Beynəlxalq Ədalət Məhkəməsinin qərarı gələcəkdə bizə ciddi kömək olacaq İlqar Vəlizadə

Analitika 16:55 08.12.2021

“Azərbaycanın 30 il ərzində haqq və ədalət uğrunda apardığı mübarizə artıq hüquqi müstəvidə öz həllini tapıb”. Bu sözləri EDNews.net-ə tanınmış politoloq İlqar Vəlizadə Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın lehinə qəbul etdiyi qərarı şərh edərkən bildirib.

Qeyd edək ki, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsinin iclasında Azərbaycan və Ermənistanın  "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasının pozulması ilə bağlı müraciətləri dinlənilib. Beynəlxalq məhkəmənin iclasında Azərbaycan müraciətinin hüquqi təsdiqi barədə qərar qəbul olunub. Ermənistanın müraciəti isə rədd edilib. Burada Yerevandan fərqli olaraq Bakının öz müraciətini sənədlər, faktlara və sübutlarla əsaslandırması əsas rol oynayıb.

Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar qəbul edib. Qərara görə, Ermənistan BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.

Politoloq İlqar Vəlizadə Beynəlxalq Ədalət Məhkəməsinin qərarını həm siyasi, həm də hüquqi müstəvidə Azərbaycanın uğuru hesab edib. O qeyd edib ki, Azərbaycan uzun müddət ərzində öz haqq səsinin dinlənilməsi üçün beynəlxalq məhkəmələrə və beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edib.

“Məhkəmənin qərarını Azərbaycanın siyasi və hüquqi uğuru hesab etmək olar. Ona görə ki, Azərbaycan 30 il ərzində Ermənistanın təcavüzü, azərbaycanlılara qarşı etnik-dini düşmənçiliyin təbliğatı, bununla bərabər Ermənistan və Qarabağda erməni millətçilərinin etnik azərbaycanlılara qarşı milli zəmində törətdiyi cinayətlər barədə beynəlxalq məhkəmələrə müraciətlər təqdim edib. Beynəlxalq tədbirlərdə bu məsələlərlə bağlı açıqlamalar vermişik. Təəssüf ki, bu müraciətlər öz həllini tapmırdı. Bizə irad bildirirdilər ki, guya bizim təqdim etdiyimiz sənədlər və təhlillər faktlara və dəlilərə əsaslanmır. Bizdən tələb edirdilər ki, regionda baş vermiş hadisələri olduğu kimi təhlil edək.

Lakin 44 günlük müharibədən sonra həqiqəti əks etdirən bütün faktlar əlimizə keçdi. Bütün dünya azad olunan torpaqlarımızda dini və mədəni irsimizə qarşı erməni vandaliziminin şahidi oldu. Erməni vəhşiliyi ilə bağlı kifayət qədər sübutlar və dəlillər topladıq. Nəhayət, jurnalistlərimiz və ekspertlərimiz bu sübutlara əsaslanan hüquqi sənədlər hazırladılar. Sonda bu sənədlər Beynəlxalq Ədalət Məhkəməyə təqdim olundu. Məhkəmə də bu sənədlərə əsasən hüquqi müstəvidə lehimizə qərar qəbul etdi. Bu qərar gələcək siyasi xəttimizi aparmaq üçün köməklik göstərəcək”.

Bir məqamı da xatırlatmaq lazımdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı məcburi xarakter daşısa da, bu qərarın icrası ilə bağlı mexanizmlər yoxdur. Bu isə narahatedici problemdir.

Məsələyə toxunan İlqar Vəlizadə Birləşmiş Millətlər Təşkilatında struktur və siyasi islahatların aparılmasının zəruriliyini vurğulayıb.

“Təəssüflər olsun ki, beynəlxalq məhkəmələrin qərarları, habelə BMT- nin Təhlükəsizlik Şurasının qətnamələrinin məcburi icrası ilə bağlı mexanizmlərin tətbiq olunmasına ehtiyac var. Bir çox məsələlərlə bağlı qərarlar çıxarılır, lakin bu qərarlar həyata keçirilmir. Bu onu göstərir ki, mexanizmlərin tətbiq olunması ilə əlaqədar əməli işlər görüməlidir. Beynəlxalq məhkəmə sistemi daxil olmaqla beynəlxalq idarəetmə sistemində islahatlar aparılmaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışlarında BMT-nin idarə sistemində islahatların və dəyişikliklərin aparılmasının vacibliyini bildirib. Bu, məhz yuxarıda söylədiyimiz məqamlarla bağlıdır”.   

Yunis Abdullayev 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Hamısı