Karapetyanı Qarabağa buraxan rus sülhməranlılardır - Bu addımın atılmasında məqsəd Qələbəmizə KÖLGƏ SALMAQDIR - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

Karapetyanı Qarabağa buraxan rus sülhməranlılardır - Bu addımın atılmasında məqsəd Qələbəmizə KÖLGƏ SALMAQDIR

Analitika A- A A+

Xəbər verdiyimiz kimi, Noyabrın 6-dan 8-nə kimi Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan Qarabağda olub.

Səfər çərçivəsində Arşak Karapetyan İkinci Qarabağ müharibəsindən sonra əzgin düşmüş erməni "ordusu" ilə görüşərək onların mövcud döyüş hazırlıqları ilə maraqlanıb. Daha sonra erməni əsgərləri general mayor tərəfindən mükafatlandırılıb.

EDNews.net xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Aşot Karapetyanın Qarabağa gəlməsi ilə sülhməramlıların fəaliyyətinə kölgə salmağa arasında heç bir əlaqə ola bilməz. Çünki bu proses Rusiya sülhməramlılarının razılığı və icazəsi ilə baş verir. Ekspert deyir ki, məsələ ondadır ki, Arşak Karapetyan elə Qarabağ ərazisinə rus sülhməramlılarından ibarət döyüş postlarından keçərək gəlib. Deməli, bu onların qarşılıqlı razılığı nəticəsində olub. Məqsəd Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin ildönümünə kölgə salmaqdır.

"Bizim aidiyyatı qurumlarımız, o cümlədən Müdafiə Nazirliyi daha əvvəlcədən bilməliydi ki, A.Karapetyan hansı gün, hara gedəcək. Xüsusilə hərbi kəşfiyyatın bunu müəyyən etmək borcu idi. Hesab edirəm ki, biz daha bəyanat verməməliyik. Çünki bir Bəyanat artıq imzalanıb. Keçən ilin bu günlərində imzalanan həmin Üçtərəfli birgə bəyanat yazılıb ki, Qarabağ ərazisində erməni silahlıları çıxarılmalıdır. Əgər o erməni silahlısını Rusiya sülhməramlıları oradan çıxarmış olsaydılar, bu gün A.Karapetyan nə medal taxmağa orda erməni terrorçusu tapardı, nə erməni səngəri, nə də o hərbi hissə".

Müsahibimiz bildirdi ki, biz bəyanatlardan real əməllərə keçməliyik. Karapetyan Qarabağa gəlməklə, özünü tamamilə cəsarətli bir Müdafiə Naziri kimi təqdim etməyə çalışır. Halbuki onlar Qarabağdan unitazlarını götürüb qaçanda tankı topu qoyub getmişdilər. Ekspert deyir ki, artıq bu birinci dəfə deyil, ki, biz belə addımlardan danışırıq. İctimaiyyət bu addımların qarşısını qətiyyətlə alınması tələb edir.

"Azərbaycanın kifayət qədər qəhrəman oğulları var ki, Arşakı yatdığı yerdən götürüb Bakıya gətirib məhkəməyə təhvil versin. Doğrudur, Ermənistan tərəfi bir qədər müqavimət göstərməyə çalışacaq. Çünki hakimiyyət öz əsgərinin gözündə özünü böyütməyə çalışırlar. Sanki bir güclü Ermənistan varmış, bunun da bir Müdafiə Nazirliyi var. O nazirliyin başında bir Arşak adında şəxs var. O həmin Arşakdır ki, müharibədə baş qərargah rəisinin müavini idi. Müharibə dövründə yüz əlli kvadrat kilometr ərazini qoyub qaçan ordunun başında duranlardan biri də məhz Arşak idi. İndi o özünü qəhrəman kimi qələmə verməyə çalışır.

Bu baş verənlər, erməni kütləsinin gözündə və real vəziyyəti bilməyən bəzi insanların nəzərində özünü bir az daha hörmətli göstərməyə çalışmaq cəhdidir. Odur ki, tərəflər arasında imzalanmış bəyanatın şərtlərinə əməl etməyən, Qarabağın Azərbaycana aid olduğunu qəbul etməyən kim varsa mütləq cəzalandırılacaq. Bu addımlardan sonratəxribatlar da azalacaq, və kifayət qədər aşağı bir səviyyədə olacaq",- deyə Ədalət Verdiyev fikrini tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...