İvanişvili qəsdən Saakaşvilini həbsxanada öldürür - Gela Vasadze - ednews.net

19 Yanvar, Çərşənbə

İvanişvili qəsdən Saakaşvilini həbsxanada öldürür - Gela Vasadze

Analitika A- A A+

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvilinin ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirildiyi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib.

M. Saakaşvilinin həbsi ilə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb. “ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra müalicəsini yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk. Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, - sənəddə deyilir. ABŞ Dövlət Departamenti, həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbs olunduğu gün – oktyabrın 1-də aclıq aksiyası keçirəcəyini açıqlamışdı. Səhhətinin pisləşməsi ilə əlaqədar eks-prezident həbsxana klinikasına aparılıb. Hazırda Tbilisidə (Qldani rayonu) həbsxana xəstəxanasına yerləşdirilən Saakaşviliyə qarşı Gürcüstan Baş Prokurorluğu tərəfindən sərhədi qanunsuz keçmə faktına görə ittiham edilməsi barədə qərar çıxarılmışdı. Saakaşviliyə qarşı daha bir neçə maddə ilə cinayət işi açılıb. Eks-prezident onun həbsini qanunsuz hesab edir və ona qarşı irəli sürülən ittihamların saxtalaşdırıldığını iddia edir.

Gürcüstan Prezidenti Salome Zurabişvili Saakaşvilinin həbsdən azad edilməsinin mümkünsüz olduğunu, onun siyasi məhbus olmadığını, yalnız qanun pozuntusuna yol verdiyi üçün həbs edildiyini deyib.

Məsələ ilə bağlı gürcü politoloq Gela Vasadze EDNews.net-ə açıqlama verib.

Ceyms Apparturay ilə razılaşmamaq olmur, əsas məsələ bu təhdidlərə necə  cavab verməkdir" - Gela Vasadze | Eurasia Diary

"Gəlin açıq danışaq, Saakaşvili ölür, daha doğrusu, tibbi yardım göstərilmədiyi üçün öldürülür. Onu həbsxananın xəstəxanasında da tibbi yardımla təmin edə bilmirlər. Yəni, prosesin bu cür inkişafı buna gətirib çıxarır.

Gürcüstan hökuməti nə baş verdiyini çoxdan anlayır. Amma orada heç kim qərar vermir və verə də bilməz. Strateji əhəmiyyət kəsb edən bütün qərarlar ki, bu da məhz belə bir qərardır, Bidzina İvanişvili tərəfindən verilir, lakin o bu barədə heç bir tapşırıq verməyib. Ona görə də, bütün Gürcüstan gərginlik və intizar içindədir. Gürcüstan hökuməti, daha doğrusu İvanişvili elə siyasət aparır ki, Moskvanı qıcıqlandırmasın. Misal üçün, əgər Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycana nəsə lazımdırsa, amma bu, Moskvanın xoşuna gəlməzsə, İvanişvili bunu heç vaxt etməyəcək.

ABŞ-a gəlincə, Rusiya təbliğatı həmişə Gürcüstan hakimiyyətinin hər şeyi ABŞ-ın sifarişi ilə etdiyi haqda nağıllar uydurub. Dövlət Departamenti bəyanat verdi, amma bir daha deyirəm, hər şeyi İvanişvili həll edir", - gürcü politoloq qeyd edib.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...