Paşinyanın parlamentdəki çıxışı sülh üçün nə vəd edir? ŞƏRH

Analitika 16:30 13.04.2022

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində hökumətin 2021-2026 - ci illəri əhatə edən fəaliyyət istiqamətləri barədə çıxış edib.

O, çıxışında Brüssel görüşünün nəticələri, sülh danışıqları, delimitasiya və demarkasiya prosesi, o cümlədən Azərbaycanın təklif etdiyi şərtlər və Qarabağ ermənilərinin müqəddaratı ilə bağlı önəmli məsələlərə toxunub.

Nikol öz çıxışı zamanı açıq şəkildə tezliklə, Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasının mümkün olmasını da bildirib.

Bu isə Ermənistan başçısının birbaşa Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. İndiyə qədər öz reytinqini qorumaq üçün daxili auditoriyaya oynayan Paşinyan, hazırda daha fərqli mövqe sərgiləməkdədir, bu isə onun sonunda deyəsən reallıqları qavramasından qaynaqlanıb.

Bununla da Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətinə Ermənistanın regionda hazırki reallıqları qəbul etməkdən və qonşuları ilə normal davranmaqdan başqa bir yolun olmadığını çatdırır.

Paşinyan delimitasiya və demarkasiya məsələsinin Ermənistanın xarici siyasətinin əsas istiqamətlərdən biri olduğunu da deyib...

Brüssel görüşündə əldə olunan razılaşmaların mahiyyətini izah etməyə çalışan Nikol Paşinyan Azərbaycan ilə sülh danışıqlarının intensiv şəkildə aparılmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, sülh danışıqlarının ləngidilməsi və yubadılması arzuolunmaz nəticələrə və problemlərə gətirib çıxara bilər.

Ermənistanın rəhbəri eyni fikirləri delimitasiya məsələsində səsləndirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində növbəti qarşıdurmaya şahid olmamaq üçün delimitasiya prosesində rasional və təqdirəlayiq addımlar atılmalıdır.

Paşinyan bununla nə demək istəyir?

Bildiyimiz kimi, Azərbaycan Ermənistan ilə sülh danışıqlarının sürətləndirilməsi prosesinə çox ciddi yanaşır . Bir neçə ay bundan əvvəl rəsmi Bakının sülh danışıqlarının aparılması ilə bağlı Ermənistan rəhbərliyinə 5 şərtdən ibarət sənəd göndərməsi buna sübutdur. Bu prosesdə bilərəkdən hər hansı əngəlin törədilməsi Azərbaycan tərəfindən qəbul edilməyəcəyini anlayan Nikol, hazırda sülhün bərqərar olması üçün çalışır desək, heç də yanılmarıq.

Paşinyan yeni müharibənin ölkədə xaos yaradacağına, onsuzda pis vəziyyətdə olan ölkə iqtisadiyyatını birdəfəlik uçuruma sürükləyəcəyini çox gözəl anlayır. Buna görə də o, erməni cəmiyyətinə başa salmağa çalışır ki, növbəti müharibə ölkəni uçuruma aparacaq, lakin qonşusu ilə sülh erməni xalqını uzun müddət əziyyət çəkdiyi acınacaqlı iqtisadi vəziyyətdən və səfalətdən xilas edəcək.

O ki, qaldı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasına, bu müəyyən mənada mümkündür. Ona görə ki, rəsmi İrəvan artıq Azərbaycanın beş təklifini qəbul etdiyini və danışıqlarda müqavilənin prinsiplərini müzakirə etməyə hazır olduğunu bildirib. Bununla bərabər, Paşinyan çıxışında açıq şəkildə beş təklifə normal yanaşdığını etiraf edib və Ermənistanın 1992 - ci ildə BMT, ATƏT və MDB-yə qoşularkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini rəsmən tanığını vurğulayıb.

Delimitasiya məsələsinə gəlincə isə Paşinyan yaxın gələcəkdə Ermənistan və Azərbaycan hərbi birlikləri arasında növbəti hərbi qarşıdurmanın baş verəcəyini ehtimal edib. Yəni, o demək istəyib ki, Ermənistan hər hansı maneverlərdən və təxribatlardan çəkinməli və danışıqlarda ciddi mövqe ortalığa qoymalıdır.

Paşinyan Ermənistanın ərazi bütövlüyünün və sərhədlərinin de-juri çərçivəsində, yəni hüquqi əsaslalar müəyyən olunacağını qeyd edib. O, Ermənistan-Azərbaycan sərhədinin coğrafi və hüquqi nizamlanması və bu prosesin ətrafında bir sıra problemlərin SSRİ-nin 1975-ci il xəritələrinə əsasən həll ediləcəyini nəzərdə tutur. Cüzi dəyişikliklər edən heç bir yeni xəritəyə ehtiyac yoxdur.

Paşinyan iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasında Rusiyanın və Qərb ölkələrinin dəstəyinə də ehtiyac olduğunu da deyib. Əlbəttə, o, bu məsələdə haqlıdır. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin yenidən müəyyənləşməsi ilə bağlı gələcək danışıqların Moskvanın və Brüsselin vasitəçiliyi keçirilməsi daha məhsuldar nəticələr verə bilər.

Qarabağ məsələsinə ərazi məsələsi kimi baxmırıq, amma....

Ermənistan hökumətinin bir çox rəsmi şəxsləri kimi, Paşinyan da Qarabağ məsələsinin Ermənistan üçün hüquqi məsələ olduğunu qeyd edib.

O, Qarabağda yerli ermənilərin təhlükəsizliyinin, hüquqlarının və azadlıqlarının təminatı, eləcədə Rusiya sülhməramlı qüvələrinin nəzarəti altında olan ərazilərin statusunun Ermənistanın xarici siyasətində əsas prinsipal məsələlər olduğunu dilə gətirib.

Amma Paşinyan Ermənistanı statusdan daha çox Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı və hüquqlarının qorunması maraqlarının olduğunu bildirib. Paşinyanın bu fikirlərindən görünə bilər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımağa hazırdır, lakin Azərbaycan tərkibində Qarabağ ermənilərinə milli-mədəni muxtariyyət, bununla yanaşı, müəyyən mənada siyasi və iqtisadi hüquqlar verilməsini istəyir.

Əslində, Paşinyan bütün bunların olacağına adı kimi əmindir, o, Azərbaycan xalqının mərhəmətinin hələ illər əvvəl şahidi olub. Lakin erməni müxalifətinin və millətinin qarşısında nitq söyləyərkən Nikol yenə də öz ampluasında çıxış etməyi unutmayıb və daxili auditoriyaya oynayıb.

Paşinyan bu çıxışı ilə özünün təşəbbüskarlığını, hakimiyyətin yox, erməni xalqının taleyinin onun üçün ən “vacib” məsələ olduğunu vurğulamaq istəyib.

Nəticə: Ya Ermənistan tez bir zamanda qoşusu ilə normal münasibət qurub, sülh müqaviləsinin bütün şərtlərinə əməl etməlidir, ya da Ermənistanı sürüklənəcəyi bataqlıqdan onun heç bir xilas yolu qalmayacaq...

Yunis Abdullayev 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı