ABŞ Talibandan istifadə edib, İrana müdaxilə etmək istəyir! - ednews.net

21 Yanvar, Cümə

ABŞ Talibandan istifadə edib, İrana müdaxilə etmək istəyir!

Analitika A- A A+

Ötən gün İran sərhədçiləri ilə "Taliban” arasında baş verən toqquşmada tərəflər bir-birinə artilleriya zərbələri endirib. Hətta İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən "Dheris”, "Dost Məhəmməd” və "Bala-e Siyah Çeşmən” məntəqələrinin "Taliban” tərəfindən ələ keçirildiyi qeyd olunur. Rəsmi Tehran isə öz növbəsində sərhəd-keçid məntəqələrinin itirilməsi barədə məlumatı təkzib edib.

İran - Əfqanıstan sərhədində nə baş verir?

Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim "Tolo Nyus" kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib. İran tərəfi iddia edir ki, atışmanı "Taliban” başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda "yanlış təəssürat"ın olmasıdır. Ehtimal ki, İran tərəfinin qeyd etdiyi kimi, atışmanı "Taliban” başladıb. Görünür, Taliban İran sərhədçilərinə birdən-birə hücum edib və qeyd olunduğu kimi qısa müddət ərzində "Dheris”, "Dost Məhəmməd” və "Bala-e Siyah Çeşmən” məntəqələrini ələ keçirib.

"Taliban”ın İrana hücumu səbəbsiz deyil. Aydın məsələdir ki, bu hücumun arxasında ABŞ faktoru var. Taliblərin Vaşinqtonun dəstəyi olmadan İrana hücum etməsi real deyil. Heç kəsə sirr deyil ki, hazırda taliblərin əlində ABŞ-a məxsuz kifayət qədər texnika və silah var. Bu da realdır ki, rəsmi Vaşinqton bu və ya başqa formada taliblərə bu gün də dəstək verir. Yəni indiki halda bu hücüm Vaşinqtonun sifarişi ilə planlı və məqsədlidir.

Müəllif ABŞ, icracı "Taliban”, hədəf İran!

Vaşinqton "Taliban”la İranı qarşı-qarşıya gətirərək rəsmi Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. Əgər "Taliban” həqiqətən İrana məxsus sərhəd məntəqələrini ələ keçiribsə, rəsmi Tehran gec-tez bu məntəqələri geri alacaq. Əgər ələ keçirməyibsə, gərginlik yenidən alovlana bilər.

Məsələ ondadır ki, həm Əfqanıstana, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz bir ölkədir. Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilir. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini idelogiyadan istifadə edə biləcək ölkələrdir. Yaxın keçmişdə İraq-İran müharibəsi və SSRİ-nin Əfqanıstana müdaxiləsi buna nümunə ola bilər. Hər iki müharibədə də hücum edən tərəf hücuma məruz qalandan daha ağır itkilərə məruz qaldı. Prinsip etibarilə, bunu ABŞ da yaxşı bilir. Nəticə etibarilə Əfqanıstan bataqlığında ağır məğlubiyyətə uğrayan ölkələrdən biri də məhz ABŞ-dır.

İndiki halda rəsmi Vaşinqton Talibanı İran ərazisinə müdaxilə etdirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. ABŞ bununla onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürməyi düşünür. Bundan başqa, belə bir müdaxilə beynəlxalq ictimayətin reaksiyasını çəkə və antiiran koalisiyasının yaranmasına səbəb ola bilər.

ABŞ bunu bir dəfə İraqda Səddam Hüseynə qarşı edib. Vaşinqton İraqa müdaxilə etmədən öncə İraq-İran müharibəsi yaratmış, Səddamın öz gücünü tükətməsini gözləmiş, sonda isə bu ölkəyə müdaxilə etmişdi. Görünür, ABŞ vaxtilə İraqa etdiyini indi də İrana etmək istəyir.

İrana hücum etməkdə "Taliban”ın marağı nədir?

"Taliban” bu addımı ilə beynəlxalq mənfi imicini müsbətə çevirmək istəyir. Taliban İranı öz üzərinə çəkərək həm sünni müsəlman ölkələrinin, həm də Qərbin dəstəyini qazanmaq, bu yolla da həm də Əfqanıstanın leqal hakimiyəti olduğunu qəbul etdirmək istəyir. Yəni mövcud gərginlik davam edəcəyi təqdirdə prosesi sunni-şiə qarşıdurması fonunda təqdim etmək və Talibanı məzlum olaraq göstərmək, onun mənfi imicini müsbətə çevirə bilər. Onu da deyim ki, ABŞ bunu bir dəfə YPG, PYD ilə edib. Vaşinqton qeyd olunan kürd terror biləşməsinidə İŞİD-lə mübarizəsi fonunda qəhrəman elan edərək Qərbdə imicini artırmışdı.

Rəsmi Tehranın Vaşinqtonun tələsinə düşüb-düşməyəcəyini isə hər halda zaman göstərəcək.

Turan Rzayev

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...