“Yanvarın axırında MÜHARİBƏ qaçılmazdır” - Gela Vasadzedən Ukrayna Rusiya münasibətlərinə ÖZƏL ŞƏRH - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

“Yanvarın axırında MÜHARİBƏ qaçılmazdır” - Gela Vasadzedən Ukrayna Rusiya münasibətlərinə ÖZƏL ŞƏRH

Analitika A- A A+
Ednews sualına belə cavabla başlayan gürcü politoloq 
 
Rusiya Ukrayna ilə sərhəd ərazilərinə qoşun yığmağa davam edir.  Qərb Moskvanın bu hərəkətini kəskin şəkildə tənqid edərək, onun Ukraynaya hücum əməliyyatı planlaşdırdığını bildirib.  
Kreml isə Qərbin iddialarını rədd edərək və hərbi qüvvələrinin təlimlər üçün sərhəddə toplaşdığını vurğulayıb.
 
Məsələ nə dərəcədə real təhlükə doğurur?
 
Ednews məsələni gürcü politoloq Gela Vasadze ilə davam etdirib. 
 
O, düşünür ki, bu iki ölkə arasında müharibə yanvar ayının sonu belə başlaya bilər.
 
"Yanvarın sonunda Rusiyanın Ukraynaya hücum edəcəyi haqqında məlumatlar şayiə deyil.  Çünki artıq bu haqda dünyanın bir çox kəşfiyyatçı və siyasətçiləri danışırlar".
 
Gela Vasadze buna sübut kimi Rusiyanın Ukrayna ilə sərhədindı çoxsaylı qoşun toplamasını göstərib. O, qeyd edib ki, məhz buna görə də bu situasiya bir anda alovlana bilər.
 
“İlk olaraq, qeyd eim ki, hazırda Ukrayna müdafiə olunmağa hazırdır. İkincisi, belə ssenari Rusiya üçün daxili stabilliyin pozulması baxımından riskdir.  Üçüncüsü, Rusiya elə bir sanksiya atəşinə tutulacaq ki, qazın qiyməti nə qədər qaldırılsa da, xeyri olmayacaq.  Odur ki, Kreml blef edir. Bu blef Rusiyanı zəiflədir, Ukraynanı isə gücləndirir".
 
Vüsalə Balayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...