Sarkisyanın istefası Ermənistana nə vəd edir?

Analitika 18:11 24.01.2022

Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz istefa qərarı gündəmin başlıca müzakirə mövzularındandır. Maraqlıdır, Armen Sarkisyan vəzifəsindən niyə və ya kimin istəyi ilə istefa verib?

Sarkisyanın özü istefasını onunla əsaslandırdı ki, guya onun əlində daxili və xarici siyasətə təsir edəcək imkanlar yoxdur. Sarkisyanın bu açıqlaması gülünc və bir o qədər də absurddur. Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri açıq-aşkar göstərilir. Hər halda bunu Armen Sarkisyan özü də bilməmiş deyil.

Hesab edirəm ki, Armen Sarkisyanın vəzifəsindən istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan prezident olanda Ermənistanın Baş nazir Serj Sarkisyan idi. Serj Sarkisyanın Kremlə sadiq olması Armen Sarkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi. Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi Armen Sarkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.

Armen Sarkisyan üçün Serj Sarkisyan daha ciddi fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki, Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini artıraraq hakimiyyəti öz əlinə ala biləcəkdi. Prinsip etibarilə Ermənistanın 44 günlük müharibədə məğlub olması və bu məğlubiyyətdə Paşinyanın əsas günahkar kimi göstərilməsi də Sarkisyanın bu ümidlərini artırdı.

Təsadüfi deyil ki, son zamanlar Armen Sarkisyanın xarici siyasətdə aktivliyi müşahidə edilirdi. Onun son aylarda bir sıra ərəb ölkəsinə səfər etməsi, aktiv xarici siyasət yürütməyə başlaması buna misal ola bilər.

Sarkisyanın bir diqqət çəkən cəhəti də onun Böyük Britaniya ilə sıx əlaqələrinin olmasıdır. Hazırda onun əsas biznesi və maliyə kapitalı məhs bu ölkədədir. Bu həm də ondan xəbər verir ki, o da Paşinyan kimi Qərb tərəfindən dəstəklənirdi. Lakin son hadisələrdən sonra Sarkisyan da anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir.

Sarkisyanın istefası Paşinyana sərf edir

Məlum olduğu kimi, bir müddətdir Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya islahatlarına hazırlaşır. Düzdür, onun konstitusiya islahatlarına razılıq verməsinin görünən səbəbi məlum Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi Bakı və Ankaranın ortaq tələbi olsa da, istisna deyil ki, burada Paşinyanın öz maraqları da var. Daha dəqiq desək, Paşinyan islahatlar keçirərək prezidentin səlahiyyətlərini artırmaq, daha sonra da özü prezident olmaq istəyir.

Ermənistanın yeni prezidenti kim olacaq?

Aydın məsələdir ki, Paşinyanın hakimiyyətini geniş səlahiyyətə malik prezident kimi davam etdirmək planı var. Buna görə də o, Armen Sarkisyanın səlahiyyət müddətinin 2025-ci ildə başa çatmasına qədər gözləmək istəmədi.

Armen Sarkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Prezidenti isə parlament seçəcəck. Parlamentdə isə səs çoxluğu Paşinyanın blokuna malikdir. Ehtimal ki, Paşinyan indiki məqamda özünə sadiq bir formal prezidenti başa gətirib Ermənistanda tək güc olacaq. Konstitusya islahatlarından sonra isə özü prezident olacaq. Ancaq bu da bir reallıqdır ki, bunu qısa müddətdə etməsi mümkün deyil.

Turan Rzayev

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı