Yeni “mərhələli həll planı”? Soçi bəyanatı nəyi göstərir

Analitika 16:19 29.11.2021

Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə dövlət başçıları Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlər daxil olmaqla regionda hazırki siyasi prosesləri müzakirə ediblər.

Soçi bəyanatında hansı məsələlərdən danışılıb?

Görüşün sonunda hər üç dövlət başçısı növbəti bəyanata imza atıblar. Soçi bəyanatında ilkin olaraq Ermənistan və Azərbaycan dövlət başçılarının 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının yerinə yetirilməsinə sadiq olduqları qeyd olunur. Bununla bərabər, hər iki tərəf  9 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səylərin gücləndirilməsinə razılıq verdiklərini bildiriblər.

Üçtərəfli bəyanatda Azərbaycan və Ermənistan mediasının gündəmində olan üç önəmli məsələ də qeyd olunub:

- Ermənistan - Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi və Rusiyanın köməyi ilə hər iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın əsasının qoyulması və bunun üçün işlərin görülməsi.

- Ermənistan, Azərbaycan və Rusiya tərəfindən regional kommunikasiyaların inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsi.

- Regionda sülhün bərqərar olunması. Yəni, Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması, erməni və Azərbaycan xalqları arasında etimadın gücləndirilməsi.

Bəyanatda qeyd olunan bu üç məqam Ermənistan - Azərbaycan sülh prosesində birinci dərəcəli məsələlərdir. Müzakirələrdə bu üç məsələnin önə çıxarılması olduqca əhəmiyyətlidir. Ona görə ki, Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında növbəti qarşıdurmanın qarşısının alınması və regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan - Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası həyata keçməli, hər iki dövlət arasında münasibətlər normallaşmalı və regional kommunikasiyalar yenidən bərpa olunmalıdır.

Soçi bəyanatında Qarabağ məsələsinə toxunulmaması Azərbaycan ictimaiyyətində narahatçılıq yaradır

Maraqlıdır ki, bəyanatda Qarabağla bağlı heç bir məqama toxunulmayıb. Bu da Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Bunun narahatlığın səbəbi var: İlk öncə 10 noyabr bəyanatının 4-cü maddəsi (Ermənistan hərbi qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması öhdəliyi) hələ də tam yerinə yetirilməyib. Təəssüf ki, Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbi qüvvələrinin mövcudiyyəti davam etdirir. İkincisi, Qarabağda separatçı hərbi birliklər hələ də tərksilah olunmayıb. Və nəhayət, Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərqərar olunmayıb.

Əgər bəyanatda Qarabağla bağlı proseslərin nizamlanmasının vacibliyi qeyd olunsaydı, bu qaranlıq məsələləri aradan qaldırardı. Anlamaq lazımdır ki, Qarabağ məsələsi tam nizamlanmadan erməni və Azərbaycan xalqları arasında sülhdən və barışıqdan danışmaq mənasızdır. Üstəlik, azərbaycanlı məcburi köçkünlər sülhməramlıların nəzarəti altında olan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə qayıtmalı və oralarda yenidən yurd-yuva salmalıdırlar. Bunun nə zaman baş verəcəyi hələ də dəqiq bilinmir.

Ancaq bir məqamı da qəbul etmək lazımdır ki, münaqişə ilə bağlı bütün problemlərin həll edilməsi və məsələlərin nizamlanmasının eyni zamanda baş verməsi qeyri-mümkündür. Bütün problemlərin və məsələlərin öz həllini tapması üçün müəyyən zaman, müəyyən müddət lazımdır. İstər dövlət səviyyəsində, istərsə də xalq diplomatiyası səviyyəsində hər iki xalqın nümayəndələri arasında münaqişənin tam həlli və sülhün bərqərar olunması üçün müzakirələr aparılmalı, debatlar təşkil edilməli, planlar və mexanizmlər ortalığa qoyulmalıdır. Münaqişə ilə bağlı hər bir problem öz zamanında həllini tapır.

Mərhələli həll plana qayıdış

Bütün bunları nəzərə alanda başa düşərik ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında gedən sülh prosesləri müəyyən qədər mərhələli həll planına bənzəyir.

Xatırladaq ki, son 30 il ərzində ATƏT - nin Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda üç həll planı irəli sürülüb. Paket həll planı, mərhələli həll planı və vahid həll planı. Qeyd edək ki, uzun müddət ərzində danışıqlarda mərhələli həll planı daha çox gündəmdə olub. Mərhələli həll planı nədir? Münaqişənin mərhələli şəkildə həll olunmasıdır. Plana görə, ilkin olaraq Ermənistan qoşunları işğal edilmiş rayonlardan geri çəkilir, bölgəyə sülhməramlılar yerləşdirilir və Dağlıq Qarabağa müvəqqəti status verilir. Növbəti mərhələlərdə beynəlxalq maliyyə institutlarının Dağlıq Qarabağı və ətraf rayonları minalardan təmizlənməsi və bölgədə infrastrukturun qurulması üçün maliyyə ayırır, məcburi köçkünlər öz torpaqlarına qayıdır, regional kommunikasiyalar açılır və Ermənistan üzərində blokada aradan qaldırılır. Son mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən qabaq  ATƏT - nin Minsk Qrupu tərəfindən irəli sürülmüş Madrid və Kazan prinsipləri mərhələli həll planı üzərində əsaslanırdı. Lakin nə Madrid, nə də Kazan prinsipləri həyata keçmədi.

Nəyə görə mərhələli həll planını hazırki vəziyyətlə əlaqələndirirəm? Əgər Soçi bəyanatında üç önəmli məsələni diqqətlə nəzərdən keçirsək görərik ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi ilkin mərhələdə sərhədlərin delimitasiya və demarkasiyanı nizamlayacaq, regional kommunikasiyaların açılmasını və fəaliyyətini təmin edəcək, hər iki xalq arasında etimadın artırılması və regionda sabitliyin gücləndirilməsi üçün addımlar atacaqlar. Bu üç məsələnin qaydaya salınması və həll edilməsi üçün uzun müddət zaman tələb oluna bilər. 

Birinci dərəcəli hesab olunan üç məsələ həllini tapdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistan Qarabağ məsələsinə  keçə bilərlər. Bu məsələyə keçdikləri təqdirdə bu məsələlər müzakirə oluna bilər: Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müddətinin uzadılması, Qarabağ bölgəsinin silahsızlaşdırılması, Qarabağın dağlıq hissələri – Xankəndi, Xocalı, Xocəvənd və Ağdərəyə məcburi köçkünlərin qayıtması və həmin ərazilərdə Azərbaycanın yerli administrasiyalarının əsasının qoyulması kimi məsələlər nəzərdən keçirilə bilər.  Hesab edirəm ki, Qarabağda yerli ermənilər və azərbaycanlılar arasında dostluğu və mehribançılığı daha da gücləndirmək üçün hər ikisinə kiçik səviyyədə olsa da  xüsusi özünüidarəetmə hüququnun verilməsi məsləhətli ola bilər. Əlbəttdə, bu məsələlərin həyata keçməsi üçün də uzun müddət zaman tələb olunur. 

Güman etmək olar ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin diqqətində olan birinci və ikinci dərəcəli bu məsələlər post-Qarabağ müharibəsi dövründə mərhələli şəkildə nizamlana bilər. 

Yunis Abdullayev 

 

 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
Hamısı