Ərəb pulu Türkiyəni xilas edəcəkmi? Körfəz diplomatiyası və hamını qane edən alver

Analitika 16:31 07.12.2021

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qətərə rəsmi səfəri Körfəzdən (Fars-Ərəb körfəzi – red.) Azərbaycanın cənubuna (İrana) qədər uzanan böyük bir coğrafiya üçün çox ciddi siyasi-diplomatik əhəmiyyət kəsb edir. Ərdoğanın səfəri ilə bağlı yayılan məlumatlar daha çox iqtisadi detallarla bağlı olsa da, regionda baş verən hadisələri diqqətlə izlədiyimiz zaman Qətər səfərinin sadəcə türk iqtisadiyyatındakı böhranı aradan qaldırmaq üçün yox, həm də yeni bir strateji planın müzakirəsi üçün gerçəkləşdirildiyini anlaya bilərik.

Beləliklə, Ərdoğanın Qətər səfərini iqtisadi və siyasi nöqteyi-nəzərdən təhlil etməyə çalışacağıq.

İqtisadi faktor

Türkiyənin son dövrlər yaşadığı iqtisadi böhran hər kəsə məlumudur. Devalvasiya, inflyasiya, işsizlik və s. iqtisadi problemlər Ərdoğanın elektoratını getdikcə əridir. İndidən 2023-cü ildəki seçkilərə hazırlaşan Ərdoğan iqtidarda qalmaq üçün sözügedən problemləri aradan qaldırmalı, bunun üçünsə külli miqdarda “isti valyuta”nı ölkəyə çəkməlidir. “İsti valyuta” dedikdə ağıllara ilk olaraq hansı ölkələr gəlir? Təbii ki, ərəb ölkələri. 10 ildən sonra - FETÖ çevriliş cəhdini dəstəkləməkdə ittiham etdiyi BƏƏ ilə 24 noyabrda 2021-ci ildə münasibətləri normallaşdıran, vəliəhd İbn Ziyadı Ankarada qəbul edən Ərdoğan 10 milyard dollarlıq investisiya müqaviləsinə qol çəkdi. İndi Qətərə gedən Ərdoğanın çamadanında yenə də investisiya müqavilələri yer alır.  

Xatırladaq ki, 2018-ci ildə amerikalı keşiş Rahib Bransonun həbsindən sonra Türkiyədə baş verən devalvasiya zamanı indikinə bənzər bir səfər həyata keçirildi və Qətər türk iqtisadiyyatına 15 milyard dollarlıq investisiya qoydu. Qətərin “isti pulu” o illərdə türk lirəsinin dollar qarşısında əriməsini dayandıra bilmişdi. Yalnız bir ildən sonra məlum oldu ki, sən demə Ərdoğan Türkiyənin milli zirehli texnikalar istehsal edən Sakarya Tank Fabrikini qətərlilərə satıbmış. Hazırkı səfərdə Ərdoğanın Qətər əmiri Əl Sani ilə 12 müqavilə imzalayacağı bilinir. Ərdoğanın Qətərə bu dəfə nəyi satacağı isə hələlik məlum deyil...

2018-2019-cu illərdə Qətərin Türkiyəyə qoyduğu investisiya həcmi əvvəlki illərə görə 3 dəfə artaraq ümumilikdə 22 milyard dollara çatmışdı. Bununla Qətər Türkiyəyə ən çox investisiya qoyan 2-ci dövlətə çevrilmişdi. Ərdoğanın Dohaya səfərindən sonra isə bu həcm daha da artacaq. Buna paraleldə Qətərin Türkiyənin milli müdafiə sənayesinə marağı da artmaqdadır. “Aselsan”, “Baykar” və “Bayraktar” kimi türk brendlərini almağa həvəs göstərən Qətərin pulu qədər də iştahasının olduğunu qeyd etmək yerinə düşər.

Siyasi faktor

Ərdoğan Qətərə sadəcə pul dalınca getmir. Qeyd edildiyi kimi, səfərin iqtisadi olduğu qədər də siyasi əhəmiyyəti var. Əvvəla, Türkiyə ilə Qətər arasında Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarının bölüşdürülməsində bir problem yaşanıb. Qətər Şərqi Aralıqda Türkiyənin iddia etdiyi 5 nömrəli qaz yatağını ABŞ-ın Exxon Mobile şirkəti ilə birgə işlətmək barədə müqavilə imzalayıb. Səfərdə əvvəla bu problemin həllini tapacağı gözlənilir.

Bundan savayı, Türkiyənin regional müttəfiqi olan Qətər Körfəz ölkələri ilə arasındakı problemi tam həll edib. Körfəz böhranı zamanı onu dəstəkləyən Türkiyə də hazırda Səudiyyə Ərəbistanı başda olmaqla digər Körfəz ölkələri ilə münasibətlərini bərpa etməyə çalışır. Ona görə də Ərdoğanın Doha səfərindəki əsas məqsədlərindən biri müttəfiqi Qətərlə birlikdə Körfəz ölkələri ilə barışmaq üçün birgə hərəkəti planlaşdırmaqdır. Maraqlıdır ki, Ərdoğanın Qətərə yollandığı bir vaxtda Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman da Körfəz turuna çıxıb və onun bu günlərdə Qətərə səfəri planlaşdırılır.

Beləliklə, əvvəlcə Ərdoğanın BƏƏ şahzadəsi ilə görüşməsi, sonra Qətərə yollanması, bu ərəfədə Səudiyyə şahzadəsinin Qətərə səfərinin planlaşdırılması Körfəz regionda çox maraqlı və mürəkkəb bir diplomat trafikin yaşanmasına səbəb olub.

Bəs bu diplomatik trafikin səbəbi nədir?

Diplomatik mənzərədən belə aydın olur ki, Qətər və Türkiyə Körfəz ölkələri ilə problemlərini birlikdə həll etməkdə qərarlıdır. Türkiyə-BƏƏ və Qətər-Səudiyyə gərginliklərinin aradan qalxması, Salmanın Körfəz turuna başlaması bizə onu deməyə əsas verir ki, Körfəz hövzəsində yeni bir əməkdaşlıq modeli formalaşır. Bu əməkdaşlıq isə iqtisadi yox, daha çox siyasi əməkdaşlıqdır. Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşması isə ilk əvvəl ABŞ və İsrailə sərf edir. Çünki nüvə gücünə çevrilməkdə olan İrana qarşı bu istiqamətdə ciddi güc yaradılması və Qətər-İran münasibətlərinin pozulması bu dövlətlərin strateji planlarından biridir. Bu planın icrası üçün ABŞ və İsrail iki ildir çalışır. 2020 və 2021-ci illərdə İsrail və ABŞ rəsmilərinin Körfəz regionuna gerçəkləşdirdikləri ardıcıl səfərlər və keçirilən görüşlər buna işarə edir. ABŞ və İsrail İrana qarşı mütəşəkkil bir Körfəz ittifaqı yaradır. Ərəb ölkələri ilə bir-bir münasibətlərini bərpa edən Türkiyənin iqtisadi xilası və regional gücünün artması isə bu ittifaqa verəcəyi dəstəkdən asılıdır.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı