Əli Əliyevin həbsinin arxasında Rusiya dayanır? Müxalifət partiyalarından REAKSİYA və İTTİHAMLAR

Analitika 16:42 14.01.2022

Ötən gün (13 yanvar) Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib. Yasamal Rayon Məhkəməsində Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki,  Əli Əliyev “Osmanqızı Tv”-yə verdiyi  müsahibəsində 30 noyabrda DSX-ya məxusus helikopterdə olan digər şəxslərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib. Qarşı tərəf isə bu səbəblə partiya sədrini məhkəməyə verib.

Əli Əliyevin həbsi heç də ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Mətbuatda və sosial şəbəkələr bu həbs geniş müzakirələrə səbəb olub.

 Bəs, ölkədə partiya sədrinin həbs edilməsinə qarşı müxalifət liderləri hansı mövqe sərgiləyir?

EDNews bu məsələ ilə bağlı bir neçə müxalifət partiyasının rəhbərinin fikrini öyrənməyə çalışıb.

“REAL” partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli: - “Əli Əliyevə qarşı həbs çox ağır bir qərardır”.

Neftin indiki qiymətində devalvasiya qaçılmazdır"- Natiq Cəfərli - BBC News  Azərbaycanca

İlk olaraq, məsələ ilə bağlı Real partiyasının lideri İlqar Məmmədovla əlaqə yaratmağa çalışdıq. Çox təssüflər olsun ki, etdiyimiz cəhdlər boşa çıxdı. Elə bu səbəblə partiyanın digər səlahiyyətli şəxsi Natiq Cəfərliyə müraciət etdik. O, açıqlamasında bildirib ki, siyasətçilər dedikləri sözlərə, ifadə etdikləri fikirlərə görə həbs edilməməlidirlər.

“Siyasətçinin işi danışmaq, fikir yürütməkdir. Buna paralel olaraq onlar da səsləndirdikləri  sözlərə qarşı məsuliyyət daşıyırlar. Lakin bu hüquqi yox, mənəvi məsuliyyətdir. Əli Əliyevə qarşı həbs çox ağır bir qərardır. Ümumiyyətlə, yaxşı olar ki, sözə, fikirə görə yox, konkret əməllərə görə həbs qərarları çıxarılsın. Əgər Əli Əliyev hansısa əsaslandırılmamış bir fikir yürüdübsə və ittiham edildiyi kimi böhtan atıbsa ona qarşı həbs yox, nisbətən daha yüngül cəzalar, məsələn, cərimələr tətbiq edilə bilərdi”.

Partiya rəsmisi onu da qeyd edib ki, Əli Əliyevin həbsinin konkret bir siyasi sifariş olub-olmaması ilə bağlı dəqiq faktlar yoxdur.

“Çünki hazırda Azərbaycan siyasətində Ə.Əliyevdən də kəskin, sərt mövqe sərgiləyən siyasətçilər var. Bu kateqroriyadan yanaşsaq Əli Əliyevin həbsi heç də siyasi mövqeyinə görə olmaya bilər”.

“Musavat” partiyasının başqanı Arif Hacılı“ Bəzi ehtimallara görə Əli Əliyev Rusiyanı tənqid etdiyinə görə həbs edilib”

Arif Hacılı Gültəkin Hacıbəyliyə hücumu niyə bəyəndi? - FOTO » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Musavat partiyasının lideri düşünür ki, Ə.Əliyevinin həbsinin arxasında Rusiyada olan bəzi qüvvələr dayanır.

“Əli Əliyevin həbsi tamamilə qanunsuz, ədalətsizdir. Tənqidi fikirlərinə görə, bəzi ehtimallara görə isə  Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasəti sistemi və ardıcıl şəkildə tənqid etdiyinə görə həbs edilib. Onun guya helikopter qəzasında sağ qalmış zabitlər haqqında dediyi fikirlərə görə həbs edilməsi fikri inandırıcı deyil. Çünki onun dedikləri yalnız mülahizədir. Və mülahizələrə görə insanların həbs olunması Azərbaycan qanunları ilə yolverilməzdir. Ona görə də mən onun həbsini Rusiyadan olan bəzi qüvvələrin sifariş kimi qəbul edirəm və hesab edirəm ki, o dərhal azadlığa buraxılmalıdır” – deyə, A.Hacılı qeyd edib.

“Milli Cəbhə” Partiyasının sədri, millət vəkili Razi Nurullayev:  - “Əli Əliyevi həbsə yox, psixiatriya xəstəxanasına göndərmək lazımdır”.

Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Millət vəkili Razi Nurullayev isə düşünür ki, Əli Əliyevə verilən 5 ay cəza çox azdır.

“Təsəvvür edin ki, Qaraheybətdəki helikopter qəzasında 14 nəfər həlak olub, iki nəfər xilas olub. Bütün xalq yas içindədir. Həlak olanların ailələri ağır və çətin durumdadır. Və bir partiya sədri (Əli Əliyev) çıxıb bəyan edir ki, sağ qalan 2 nəfər dövlətə, orduya və xidmət yoldaşlarına xəyanət edib, 14 nəfəri öldürüb və özləri sağ qalıb”.

Partiya lideri həmçinin qeyd edib ki,  Əli Əliyev 14 nəfər zabitimizin həlak olduğu faciə üzərindən iyrənc bir siyasət yürütmək istəyib.

“Bu günə qədər Əli Əliyev mən də daxil olmaqla nə qədər siyasətçiyə böhtanlar atıb, təhqirlər edib. Bir dəfə də olsun həbs ounmayıb. Necə oldu ki, məhz indi həbs olundu? Çünki bu dəfə onun hədəfində siyasətçi, müxalifət, iqtidar yox, iki şərəfli zabit idi. Onlar da haqqlarını tələb edib, onu həbs etdirdilər”.

Lakin...

“Mən bir şeyi də bildirmək istəyirəm ki, əgər bu gün Əli Əliyev hüquqlarının pozulduğu ilə bağlı mənə müraciət etsə, parlamentin İnsan Hüquqları Komitəsinin üzvü kimi onun hüquqlarını müdafiə etməyə hazıram. Çünki mən düşünürəm ki, Əli Əliyevi həbsə yox, psixiatriya xəstəxanasına göndərmək lazımdır. Onun psixoloji müalicəyə ehtiyacı var” – deyə, R.Nurullayev partiya sədrinin həbsinə münasibət bildirib.

“Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev: - “Heç bir siyasətçinin həbsinə müsbət yanaşmıram”

Oxu.az - Hafiz Hacıyev koronavirusa yoluxub

“Mən ümumiyyətlə, heç bir siyasətçinin həbsinə müsbət yanaşmıram. Hazırda Əli Əliyevin köməkçiləri ilə əlaqə saxlayıram. Əlimizdən gələn yardımı əsirgəməyəcəyik. Ümid edirəm ki, Əli bəy tezliklə azadlığa çıxacaq” –  H.Hacıyev deyib.

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Hamısı