İranın iddia etdiyi məsələlərin heç biri həqiqəti əks etdirmirdi. Hadisələr göstərdi ki, hətta İran hakimiyyəti daxilində Azərbaycanla məsələlərə münasibətdə fikir ayrılıqları var. Bəlli idi ki, dövlətimiz İrana olan qonşuluq münasibətindən imtina etmir. H.Ə.Abdullahianın verdiyi bəyanat iki ölkə arasında diplomatik münasibətlərin və siyasi-iqtisadi əlaqələrin gələcəkdə inkişaf etməsi baxımından normal hesab oluna bilər. Fikrimcə, İran tərəfi ölkə daxilində gərginliyin yaranmasına səbəb olan insanları cəzalandırsa, yaxşı olar ki, perspektivdə başqa qonşularla münasibətlərdə belə hallar baş verməsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...