Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi

Analitika 20:41 22.01.2022

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına son müsahibəsində Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekresin Qarabağa qanunsuz səfərinə toxunaraq, sülhməramlıların davranışlarını tənqid etmişdi. Prezidentin həm Valeri Pekresin Qarabağa qanunsuz səfərini, həm də Rusiya sülhməramlılarının bu səfərə göz yummasını tənqid etməsi yerində və düzgün idi. Məsələyə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiya verməsi də bunu bir daha sübut edir. Onu da deyim ki, Zaxarova məsələyə verdiyi rəsmi mövqe ilə əslində Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Rusiya sülhməramlıların şərait yaratdığını da etiraf etmiş oldu.

Mariya Zaxarova bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər.  “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 9-da imzaladığı bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri təmas xətti və Laçın dəhlizi boyunca yerləşir. Sənədin 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir”,- deyə Zaxarova qeyd edib.

Zaxarova 10 noyabr bəyanatının 6-cı bəndinə istinad edir, ancaq razılaşmasının 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur. Əgər bu olsa idi, Azərbaycan tərəfi hər dəfə xarici vətəndaşların icazəsiz səfərinə qarşı çıxmaz, narazılığını bildirməzdi. Digər tərəfdən, Prezident İlham Əliyev də dəfələrlə çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa səfər edə bilməz. Digər tərəfdən Zaxarova Valeri Pekreslə bağlı əvvəlcədən rus sülhməramlılarına xəbər verilib-verilmədiyi, səfərin razılaşdırılıb-razılaşdırılmadığı barədə məsələyə aydınlıq gətirməkdən yayınıb. Halbuki Prezident İlham Əliyev ölkə televiziyalarına son müsahibəsində qeyd edib ki, “bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair”.  Bir halda ki, Zaxarovanın da dediyi kimi Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər o zaman nə üçün Kreml Pekresin Qarabağa necə və hansı yollarla gəldiyinə açıq-aydın cavab verə bilmir?

Zaxarova fakti olaraq son çıxışı ilə valeri Pekresin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib və bir daha Rusiyanın sülhməramlı missiya adı altında Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını, bir sözlə, özünü sülhməramlı deyil, işğalçı ordu kimi apardığını təsdiqləmiş olub.

Zaxarova Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir deyərək həmdə Azərbaycanın laçın dəhlizinə nəzarət etmək istəməsindən rusların narahat olduğunu göstərir. Halbuki BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər.

Bu o deməkdir ki, dövlət sərhədi rejimini tənzimləyən ölkə qanunlarının icrası və iqtisadi məkanın müdafiə edilməsi kimi vəzifələr sülhməramlı qüvvələrin öhdəliyinə verilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır.

Turan Rzayev

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Hamısı