Dava yorğan davasıdır Yaxud, dar dəhlizdə yaranan basabas

Analitika 18:00 06.12.2021

Zəngəzur dəhlizinin açılmasında maraqlı olan və olmayan dövlətlər var. Rusiyanın hakimiyyətə yaxınlığı ilə tanınan "Nezıqar" teleqram kanalı yazır ki, dəhlizin yaradılması regionda Tbilisi və Tehranın maraqlarına uyğun deyil. 

Kanal qeyd edir ki, İran Zəngəzur dəhlizi layihəsinə həssas yanaşır və son gərginlik zamanı hətta Azərbaycandan Naxçıvana hərbi yüklərin çatdırılması üçün öz hava məkanını bağlayıb. İran uzun müddətdir ki, Bəndər-Abbas limanından Ermənistanın Meqri rayonu vasitəsilə Gürcüstanın Batumi limanına qədər dəmir yolu layihəsini dəstəkləyib. Ehtimal etmək olar ki, İran, daim qaynayan Ermənistan-Azərbaycan münaqişəsində maraqlıdır. Sülh, sabitlik və Zəngəzur dəhlizi İranın tranzit ölkə rolunu azaltmaqla yanaşı, Türkiyənin Orta Asiyada güclənməsinə də imkan verəcək.

Bildirilir ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası həyata keçirilməyənə qədər vaxtaşırı döyüşlər təkrar-təkrar baş verəcək. Sərhədin müəyyənləşdirilməsi bir sıra məsələlərdən - Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəməməsindən, Nikol Paşinyanın Ermənistan əhalisinin bəzi mübahisəli əraziləri tərk etməli olacağını açıqlamaq istəməməsindən, habelə daxili (erməni radikallarının) mövqeyindən və Zəngəzur dəhlizinin tikintisinə qarşı çıxan xarici (əsasən İran) oyunçular asılıdır.

Həmçinin qeyd olunur ki, Rusiya suveren dövlətlərin - Ermənistan və Azərbaycanın işlərinə birbaşa müdaxilə edə bilməz və etməyəcək. Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası çox güman ki, aylarla, hətta illərlə davam edəcək. Buna baxmayaraq, uzunmüddətli perspektivdə nəqliyyat dəhlizinin tikintisindən ilk növbədə Ermənistan (nəqliyyat xərclərini azalda və xarici bazarlarda ticarəti genişləndirə biləcək), həmçinin Türkiyə, Azərbaycan və Rusiya faydalanacaq.

Mövzu ilə bağlı araşdırmaçı jurnalist Asif Nərimanlı EDNews.net-ə şərh verib.

"Zəngəzur dəhlizində hansı ölkələrin maraqlı olduğu bəllidir. Bunlar əsasən Rusiya, Türkiyə və Azərbaycandır. 

Gürcüstanın dəhlizin açılmasının marağında deyil, çünki bununla Gürcüstan marşrutuna alternativ yaranacaq. Lakin düşünürəm ki, bu məsələ Azərbaycan-Gürcüstan və Türkiyə-Gürcüstan arasında müzakirə olunub və narahatlığa əsasın olmadığı Tbilisiyə çatdırılıb. O cümlədən, Bayden administrasiyasının Bakı ilə təmaslarında Cənub qaz dəhlizinin gələcəyinin vurğulanması da Amerikanın Gürcüstan marşrutunun aktual olaraq qalmasını göstərir. Bu, Zəngəzur dəhlizinin Gürcüstan marşrutu üçün alternativ yaratmasını da arxa plana keçirir".

A.Nərimanlının sözlərinə görə, burada ən çox ziyan görə biləcək ölkə İran hesab olunur, çünki İranın Cənubi Qafqaza çıxışı tamamilə Azərbaycanın təsiri altına düşür: “İran bu zaman daha çox Fars körfəzi və Qara dəniz layihəsi olan marşrutdan istifadə edir. Fars körfəzinə çıxan dəhliz İran üzərindən Ermənistan, onun üzərindən Gürcüstana, oradan Qara dənizə və Avropa çıxır. İran təbii ki, belə bir layihə ilə Avropa bazarına çıxışla həm Rusiya, həm də Türkiyədən asılılığını azaltmaq istəyir, həmçinin indiki regionda yaranmış reallıqdan öz payını almaq istəyir”.

O qeyd edib ki, bu layihənin xüsusilə iqtisadi baxımdan problemli tərəfləri çoxdur: “Layihəni icrası üçün 3 milyarda yaxın pul tələb olunur. Ermənistan daxilindəki yollara ən azı 1 milyard pul lazımdır. İran özü də dövlət olaraq bu layihəyə əlavə pul qoymaq istəmir, ona görə də zəri daha çox Ermənistan tərəf atır. Paşinyanın Gürcüstan səfərində İranın bu layihəsini Tbilisiyə təqdim etmək üçün aparmışdı. Paşinyan İrana, ardınca Gürcüstana səfər etmişdi. Və sentyabrın sonu Putin ilə Ərdoğan arasında Soçidə görüş gözlənilirdi. Əldə olunacaq razılıq İranın regional maraqlarına zidd olduğu üçün, o görüş ərəfəsində rıçaqlarını işə salmışdı. Bu zaman həm də sərhəddə təlimlər keçirdi. Sonra isə reallıqla barışan kimi göründü. Ermənistan üzərindən müdaxilə prosesi baş tutmadı, çünki Ermənistan da anlayır ki, həlledici qüvvə o deyil.

Rusiya ilə təmaslarda Moskva regional reallığın “3+3” formatı olduğunu bildirdi. Bu o deməkdir ki, ya İran bu reallıqla barışmalıdır, ya da kənarda qalacaq. Bundan sonra İranda müəyyən yumşalmalar baş verdi. Son olaraq Azərbaycan və İran prezidentlərinin görüşündən sonra yumşalmalar münasibətlərin düzəlmiş kimi görünür”.

A.Nərimanlı bildirib ki, Zəngəzur dəhlizi ideya olaraq var, lakin bunun baş tutması üçün kifayət qədər problemlər də mövcuddur: “Siyasi səbəbi budur ki, layihə baş tutsa belə, Avropa bazarı bu marşruta qapı açacaqmı, bunu demək çətindir.

Bu zaman İrana qarşı sanksiya məsələsi, Ermənistan üzərindən Rusiyanın təsiri imkanı var, hansı ki, Rusiya Fars körfəzi üzərindən Qara dəniz layihəsinə qarşıdır. Bununla yanaşı Gürcüstanda olan və İrana qarşı çevrilən ABŞ təsiri var. Bu, Gürcüstan üzərindən Bakı və Ankaranın da təsirinə imkan vermir. İran bu layihəni ona görə gündəmə gətirmişdi ki, həm Ermənistanı öz kölgəsindən uzaqlaşmağa imkan verməsin, həm də yeni reallıqda öz şərtlərini diktə etmək üçün bir növ alternativ ortaya atmışdı. Bir növ siyasi oyun oynayırdı, lakin bunu həm Bakı, həm Moskva həm də Ankarada anlayırlar.

Ermənistan da bundan Rusiya, Azərbaycan və Türkiyə birgə masasından daha çox qazanclı çıxmaq üçün istifadə etməyə çalışırdı”.

O, əlavə edib ki, bu layihənin tam olaraq rəfə qaldırıldığı anlamına gəlmir, lakin bunun baş tutması ehtimalı da çox azdır, icrası bir qədər problemlidir.

"İran Zəngəzur dəhlizini qəbul etməyə məcbur olacaq. “Bir kəmər, bir yol” kontekstində baxdıqda İran Cənub dəhlizinin işləməsi üçün mütləq şəkildə Azərbaycan üzərindən Orta dəhliz arasında əlaqələr yaratmalıdır. Daha çox pay almağa çalışırdı, lakin bu baş tutmamış kimi görünür”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Hamısı