Arşak Karapetyan niyə “Robin Qud” olmaq istəyirdi... - ednews.net

28 Yanvar, Cümə

Arşak Karapetyan niyə “Robin Qud” olmaq istəyirdi...

Analitika A- A A+
Azərbaycan güllə atmadan antiterror əməliyyatını həyata keçirən nadir bir ölkədir...
 
Zəfər Günümüzün Şuşada qeyd edilməsində az əvvəl başlayan və bu günə qədər davam edən Ermənistanın çox saylı təxribatları növbəti dəfə düşmən ölkənin çalxalanmasına səbəb oldu. Ermənistanın artıq keçmiş müdafiə naziri Arşak Karapetyanın Xankəndinə səfəri ilə başlayan təxribatlar nəticəsində növbəti dəfə erməni ordusunun tör töküntüləri Laçın rayonu ərazisində alçaldıldı. Arşak erməni xalqının “üzünü güldürəcək” bir müsbət addım atmaq istədi, amma hər şey yenə də əvvəlki kimi bərbad alındı. 60 nəfərlik erməni silahlısı mövqelərini irəli çəkmək üçün fəaliyyətlərə başlasalar da, Ordumuzun cəngavərləri həm erməniləri əvvəlki qeyri-ənənəvi metodla ərazidən çıxardılar, həm də mövqelərdəki texnikanı, yanacağı, ərzaq və əşyaları qənimət olaraq ələ keçirdi. Bu isə onsuz da çıxılmaz olan erməni ictimaiyyətini növbəti dəfə stresə saldı.  
 
2 gün əvvələ qədər Ermənistan müdafiə naziri olan Arşak, özündən əvvəl “gözü çıxarılan qardaşı”, keçmiş xarici işlər naziri Ara Ayvazyanın Qarabağ səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılmasından nəticə çıxarmadı. Arşak Baş nazir Paşinyanın, Prezident Sarkisyanın və digər iqtidar nümayəndələrinin Vətən Müharibəsindən sonra Qarabağa səfər etmədiklərini və bunun səbəblərini yaxşı bilirdi. Ola bilər ki, müxalifətin “Niyə iqtidardan kimsə Xankəndinə gedə bilmir? sualını cavablamaq üçün Arşak əzik ermənilərin gözündə “Robin Qud” obrazı yaratmaq istəyirdi, amma qəhrəman Əsgərlərimizin aşağı ətraflarının aktiv fəaliyyəti buna imkan vermədi. Nəticədə Vətən Müharibəsindən sonra Xankəndinə səfər edən ikinci nazir Arşak Karapetyan da Ara Ayvazyan kimi, vəzifəsindən dərhal azad edildi. Baş verən bu istefalarda Azərbaycan hakimiyyətinin təzyiqlərinin izi aşkar şəkildə hiss olunur. Yəqin ki, bundan sonra vəzifədə təmsil olunan erməni məmurlar ya istefa ərizələrini yazdıqdan, ya da Azərbaycandan icazə aldıqdan sonra Xankəndinə səfər etməli olduqlarını anlayacaqlar. 
 
Bu səfərlə A.Karapetyan baş nazir N.Paşinyanı da pis vəziyyətdə qoydu. Nikol son 1 ildə 4-cü müdafiə naziri vəzifəsinə mülki şəxs olan müavini, cəmisi 3 ay infrastruktur naziri vəzifəsində çalışan 36 yaşlı Suren Papikyanı təyin etdi. Bu təyinat əslində məcburiyyətdən irəli gəldi. Niyəsini anladım.
 
Seçki öncəsi N.Paşinyanın istefasını tələb edən erməni ordusunun 40 generanın əksəriyyəti hələ də xidmət edir. Paşinyan onların arasından kimisə nazir təyin edə bilməzdi, Arşak kimi onların də əksəriyyəti Rusiya ilə məhrəm münasibətdədir. Rusiya isə ona yaxın olan ölkələrin və orduların inkişafında maraqlı deyil. Bunu Paşinyan da yaxşı anlayır. Məhz buna görə də Nikol Ermənistanda hazırda ən mühüm əhəmiyyət daşıyan təhlükəsizlik problemlərinə cavabdeh olan bir quruma aidiyyəti olmayan, amma Rusiya ilə münasibətləri qismən neytral olan S.Papikyanı rəhbər təyin etməyə məcbur oldu. Azərbaycanın 1990-1993-ci illərdə məruz qaldığı məğlubiyyətlər fonunda tez tez müdafiə nazirini dəyişirdi, bir dəfə S.Papikyan kimi bir müəllimi də döyüşən ordunun başına gətirilmişdi. Həmin müəllimin Ağdamın Mərzili kəndində yerləşən düşmənin yerüstü hədəflərinə zenit raketi ilə qoşunlarımızın başı üstündən atəş açmaq barədə əmri hər kəsi heyran etmişdi…Görək Suren nə fokuslar göstərəcək. 
 
Təyinatdan sonra görünən odur ki, baş verən son hadisələrdən S.Papikyan hələ nəticə çıxarmayıb. A.Karapetyanın da “qara bəxti”də Surenə dərs olmayıb, cünki Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər, Şəmşəddin və Çəmbərək rayonun kəndlərində yerləşən mövqelərindən Kəlbəcər, Laçın, Tovuz və Ağstafa rayonunun yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
 
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum ediblər.
 
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. 
 
Görünən odur ki, işğalçı ölkədə bəziləri erməni əsgərinin dizi üstə çöküb aman diləməsindən xüsusi zövq alır. Döyüş təcrübəsi olan hər bir zabit general yaxşı bilir ki, Müharibədə demirəm, hətta döyüşdə məğlub olan əsgərin döyüş ruhunun və psixoloji vəziyyətinin bərpası üçün bəzən aylar tələb olunur. Erməni əsgərinin mövcud rəzil durumu dünyaya bəllidir, amma yenə də atəşkəsi pozurlarsa, deməli yaxın günlərdə “Yaşasın Sabirabad” tipli videomateriallar izləyə biləcəyik. 
 
Ermənistanda kimin hansı vəzifəyə təyin edilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu erməni əsgərini 14 ay əvvəl olduğu kimi, milli maraqlarımıza uyğun şəkildə torpaqlarımızdan qovmaqla məşğuldur. Ermənistanın uzatmağa çalışdığı sərhədlərin təyin edilməsi prosesini Əsgərimiz birtərəfli qaydada həyata keçirməyə məcburdur. Əslində bunu “Antiterror əməliyyatı ilə sərhədlərimiz bərpası əməliyyatı” da adlandırmaq olar. Azərbaycan bir dənə güllə atmadan, yalnız aşağı ətrafların və ermənilərin daha yaxşı başa düşdüyü jarqonların geniş tətbiqi ilə antiterror əməliyyatını həyata keçirən nadir bir ölkə olduğunu da idiia edə bilərik.  
 
Ermənistana Suren Papikyan deyil, Napoleon müdafiə naziri təyin edilsə belə bunun erməni xalqına xeyri olmayacaq, çünki -10 - -20 dərəcə şaxtada, qarda, qışda, dağda, daşda, çadırda qalan, amma 1 dəqiqə göz qırpmayan oğullarımızın sayəsində “Şillə təpiklə qovulan fərari ordusu” titulunu inamla daşıyan erməni ordusu və onun idarəetməsi yox səviyyəsinə çatdırılıb. 
 
Əsgərimiz qürurumuzdur!
Qarabağ Azərbaycandır!
 
Ədalət Verdiyev

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...