“Armen Sarkisyan Serjikə söz vermişdi ki...” Ermənistan prezidentinin istefasının səbəbi BƏLLİ OLDU

Analitika 12:10 24.01.2022

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verməsinin səbəblərini açıqlayarkən bildirib ki, onun ölkənin daxili və xarici siyasətində aparıcı rol oynamağa, proseslərə müdaxilə etmək üçün heç bir imkanı yoxdur.

Lakin bəzi mənbələrə görə, Armen Sarkisyanın istefaya getməsinin  pərdəarxasında başqa məqamlar da var. Bir sıra ekspertlər iddia edir ki, Sarkisyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olduğu üçün revanşist qüvvələr tərəfindən hədələnib.

Bəziləri isə hesab edir ki, Ermənistan Prezidentinin istefasının arxasında Baş nazir Nikol Paşinyan durur.

Bizim Qonaq: "Azərbaycan telekanalları bir-birini təkrar edir" - Tofiq  Abbasov » Anews.az Azərbaycan xəbər portalı

Məsələ ilə əlaqədar EDNews-a açıqlama verən politoloq Tofiq Abbasov qeyd edib ki, Armen Sarkisyan və Nikol Paşinyan bir çox məsələlərdə bir-birlərinə müxalif mövqe nümayiş etdiriblər.

“Yadınıza gəlirsə, keçən il Nikol Paşinyan Ermənistan ordusunun Baş Qərargah rəisini vəzifədən uzaqlaşdırmağa çalışarkən, sabiq Prezident Armen Sarkisyan buna qarşı çıxmışdı. Sarkisyan qərargah rəisinin istefaya göndərilməsinə imza atmaq istəmirdi. Hətta, ölkənin iki rəhbəri bir çox məsələlərdə də bir araya gələ bilməyiblər.  Bəzi məsələlərdən sonra Sarkisyan başa düşdü ki, onun daxili və xarici siyasətdə heç bir perspektivi yoxdur. O, Ermənistanda gedən heç bir siyasi prosesə təsir edə bilmir. Onun hər bir məsələyə öz mövqeyini bildirməyə imkanı yoxdur. Buna görə də o aradan çıxmağa çalışır”.

Politoloq Armen Sarkisyanın ölkənin daxilinə nisbətən xaricində daha çox imkanlara malik olduğunu bildirib.

“Sarkisyanın Avropa ölkələri ilə sıx əlaqələri var. O, Böyük Britaniyada geniş imkanlara malikdir.Vəzifədən getdikdən sonra onun tezliklə ölkəni tərk etməsi ehtimalı oluna bilər”.

Bəzi ekspertlərdən fərqli olaraq, Tofiq Abbasov Armen Sarkisyanın istefa səbəbinin Azərbaycan və Türkiyə ilə əlaqəli olduğunu hesab etmir.

“Bu gün Sarkisyanın Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına müsbət mövqe bildirməsi o demək deyil ki, o, bu məsələdə hansısa bir mövqe nümayiş etdirə bilər. Bu bir növ mahiyyəti olmayan bir arqumentdir. Ona görə ki, yenə də qeyd edirəm Sarkisyanın ölkənin siyasi məsələlərinə təsir etmək imkanları məhduddur. O, özü qeyd etdiyi kimi dövlət quruculuğunda və siyasi proseslərin idarə edilməsində heç bir rolu yoxdur”.   

Politoloq Armen Sarkisyanın Qarabağ klanının rəhbərlərindən biri olan Serj Sarkisyanın yaxın adamı olduğunu da vurğulayıb.

“Məhz bu səbəbə görə o, Serj Sarkisyan tərəfindən hakimiyyətə gətirildi. Burada bir məqamı nəzərə almaq lazımdır. Armen Sarkisyan prezident postunu tutduqdan sonra Serj Sarkisyanın ətrafında və ya ona yaxın olan şəxslərə dəstək göstərməyə söz vermişdir. Lakin o, verdiyi sözə əməl edə bilmədi, çünki Paşinyan buna imkan vermədi. Buna görə də Armen Sarkisyan yavaş-yavaş siyasi arenadan uzaqlaşıb rahat həyat yaşamaq istəyir”. 

Yunis Abdullayev

Bakıda taksilərin qiyməti ARTDI - VİDEO

Xəbər xətti

Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
Hamısı