Əli İnsanov İlham Əliyevlə görüşmək istəyir HƏP siyasi mövqeyini dəyişdi - Açıqlama

Analitika 14:29 24.03.2022

 “HƏP artıq siyasi mövqeyini dəyişib” – bunu, EDNews-a partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli istefa verdi - Səbəblərini AÇIQLADI

“Haqq Ədalət Partiyasının aydın, açıq bir mövqeyi var. Partiya artıq inkarçı bir mövqe sərgiləmək niyyətində deyil. Çünki hazırkı Azərbaycan iki il əvvəlki Azərbaycandan xeyli fərqlənir. Bilirsiz ki, bizim bundan əvvəl kəskin radikal mövqeyimiz də olub və tənqidi fikirlərimizi açıq şəkildə dilə gətirmişik. İndi isə biz iqtidarla müxalifət arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq niyyətindəyik. Hazırkı şərait bizə partiyanın mövqeyini radikalizmdən, rasionalizmə dəyişməyi diktə edir. Dünyada gedən proseslər, dünya nizamının yenidən formalaşdırılması, Rusiya-Ukrayna müharibəsi və bunun Azərbaycana təsirləri, Qarabağ probleminin həlli bizə bir siyasi partiya olaraq əlavə bir məsuliyyət yükləyir. Bu inkarçılıqdan imtina edib, iqtidarla qarşılıqlı etimad və dialoq şəraitində ölkə problemlərinin həllinə tövhə verməkdir” – deyə Z. Məmmədli bildirib.

Zəlimxan Məmmədli həmçinin bəzi müxalifət partiyalarını tənqid edib:

“Hazırda müxalifət düşərgəsində olanların əksəriyyətini tanıyıram. Onlar inkarçı mövqelərini davam etdirirlər. O rüşvət aldı, bu qanunu pozdu, filankəsinin mülkləri belə gəldi, qısası müxalifətin ritorikası çevir tatı, vur tatıdan ibarətdir. Qardaşlar, ortada Azərbaycan davası var! Azərbaycan davasının qazanılması, yaranmış tarixi şansı doğru dəyərləndirmək üçün daxili resursların səfərbər etmək, təmərküzləşdirmək lazımdır ya yox? Ağıllı adamlar bu suala müsbət cavab verir. Elədirsə ölkə daxilində siyasi uzlaşma təmin edilməlidir. Əgər indiki məqamda biz hökumətlə dialoq qurub siyasi uzlaşma əldə edə biləriksə bundan yalnız Azərbaycan qazanacaq”.

Z.Məmmədli partiya lideri Əli İnsanovun ölkə prezidenti ilə görüşmək arzusunda olduğunu da qeyd edib:

“Bu gün partiyamızın lideri Əli İnsanovun personası yox, tutduğu yol əhəmiyyətlidir. O dünən kim olub, nələri edib, bunlar keçmişin işləridir. Biz bu günə baxıb, sabah üçün çalışmalıyıq. Bəli, bu gün Əli İnsanov 16 il sonra İlham Əliyevlə görüşmək aruzusunu dilə gətirib. Bu milli etimad hökuməti ideyasının icrası üçün atılan addımdır. Biz bu təklifi verib çıxıb getmədik. Biz çalışırıq ki, ölkə daxilində siyasi qüvvələrin cəmləşdiyi bir masa qurulsun. Əli İnsanov da belə bir masada ölkə başçısı ilə əyləşib öz təkliflərini təqdim etmək niyyətindədir. Üstəlik, biz paraleldə hökumətin “radikal müxalifət” adlandırdığı AXCP ilə də bənzər masalarda əyləşmişik. Əli İnsanov İlham Əliyevdən öncə Əli Kərimli ilə görüşüb ölkə taleyi üçün əhəmiyyətli məsələləri müzakirə etmişdi. Qısası, məqsədimiz Azərbaycanda siyasi qüvvələr arasında qarşılıqlı etimadı və dialoqu inkişaf etdirməkdir”.

Novruz bayramı münasibətilə Prezident Administrasiyasından Əli İnsanova ünvanlanan təbriklə bağlı isə Z.Məmmədli bunları deyib.

“Sadəcə Əli müəllimə yox, bir çox partiya liderlərinə sözügedən təbrik məktubu ünvanlanıb. Əli İnsanov da bu jestə normal cavab verib. Bu cavabın xeyli tənqid edilməsi anormaldır. Siyasi mədəniyyət, ictimai əxlaq bizə onu deməyə əsas verir ki, bu təbrikə uyğun da cavab verilməli idi. Yoxsa Əli İnsanov bu təbrikə bir çoxsağolun demiyəcəkdi ki, kimsə onu tənqid edəcək? Qarşılıqlı görüşlər, təbrikləşmə son iki ildə iqtidarla müxalifət arasında müşahidə edilən xoş görüntülərdir. Biz bunun davam etdirilməsinin tərəfdarıyıq”.

Nicat İsmayılov

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı