Türkiyə və İran həm dost, həm də ciddi rəqibdirlər Çavuşoğlunun İran səfərinə sözardı

Analitika 17:55 16.11.2021

İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”. 

İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığını artırmağa hazır olduğunu bəyan edib: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları və qədim dini və mədəni kökləri var”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyi gözlənilir. Bu barədə məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında verib. Abdullahianın sözlərinə görə, İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli yol xəritəsi yaradılacaq. “Ümid edirik ki, uzunmüddətli əməkdaşlıq barədə sənəd cənab Ərdoğanın gələcəkdə Tehrana edəcəyi səfər zamanı iki ölkə Prezidentlərinin iştirakı ilə imzalanacaq”, - deyə İranın XİN rəhbəri əlavə edib.

Mövzu ilə bağlı Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan EDNews.net-ə şərh verib.

Politoloqun sözlərinə görə, Türkiyə ilə İran arasında olan münasibətlər son 20 ildir ki, inkişaf edən xətt üzrə davam edir: “Rəcəb Tayyib Ərdoğan və onun komandası Türkiyədə hakimiyyətə gələndən sonra rəsmi Ankaranın Tehrana münasibəti dəyişib. Birincisi, İran Türkiyənin təhlükəsizliyinə təhdid edən dövlətlər siyahısından çıxarılıb. Sanksiyalardan İranın az zərər çəkməsi üçün Türkiyə bu ölkəyə dəstək verib. Habelə, İranın nüvə proqramının dinc məqsədlə olmasını müdafiə edərək İstanbulda bu istiqamətdə konfrans keçirilib. Sonrakı dövrlərdə də İranın təbii neft, qaz, eləcə də karbohidrogen ehtiyatlarını alıb xaricə ötürülməsini təşkil etməklə Türkiyə İran iqtisadiyyatına dəstək verib. Son dəfə İraqda bu dövlətin maraqları ciddi şəkildə toqquşur. İraqda İran yönlü hərbçilərin Türkiyəyə qarşı fəaliyyəti də rəsmi Ankara tərəfindən mənfi qarşılanır. İlk növbədə, Bəşər Əsəd hakimiyyətinə qarşı maraqlar toqquşur. Ancaq Suriya və İraq əraziləri bütövlüyünün qorunması məsələsi bu iki ölkənin vahid mövqeyidir. Odur ki, bir sıra ortaq mövqedə olan məsələlərdə əlaqələr inkişaf etdirilir və ziddiyyətli məsələlər müzakirə olunur. Suriyanın İdlib şəhərinə Bəşər Əsəd hərbçilərinin hücumu və orada dinc əhalinin öldürülməsi kimi məsələlər İranla Türkiyə arasında olan ziddiyyətli məqamlardandır”.

S. Soltan qeyd edib ki, 44 günlük müharibə Cənubi Qafqazdakı geostrateji maraqlara da təsir göstərdi, o cümlədən İran hakimiyyətini də silkələdi: “İran hakimiyyəti Cənubi Qafqaza, Azərbaycana bundan sonra fərqli siyasi yanaşma irəli sürməyə məcbur olacaq, yaxud bu istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycanla İran arasında ötən aylarda yaşanan gərginliklər sübut etdi ki, İranın təlaşı əbəsdir. Azərbaycanla əməkdaşlıq etməklə regionda təhlükəsizliyi təmin etmək, regionun inkişafına dəstək vermək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə danışıqlarından sonra bəyan etdi ki, Azərbaycan tərəfinin İsraillə münasibəti başqa dövlətlərlə Azərbaycanın münasibəti kimidir və burada əlahiddə heç bir münasibət yoxdur və Azərbaycan ərazisində İsrail hərbçiləri yoxdur. Bu, Ərdoğanın İrana ismarıcı və çağırışıdır. Bununla Türkiyə Prezidenti İranı Azərbaycanla münasibətdə gərginliyə son qoymağa və əməkdaşlığa çağırdı. Türkiyə və İran xarici işlər nazirlərinin Tehranda görüşü bu çağırışın davamı kimi də görünə bilər. Həmin görüşdə Türkiyə ilə İran arasında ticari və iqtisadi əlaqələrlə yanaşı, həm də İran Prezidenti İbrahim Rəisi ilə Cənubi Qafqazdakı vəziyyət və iqtisadi əməkdaşlıq, o cümlədən 3+3 formatı da müzakirə olunub. Ehtimal etmək olar ki, perspektivdə bu istiqamətdə əlaqələr daha da artacaq".

Politoloq əlavə edib ki, digər tərəfdən BƏƏ İran vasitəsilə Türkiyə ilə ticarət əlaqəsi qurmaq niyyətindədir: "Ola bilsin ki, perspektivdə bu mövzu da Türkiyə rəsmiləri və Türkiyənin Prezidenti Ərdoğanın İrana nəzərdə tutulan səfəri zamanı müzakirə olunsun. İran regionda əgər gerçəkçi olarsa, Azərbaycan və İranın əməkdaşlığı hər iki ölkənin və regionun təhlükəsizliyinin inkişafına böyük təkan verəcəyini bilməmiş deyil. Bu baxımdan, İran tərəfi hələ ki, bəyanat şəklində bunu bildirir, amma gələcəkdə İranın bu əməkdaşlığı davamlı edəcəyi İranın Rusiya və Ermənistanla münasibətlərindən asılı olacaq. İran regionda əməkdaşlıqdan başqa çıxış yolu olmadığını bildiyindən Azərbaycan və Türkiyə ilə əməkdaşlığa, diplomatik danışıqları bərpa etməyə gedir. Türkiyə ilə İranın yaxınlaşması əməkdaşlıq etməsi təbii ki, Azərbaycanın siyasi, hərbi, təhlükəsizlik maraqlarına və Cənubi Qafqaz regionu təhlükəsizliyinə uyğundur. Bu həm də iki ölkənin yaxınlaşması, həm də regiona aid olmayan ölkələrin təzyiqinin azaldılmasına da dəstək verə bilər”.

Gülnar Səlimova 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
Hamısı