Türkiyə Rusiyadan qırıcılar alacaqmı? - Türk general danışdı - ednews.net

2 Dekabr, Cümə axşamı

Türkiyə Rusiyadan qırıcılar alacaqmı? - Türk general danışdı

Analitika A- A A+

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qatıldığı bir televiziya proqramında Türkiyənin diplomatik gündəmiylə bağlı maraqlı açıqlamalar verib. Çavuşoğlu CNN-ə müsahibəsində ABŞ-ın haqsız yerə Türkiyəni F-35 proqramından çıxardığını bildirib. XİN rəhbəri həmçinin Türkiyənin heç bir zaman çarəsiz qalmadığını və F-16-ların rəsmi Ankaraya təhvil verilməməsi halında (ABŞ F-35-lərin yerinə Türkiyəyə F-16-ları satmağı təklif etmişdi) ölkəsinin Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcılarını ala biləcəyini ifadə edib.

Türkiyənin Hərbi Hərbi Hava Qüvvələrinin keçmiş pilotu, ehtiyatda olan general-mayor Beyazıd Karataş mövzuyla bağlı EDNews-a eksklüziv açıqlama verib.

Beyazıt Karataş'tan İncirlik Üssü açıklaması | Aydınlık

Karataşın sözlərinə görə, mövcud vəziyyətdə Türkiyənin Rusiyadan Su-35 və Su-57 qırıcılarını alması real deyil: “S-400 hava hücumundan müdafiə komplekslərindən sonra bu dəfə Rusiyadan qırıcıların alınması mümkün deyil. Bu, Türkiyə-NATO və Türkiyə-ABŞ münasibətlərini gərginləşdirə bilər. Bu baxımdan Çavuşoğlunun sözləri siyasi xarakterlidir və hələlik rəsmi bir bəyanat kimi dəyərləndirilə bilməz. Həmçinin ötən gün ABŞ-la Türkiyə arasında yaşanan F-35 probleminin həll edilməsi üçün Vaşinqtondan Ankaraya bir nümayəndə heyəti göndərilib. Hər iki ölkənin Müdafiə Nazirliyi rəsmilərinin iştirak etdiyi görüşdən sonra verilən ilk bəyanatlar bir uzlaşma üçün işıq ucunun göründüyünü deməyə imkan verir. Çox güman ki, ABŞ F-35-lərin əvəzinə Türkiyəyə proqrama xərclədiyi pulu qaytaracaq, ya da F-16-ları təslim edəcək. Problem daha da kəskinləşməyəcək”.

Nicat İsmayılov

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...