Brüssel görüşündən irəliləyiş gözləməyə dəyməz: Rusiyanın marağında deyil - ekspertlər - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Brüssel görüşündən irəliləyiş gözləməyə dəyməz: Rusiyanın marağında deyil - ekspertlər

Analitika A- A A+

Rusiya və Qərb dövlətlərinin Cənubi Qafqazda fərqli maraqları var.

Bunu Eurasia Diary-ə rusiyalı politoloq Vladimir İvanov Paşinyanın Əliyevlə Brüsseldə planlaşdırılan görüşü ilə bağlı məlumatı şərh edərkən deyib.

Bununla belə, o, hər hansı mühüm razılaşmaların əldə olunması ehtimalına şübhə ilə yanaşır. O hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü Rusiya üçün arzuolunmazdır.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində görüşmək üçün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvətini qəbul ediblər.

İvanov qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun işinə açıq şəkildə mane olmamaq üçün Brüsseldəki görüşə razılıq verməyə məcbur olub. O xatırladıb ki, Brüssel görüşü barədə məlumat ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin Moskvaya səfərindən və xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra yayılıb.

“Hələlik Moskva Minsk Qrupunun işinə əngəl törədə bilməz, çünki o, cavab olaraq ya Qarabağın müstəqilliyinin Qərb tərəfindən tanınması, ya da BMT Təhlükəsizlik Şurasının bölgəyə beynəlxalq sülhməramlı qoşunların yeridilməsi ilə bağlı qətnamə qəbul etməsi ilə üzləşəcək. Məhz buna görə də Putin və Əliyev Brüssel görüşünə razılaşıblar - çox güman ki, əllərində “kozır” var, çünki Rusiya hərbi yolla Paşinyanı hansısa geriyə dönüşü olmayan addımlar atmağa inandırmağa çalışacaq”, deyə ekspert bildirib.

Cənubi Qafqazda baş verən proseslər Rusiya-Türkiyə formatından beynəlxalq səviyyəyə keçməkdədir. Bu zaman Ermənistan və Azərbaycan suveren dövlətlər kimi çıxış etməyəcəklər.

Onun sözlərinə görə, Brüsseldə keçiriləcək danışıqların əsas müzakirə mövzusu təmas xəttində gərginliyin azaldılması məsələsi olacaq. Onun fikrincə, Qarabağ münaqişəsinin nizamlanmasının yenidən ATƏT-in Minsk Qrupunun himayəsinə qayıtması barədə söz demək hələ tezdir. "Rusiyanın həm Ermənistan, həm də Azərbaycana qarşı böyük təzyiq rıçaqları var. Hələ ki, nizamlama formatını birdən-birə dəyişmək mümkün deyil. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə eyni meydanda oynayır. Rusiya istəyir ki, ATƏT-in Minsk Qrupu formal xarakter daşısın, humanitar məsələlər müzakirə edilsin, praktiki məsələlər – sülh sazişi, o cümlədən demarkasiya və delimitasiya barədə isə qərarı Kreml versin”, - İvanov aydınlıq gətirib.

Qərb, xüsusən də ABŞ və Fransa Kremlin planlarına mane olacaq, lakin bunun onlarda nə qədər alınacağını söyləmək çətindir, ekspert əlavə edib. "Qərb ölkələri hesab edir ki, Qarabağın statusu müəyyən olunmadan münaqişə həll olunmayıb. Qərb payız müharibəsinin nəticələrini qəbul etmir, Rusiya isə əksinə. Ermənistan və Azərbaycan hakimiyyəti qaydalarla oynamağa məcburdurlar. Amma Azərbaycan üçün Ermənistandan fərqli olaraq, bütün bunlar onun maraqlarından irəli gəlir”, - deyə politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Qərb ABŞ-ın keçmiş prezidenti Trampın siyasəti ucbatından Cənubi Qafqazda mövqelərini itirib, Rusiya, Türkiyə və qismən də İran bundan istifadə edib, rollarını gücləndirib. “Və hələlik Qərbin itirdiklərini bərpa edə biləcəyinə dair heç bir ilkin şərt yoxdur”, o hesab edir.

İvanov Brüssel görüşündən əvvəl təmas xəttində yeni toqquşmaların olacağını da istisna etməyib.

Münaqişənin Moskvadakı danışıqlar formatından Minsk qrupu formatına keçirilməsi Rusiya ilə Qərb arasında saatların tutuşdurulmasından sonra baş tutacaq.

Öz növbəsində, rusiyalı siyasi strateq Dmitri Naqin qeyd edib ki, bu gün Rusiya ilə Fransa arasında pərdəarxasında danışıqlar gedir və bu danışıqlarda regionda balans yaratmalı olan strateji məsələlər müzakirə olunur.

"Bu gün Rusiya-Türkiyə arasında mövcud olan balans kimi. Amma bu, Qərblə Rusiya arasında olmalıdır. Rusiya və Qərb balansı razılaşdıranda Minsk Qrupunun formatı bərpa olunacaq. Qarabağla bağlı hansı qərarların veriləcəyi də bundan asılıdır”, - ekspert vurğulayıb.

O, həmçinin Brüssel görüşündən əvvəl sərhəddə yeni insidentlərin baş verə biləcəyini istisna etməyib. "Eskalasiya görüşü poza bilər. Qeyri-müəyyənlik güc mövqeyindən çıxış edən Azərbaycan üçün sərfəlidir", - Naqin izah edib.

Onun fikrincə, qeyri-müəyyənlik Rusiyaya da sərf edir. "Rusiya Ermənistandan keçəcək bütün nəqliyyat marşrutlarını nəzarətə götürməlidir", - politoloq hesab edir.

Ekspert qeyd edib ki, Qərb Rusiya və Türkiyənin Cənubi Qafqazda möhkəmlənmək cəhdlərinə qarşıdır. "3+3 formatı da yeni balansın qurulmasına öz töhfəsini verməlidir. Ona görə də Rusiya və Türkiyə Qərbi fakt qarşısında qoymaq üçün İranı bu formata cəlb etməyə çalışırlar. Amma Gürcüstan vasitəsilə Qərb bu formatı iflasa uğradır. Çünki Rusiya-Türkiyə formatı həm Qərbə, həm də İrana sərfəli deyil”, - deyə o, fikrini tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...