Dəhlizi bizə Paşinyan yox, Putin verə bilər Laçın düyünü və Zəngəzura gedən yol...

Analitika 17:19 24.11.2021

Paşinyanın ötən gün verdiyi açıqlamaları geniş müzakirələrə səbəb olub. Xüsusilə onun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması Azərbaycan ictimaiyyətində “şok effekti” yaradıb. Buna səbəb ötən həftə bir qrup yerli ekspertin Zəngəzur dəhlizinin Azərbaycana verilməsi kimi saxta xəbəri ictimaiyyətə elan etməsi olub. “Zəngəzurda çay içəcəyik” deyənlər, təbii ki, Paşinyanın sonuncu bəyanatına olduqca təəccüblənərək, qəzəblənib.

Bəs nə baş verir? Əslində isə Nikol yeni heç nə deməyib.

“Ermənistanla şantajla və güc dilində danışmaq lazım deyil. Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur nə deməkdir? Dəhlizlə bağlı heç bir danışıqlar olmayacaq” Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri heç vaxt bu dəhlizin açılması ilə bağlı bəyanat verməyib. O, sadəcə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən kommunikasiya xəttinin (söhbət avtomobil və dəmir yolundan gedir) açılacağını bildirib.

10 noyabr birgə bəyanatına uyğun olaraq, Azərbaycan Qarabağ ermənilərinin Ermənistanla əlaqələrini təmin edəcək Laçın dəhlizini sülhməramlıların nəzarətinə verir. Əvəzində isə Naxçıvanı Azərbaycana birləşdirmək üçün yol açılacağı göstərilir. Dəhlizdən isə söhbət getmir...

Bu gün Paşinyan həmin bəyanatda qeyd olunanlarla bağlı deyir: “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”.

Laçın dəhlizində postumuz olsaydı Ermənistan Baş naziri bu qədər iddialı danışa bilərdimi? Bu artıq ritorik sualdır...

Qısası, Paşinyanın sonuncu Zəngəzur bəyanatından belə aydın olur ki, o Naxçıvanı Azərbaycana birləşdirəcək yolları açmağa razıdır, bir şərtlə ki, bu yollar Ermənistanın ərazisi kimi tanınsın, yəni dəhliz yox, tranzit qovşaq rolunu oynasın.

Əsas maraqlı cəhətlərdən biri isə Paşinyanın bunu Soçi zirvəsinə 3 gün qala bəyan etməsidir. Əliyev və Putinlə görüşdən əvvəl Paşinyanın Zəngəzur dəhlizi məsələsinin üstündən xətt çəkmək cəhdi onu Mehrini satmaqda ittiham edən müxaliflərlə, həm də rəsmi Bakı və Moskvaya mesajdır. Yəni, masada Zəngəzur dəhlizi olmayacaq.

Paşinyanın açıqlamalarına görə, nəinki Zəngəzur, masada heç Qarabağın Azərbaycan ərazisi kimi tanınması da olmayacaq. Bəs Soçi zirvəsinin məqsədi nədir? Delimitasiya və demokrasiya proseslərini həyata keçirmək üçün birgə işçi qrupu yaratmaq? Müstəqillik əldə etməyimizdən 30 il keçməsin baxmayaraq, bir-birimizə qarşı heç bir ərazi iddiamızın olmadığı Rusiya və Gürcüstanla hələ də delimitasiya və demarkasiya proseslərinin davam etdiyini nəzərə alsaq, qarşılıqlı ərazi iddialarımız olan Ermənistan bu prosesi sonsuza qədər davam etdirə bilər.

Eyni zamanda, Qarabağın dağlıq rayonları erməni terrorçulardan təmizlənmədən, Zəngəzur dəhlizi açılmadan delimitasiyaya başlamaq isə Ermənistana bu məsələlərdə sonuncu təzyiq vasitəmizi də itirmək deməkdir. Çünki delimitasiya və demarkasiya proseslərindən sonra Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhəd qoşunlarının yerləşdirəcəyi realdır.

Nəticədə, Azərbaycan Zəngəzur və Qarabağın dağlıq rayonları ilə bağlı problemi Paşinyanla yox, Putinlə həll etməlidir. Çünki keçmiş Dağlıq Qarabağa (Xankəndi, Xocalı, Əsgəran və Xocavəndə) və Zəngəzura gedən yol Laçından düyünündən keçir. Bu düyünsə Laçın dəhlizinə Azərbaycanın nəzarətini bərpa edilməklə açıla bilər.

Dəhliz bu gün Rusiyanın sərəncamındadır. Necə vermişiksə, elə də almalıyıq..!

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı