Proses bu istiqamətdə davam etsə, məsələ artıq hərbi müstəviyə keçəcək Ekspert

Analitika 18:00 03.12.2021

Dekabrın 2-də Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxış edib. O, bildirib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirməli və silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Nazir qeyd edib ki, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalı, Zəngəzur dəhlizi tezliklə işə salınmalı, Ermənistan bütün minalanmış ərazilərin tam və dəqiq xəritələri Azərbaycana təqdim etməli, 1990-cı illərin əvvəllərində itkin düşən 4000-ə yaxın azərbaycanlı ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

Eyni zamanda, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan  bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi danışıqlar predmeti olmalıdır. Mirzoyan həmçinin Azərbaycanı təcavüzdə ittiham edərək, humanitar öhdəlikləri (əsrlərin təhvil verilməsi – red.) yerinə yetirməməkdə suçlayıb.

Paralel olaraq eyni gündə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyanatla çıxış edərək Ermənistan heç bir dəhliz məsələsini müzakirə etmədiyini və etməyəcəyini bildiribn. O, Azərbaycanın Ermənistanın nəzarətində qalan anklavlarının qaytarılması məsələsinə də toxunaraq, ümumiyyətlə anklavların olmasını şübhə altına alıb.

Başqa sözlə desək, Ermənistan tərəfi bütün qüvvəsi ilə danışıqlar prosesini pozmaq istiqamətində addımlar atır. Tərəflər arasında gözlə görünən bağlı fikir ayrılığı və ciddi barışmazlıq müşahidə edilir. Hətta bu səbəbdən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin dekabrın 2-də keçirilməsi nəzərdə tutulan görüşü baş tutmayıb.   

Məsələ ilə bağlı araşdırmaçı jurnalist Asif Nərimanlı EDNews.net-ə şərh verib. Onun sözlərinə görə, əslində Soçi görüşündən sonra bəzi gözləntilər vardı.

“Putin də bildirmişdi ki, üçtərəfli işçi qrupunun bu həftə Moskvada baş tutacaq görüşündə Soçidə əldə edilən razılaşmalarla bağlı yekun vəziyyət açıqlanacaq. Burada söhbət sırf kommunikasiyanın açılması məsələsindən gedir. Soçidə sərhədin delimitasiyası ilə bağlı nəzəri razılaşma əldə olunub, bu ilin sonuna qədər mexanizmlərin yaradılması da gündəmdədir”.

O qeyd edib ki, dünən Ermənistan mətbuatında yayılmış məlumata görə, üçtərəfli işçi qrupunun görüşündə heç bir razılaşma əldə edilməyib.

“Ermənistan TŞ-nın katibi A. Qriqoryanın iddiasına görə, Azərbaycan dəhliz məsələsini gündəmə gətirir və o, bu məqamda müqavilədən danışır. Söhbət hansı müqavilədən gedir? Burada ancaq baza rolunu oynayan 10 noyabr bəyanatına uyğun olaraq addımlar atılmalıdır. Kommunikasiya ilə bağlı əsas məsələ qrafikin təsdiq edilməsidir. 11 yanvar Moskva bəyanatının 4-cü maddəsinə görə, 2021-ci il  mart ayının 1-dək üçtərəfli işçi qrupu qrafiki hazırlamalı idi. Lakin proses uzandı və bu, bizimlə yanaşı Rusiyanın da maraqlarına zidd görünür. Çünki Rusiya üçün ən birinci məqsəd məhz kommunikasiyaların açılmasıdır. Faktiki olaraq Ermənistan Moskva görüşündə razılığı pozdu. Paşinyanın “Soçidə şifahi razılaşma olub, Moskvadakı üçtərəfli görüşdə isə yox” deməsi məhz Brüssel görüşü ilə bağlıdır. Hər hansı alternativinin olduğunu düşünür, ona görə bu addımı atır”.

A. Nərimanlı bildirib ki, Stokholmda xarici işlər nazirlərinin görüşündə mühüm hadisələr baş verdi. Azərbaycan xarici işlər naziri ən vacib mesajlarını çatdıra bildi və ATƏT platformasından bunun çatdırılması çox mühüm idi.

“Proseslər onu göstərir ki, Ermənistan tərəfi xüsusilə Rusiyanın hakim olduğu görüşlərdə məsələlərə razılaşır. Lakin sonra prosesdən uzaqlaşır. Bunun yeganə yolu var. Prezident İlham Əliyev Soçi görüşündə iki vacib mesaj vermişdi. Birincisi, Azərbaycan məhz bu - Rusiya, Azərbaycan və Ermənistan formatında nəticələrə nail ola biləcəyini gözləyir. Bu zaman Avropa İttifaqının təşkil etdiyi masanın o qədər də əhəmiyyətli olmadığını bildirir. Lakin bunu məhz Soçidə deməklə öz mövqeyini açıqlayır. Rusiyaya bir növ jest və Paşinyana qarşı gedişdir. Amma bu, həm də bu formatın Azərbaycan maraqları çərçivəsində olduğunu göstərir. Rusiya və Azərbaycan gündəlik məsələlərdə uyğun gəlir.

İkincisi, Azərbaycan Prezidenti bildirdi ki, razılaşmaların icrasının gecikməyəcəyinə ümid edir və regionda sabitlik bundan asılı olacaq. Bu, əldə olunan razılaşmalar uzanacaqsa, artıq məcburetmə əməliyyatının gündəmə gələ biləcəyi deməkdir. Bu, son sərhəd döyüşlərində Ermənistan tərəfinin təxribatlarına Azərbaycan tərəfinin cavabı idi. Və Ermənistan sərhəd məsələsində bir addım da olsa nəzəri də olsa irəliyə doğru addım atdı. Bu cür məcburetmə əməliyyatı ilə kommunikasiyaların açılması - Zəngəzur dəhlizi məsələsində də irəliyə addım ata bilər. Ermənistan zaman-zaman təxribatlara əl atır. Azərbaycan tərəfi hər dəfə lazımınca cavab versə də çox da irəliyə getmir. Lakin növbəti təxribatda belə bir məcburetmə əməliyyatı keçirilə bilər. Çünki həqiqətən Ermənistanın başa düşəcəyi başqa yol yoxdur”.

A. Nəzrimanlının sözlərinə görə, Soçi görüşündən sonra bu açıqlamalar və üçtərəfli görüşdə razılaşmanın olmaması göstərir ki, faktiki Ermənistan Bakı ilə yanaşı, Moskvaya qarşı da çıxır.

“Bu regionda real söz sahibi Azərbaycan, Türkiyə və Rusiyadır. Ermənistanın həm coğrafi, həm də çıxış baxımdan manevr imkanları həddindən artıq zəifdir. Qərbdən müəyyən bir siyasi dəstəyi ala bilər, amma bu da faktiki olaraq heç bir işə yaramır. Fikrimcə Azərbaycan və Rusiya 15 dekabr Brüssel görüşünü gözləyəcək. Amma Paşinyan hakimiyyəti də məhz bu görüşə qədər nəsə əldə etməyə çalışır, belə desək buna oynayır. Görüşdən sonra Ermənistan tərəfinə daha sərt tələblər qoyulacaq ki, artıq bu razılaşmalar əldə edilsin, yox əgər proses uzanacaqsa bu məsələni artıq hərbi müstəviyə keçirəcək. İndiyədək baş verib, bundan sonrada baş verə bilər. İlin sonuna qədər həm kommunikasiyalar, həm də sərhədlə bağlı müəyyən mexanizmlərin olması əsas gündəmdir. Dekabrın 15-dək müəyyən sakitlik ola bilər, amma ondan sonra proses daha aydın olacaq”.

Gülnar Səlimova 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Hamısı