Putin-Bayden görüşünün şifrələri Uduzan yenə Ukraynadır...

Analitika 22:10 08.12.2021

Dekabrın 7-də ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında virtual görüş baş tutub. Görüş 2 saat 1 dəqiqə davam edib. Görüşdə prezidentlər Ukraynanın şərqində artan gərginliyi müzakirə edib. Qeyd edək ki, görüş xeyli gərgin keçib və liderlərin bir-birilərinə açıq xəbərdarlıqlar etməsi ilə yadda qalıb.

Baydenin təhdidləri...

Rusiyanın Ukrayna sərhədinə 100 minlik ordu yığması və Ukraynanın şərqində hərbi gərginliyin artması Baydeni Putinlə təkbətək görüşə vadar edən əsas detal idi. Baydenin bu görüşü keçirməkdə əsas məqsədi isə Putinə “göz dağı” vermək və onu hansısa bir hərbi müdaxilədən çəkindirmək məqsədi daşıyırdı.

Bu məqsədlə Bayden görüş zamanı Putini açıq şəkildə təhdid edib. O, bildirib ki, əgər Rusiya Ukraynaya qarşı yeni hərbi təcavüz aktını gerçəkləşdirsə, ona qarşı çox ciddi sanksiyalar tətbiq ediləcək.

Bu arada, Bayden Putindən əvvəl Fransa, Britaniya, İtaliya və Almaniya liderləri ilə görüşmüşdü. Bu görüşlərin məzmunu isə eyni idi: Rusiyaya qarşı sanksiyalar...

Məlum olduğu kimi Putin çox da sanksiyadan və təhdiddən çəkinən bir dövlət başçısı deyil. O bunu Abxaziya və Krımın işğalı zamanı bütün dünyaya nümayiş etdirib. Ona görə də Baydenin Putini sanksiyalarla qorxutmağa çalışması bir o qədər ciddi çəkindirmə tədbiri kimi görünmür. Lakin bu dəfə amerikalılar dərsinə yaxşı hazırlaşıb. Belə ki, ABŞ sonuncu görüşdən əvvəl Rusiyanı “Swift” sanksiyası ilə qorxudub. Qeyd edək ki, “Swift” beynəlxalq valyuta transferlərinin həyata keçirildiyi sistemdir. Beləliklə, Bayden Rusiyanın Ukraynaya müdaxiləsi halında Moskvanı qlobal maliyyə sistemindən tam təcrid etməklə hədələyir. Xatırladaq ki, Rusiyanın qaz ixrac etdiyi ölkələr ona məhz bu sistem vasitəsilə ödəniş edir. Qaz və pul isə Kremlinin ən zəif yeridir.

Baydenin digər təhdidi isə Şimal Axını-2 layihəsinin tamamilə dayandırılması ilə bağlıdır. Məhz bunu real təhdidə çevirmək üçün Bayden Putindən əvvəl Almaniya kansleri Merkellə görüşmüşdü...

Baydenin masasında bir də siyasi-hərbi təhdid var idi. Əgər Rusiya Federasiyası Ukraynaya qarşı "aqressiv" hərəkət edərsə, ABŞ Şərqi Avropada hərbi mövcudluğunun genişləndirilməsi tələblərinə müsbət cavab verəcəkdi.

Putinin təhdidlərə cavabı – “status-kvo”

Putinin bu təhdidlərə cavabı isə qısa və konkret olub: Rusiya Ukraynaya qarşı hücum etməyi planlaşdırmır. Qoşunların geri çəkilməsi və gərginliyin azaldılmasına gəldikdə isə Moskvanın iki tələbi var:

1. ABŞ NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı qarantiya versin. Yəni, Rusiyanın Ukrayna ilə müharibə etmək fikri yoxdur, o şərtlə ki, Ukrayna NATO-ya daxil olmasın...

2. Status-kvo qorunub saxlanılsın. Belə ki, Rusiya prezidenti Minsk və Normandiya formatında əldə edilən razılaşmalara əməl edilməsi və rəsmi Kiyevin Donbasdakı hərbi həmlələrini dayandırmasını tələb edir. Yəni, Putin işğal etdiyi ərazilərdə “sürünən müharibə”nin yox, status-kvonun bərqərar edilməsini tələb edir.

Nəticə

Beləliklə, ABŞ və Rusiya liderləri arasında baş tutan danışıqlarda yekun bir nəticə əldə edilməsə də ümumi razılaşma əldə olunub. Bu status-kvonun qorunması ilə bağlıdır. ABŞ Çinlə rəqabətin gücləndiyi dövrdə Rusiya ilə problem yaşamaq istəmir, Rusiya da iqtisadi vəziyyətini ağırlaşdıracaq, daxili narazılıqları artıracaq addımlar atmaqdan çəkinir. Ona görə də indiki vəziyyətdə Ukrayna məsələsində Putin və Baydenin mövqeləri status-kvonun saxlanılması məsələsində üst-üstə düşür. Bu vəziyyətsə Ukrayna üçün heç də sərfəli deyil.

Bayden-Putin görüşündən 3 həftə əvvəl Ukrayna Müdafiə naziri ABŞ-a rəsmi səfərə gedib, Pentaqon rəhbərliyi ilə görüşmüşdü. Ukraynalı nazir amerikalı həmkarlarından hava hücumundan müdafiə sistemləri, PUA əleyhinə elektromaqnit qurğular, tank əleyhinə raketlər və s. istəmişdi. Ukrayna bütün bunları yeni müharibəyə başlayıb torpaqlarını azad etmək üçün tələb edirdi. Lakin görünür ABŞ Ukraynanın ərazi bütövlüyü uğrunda yeni müharibəyə başlamasına, yəni Rusiya ilə kəllə-kəlləyə gəlməyə hələlik hazır deyil...

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Hamısı