Rusiya qoşunlarının irəliləyişinin zəifləməsinin SƏBƏB və NƏTİCƏLƏRİ

Analitika 11:22 19.03.2022
Artıq 10 günə yaxındır ki, Rusiya-Ukrayna cəbhəsində qoşunlarının bütün cəbhələr üzrə hücumlarının zəifləməsi və bununla paralel Ukrayna hərbçilərinin daha inamlı müdafiə olunması diqqəti cəlb edir. Rusların bu zəifləməsinin geriləmə ilə müşahidə olunması haqqında məlumatlar var və bu da təbiidir. Müharibənin öz qanunları var. Hücumda deyilsənsə müdafiə olunmalısan və bu zaman da geri çəkilməyə məcbur qalırsan.
 
İki gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev ətrafında 30-dan artıq yaşayış məntəqəsinin ruslardan azad edilməsi haqqında məlumat verib.
 
Rusların irəliləyə bilməməsinin əsas səbəbi kimi nəqliyyat və daşınma probleminin olması göstərilir. Ruslar irəliləyən ordu hissələrini arxadan yetərincə təmin edə bilmirlər ki, bu da iki səbəbdən mümkündür: Onların buna lazım olan qədər vasitələri yoxdur, Ukrayna ordusu buna imkan vermir.
 
İstənilən halda ruslar hər keçən gün hücum tempini aşağı salmağa məcbur olurlar.
 
Rusiyanın hücumunun haradasa dayanması barədə artıq dünyanın bütün kütləvi informasiya vasitələri və müvafiq hərbi analitiklər məlumatlar verir. 
 
İngiltərə Müdafiə Nazirliyinin məlumatına görə Rusiya ötən həftə heç irəliləyə bilməyib və bundan istifadə edən Ukrayna ordusu hətta əks hücuma keçərək ruslara xeyli sayda itkilər verməyə nail olub. 
 
Məlumata görə logistika problemləri indi ruslar üçün çox ciddi narahatlığa çevrilib. Bu səbəblə rusların itkiləri dəfələrlə artıb. Ərzaq, yanacaq və digər zəruri mallarla təmin olunmayan əsgər üçün silahını buraxıb əsir düşməkdən başqa yolun qalmadığı hamıya məlumdur. Elə buna görə də son günlər ukrayna tərəfə keçən  rus hərbçilərin və ələ keçən qənimətlərin sayında ciddi artım müşahidə olunur. 140 km-ə yetişən bir məsafədə ordunu təmin etmək Rusiya üçün olduqca çətindir və vəziyyət hər keçən gün ağırlaşmaqda davam edir.
 
Rusların hücumda geriləməsi daha ciddi problemlər ortaya çıxara bilər. Onlara qarşı maneələr artdıqca ruslar uzaq məsafədən hədəfi dəqiq vuran  daha ağır silahlarını- ballistik raketlərini- ortaya çıxarır. Müharibənin başlanğıcında  uzaq mənzilli ballistik raketlərdən istifadə hallarına rast gəlirdiksə bu kütləvi deyildi. Hazırda isə Rusiya ordusunun hər gün “İskəndər” raketindən istifadı etdiyi haqda məlumatlar verilir və bu xəbərin intensivliyi hər keçən gün daha da artır. Kreml müəyyən müddət ərzində bu silahlardan və Xəzər dənizində yerləşən hərbi gəmilərindən atdığı raketlərdən istifadə edərək uğur qazana bilər. Amma Ukrayna da qısa zamanda   Amerika Birləşmiş Ştatları və NATO üzrə Avropa ölkələrinin silah yardımı sayəsində bu ballistik və hətta qitələrarası  silahların qarşısını almaq üçün ciddi havadanmüdafiə sistemləri ilə ( Patriota” qədər) təchiz olunacaq və “İskəndər” lər artıq  Rusiyanın istədiyi effekti verməyəcək. Belə olan halda Rusiyanın daha ciddi və son silaha əl atmaqdan başqa çarəsi qalmayacaq. Rusiya Prezidenti Vladimir Putinin də dəfələrlə  əl ata biləcəkləri haqda xəbərdarlıq etdiyi son silahın   nə olması və onun istifadəyə gətirilməsi halında nələrin baş verəcəyi haqqında düşünmək belə istəmirəm. Vəziyyət həqiqətən çox acınacaqlı və təhlükəli istiqamətdə inkişaf edir. 
 
Əlimusa İbrahimov
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Xəbər xətti

Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
Hamısı