Qardaşımın qardaşı mənim düşmənimdir Yaxud, İran Ermənistanı niyə satdı

Analitika 15:09 30.11.2021

Hələ Azərbaycan-İran gərginliyinin pik səviyyədə olduğu dövrdə Cənubi Qafqaz və Türkiyənin İran üçün iqtisadi baxımdan nəfəs koridoru olduğunu yazmışdıq. Və qeyd etmişdik ki, sanksiya və embarqo siyasətinə məruz qalan İran əlində-ovcunda qalan azsaylı ticarət partnyorlarını da itirə bilməz. Çox keçmədi ki, İran həqiqətən də bunun fərqinə vardı və geri addım atdı.

Bu geri addım Azərbaycan-İran münasibətlərinə gərginlikdən əməkdaşlığa dönüşü təşkil etdi ki, bu da hər iki tərəf üçün faydalı oldu. Lakin sözügedən geri dönüşü böyük hüzn və qəzəblə izləyən daha bir tərəf var idi: Ermənistan...

İki aydan çox davam edən Azərbaycan-İran gərginliyi Ermənistan üçün sözün həqiqi mənasında “göydəndüşmə” idi. Bu, müharibə zamanı rəsmi İrəvanın nə qədər yalqız və çarəsiz olduğunu hiss etməsi ilə bağlıydı. Post-müharibə dövründə ermənilərə daşınan yüklərə görə Azərbaycan və İran arasında yaşanan gərginliksə Ermənistan üçün böyük fürsətlər doğurmuşdu. İrəvan artıq Azərbaycanın təzyiqlərindən xilas olmaq üçün rəsmi Tehrana arxalana bilərdi.

İran da diplomatiyasını bu istiqamətdə qurmuşdu. Azərbaycana geri addım atdırmaq üçün İran rəsmiləri Ermənistanı dəstəkləyən açıq bəyanatlar verirdi.

Azərbaycan-İran gərginliyinin ilk işartılarının göründüyü avqust ayının əvvəlində artıq Azərbaycan cənub qonşusuna Qarabağa daşınan qanunsuz yüklərlə bağlı “dinc” narazılığını bildirmişdi. Əslində isə tərəflərin uzlaşa bilmədiyi məqam Zəngəzur dəhlizi idi. İran Zəngəzurun Azərbaycanın yox, öz nəzarətində olmasını istəyirdi.

Beləliklə, gərginliyin yeni-yeni formalaşdığı dövrdə - 5 avqust tarixində Tehran aeroportuna Ermənistan Baş nazirini daşıyan bir təyyarə endi. Rəisi və Paşinyan görüşü başladı.

Tərəflər Mehri azad iqtisadi zonasının aktiv fəaliyyətinin təmin edilməsini və İranın Aİİ (Avrasiya İqtisadi İttifaqı) ilə sərbəst ticarət rejiminin tətbiq olunmasının mümkünlüyünü bu sahədə əməkdaşlığı inkişaf etdirmək üçün stimul olaraq hesab etdilər. Nikol Paşinyan İranın Şimal-Cənub avtomobil yolunun tikintisi layihəsinə olan marağını alqışladı və əlavə etdi ki, Ermənistan hökuməti İran tikinti şirkətlərinin yuxarıda qeyd olunan layihənin Sisyan-Mehri (Zəngəzur dəhlizi) hissəsinin beynəlxalq tenderində iştirakını müzakirə etməyə hazırdır.

Yəni, Ermənistan bu görüşdə Azərbaycanın iddia etdiyi Zəngəzur dəhlizini İranla birgə istifadə etmək üçün razılaşdı. Bununla rəsmi İrəvan Bakının dəhliz iddialarını tamamilə iflasa uğratmağı və Tehranı öz tərəfinə çəkməyi planlaşdırırdı. Azərbaycan-İran gərginliyi məhz bu görüşdəki sözügedən razılıqdan sonra yüksələn xətlə inkişaf etdi. Görüşdən 6 gün sonra Azərbaycan XİN-i artıq İrana rəsmi nota vermişdi.

Hər şey Ermənistanın arzuladığı kimi gedirdi, lakin Azərbaycan Gürcüstan və Türkiyənin İrana qarşı cəbhə açması, ona qarşı qapılarını bağlaması İranın geri addım atmasına səbəb oldu. Daha sonra Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin 21 noyabrda Tehrana səfəri, Bakının yeni enerji mübadiləsi təklifini İran dövlət rəsmilərinə təqdim etməsi zəifləyən gərginliyi birdən-birə əməkdaşlığa çevirdi. Azərbaycan türkmən qazını İran üzərindən alıb, Avropaya satacaqdı. Bu gələcəkdə İran qazının da Avropaya icraçı və Qərb-İran ticarət əlaqələrinin bərpa edilməsi üçün böyük bir fürsət yaradırdı. Əvəzində isə İrandan sadəcə bir şey tələb olunurdu: Sədaqətli dostluq və Zəngəzur dəhlizi layihəsinə dəstək...

28 noyabrda isə Ermənistanın İrana olan ümidləri suya düşdü. Bu tarixdə Aşqabadda İƏT sammitinə start verildi və Azərbaycan-İran dövlət başçılarının ikitərəfli görüşü keçirildi. İran və digər İƏT üzvləri Azərbaycanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik etdi. Və sammitdə Əliyevin gündəmində Zəngəzur dəhlizi var idi.

"İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər", - Azərbaycan Prezidenti deyib.

Yəni, Zəngəzur dəhlizi eynilə Paşinyanın düşündüyü kimi Şimal-Cənub nəqliyyat dəhlizinə birləşəcək və İran da bu dəhlizdən istifadə edə biləcək. Məhz bu bəyanatdan sonra İran Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırdı.

Səhəri gün, İran mətbuatının manşetlərində Rəisi ilə Əliyevin birgə şəkli, altından isə belə bir başlıq yazılmışdı: “Bir millət, bir ümmət, iki dövlət”.

Azərbaycan mətbuatının manşetlərində isə Əliyevin bu fikri yer alırdı: “Azərbaycan və İran iki qardaş dövlətdir”.

Və... Eyni tarixdə Ermənistan mətbuatı isə yazırdı: “İran Ermənistana xəyanət etdi”.

P.S. Siyasətdə qardaşlıq və dostluq sadəcə maraqlar üzərində qurulur. Maraqlar dəyişdikcə, müttəfiqlər də dəyişir. Dəyişməyənsə siyasətin acı qanunudur: Qurdluqda düşəni yemək qanundur. Ermənistan artıq “düşüb”, məğlub olub, məğlub oyunçu üzərindənsə heç bir ağıllı aktor yeni oyun qurmaz...

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı