“Paşinyan müharibə ilə üzləşməsəydi, hələ də Şuşada yallı gedirdi” ŞƏRH

Analitika 18:46 14.04.2022

“Baş nazir Nikol Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı”.

Ednews-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanda iqtidarla müxalifət arasında güclənən qarşıdurmanı şərh edərkən bildirib.

“Birincisi, Paşinyan dedi ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu məsələsində “plankanı aşağı endirməyə” çağırır. Paşinyan bunu deyərkən Türkiyənin adını tələffüz etməyi də unutmayıb: “Bu gün bizə beynəlxalq ictimaiyyəti açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq - tək Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik”.

Paşinyan demək istəyib ki, “Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu ermənilərə növbəti dəfə baha başa gələcək”. Bu halda Rusiya və onun Ermənistana havayı verdiyi silah da erməniləri xilas edən deyil.

İkincisi, Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı “statusdan” daha vacibdir və bunu ona Brüsseldə bir daha anladıblar: “Bu mövqemiz son Brüssel görüşündə təsbit olunub. Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və hüquq qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və hüquq qarantiyaları qoyuruq və bundan status məsələsi irəli gəlir”.

Beləliklə, Paşinyan radikallardan və Qarabağdakı separatçılardan fərqli olaraq “yalnız müstəqillik” ifadəsini işlətməkdən imtina edib. Çünki anlayır ki, əks halda Azərbaycanla münasibətlər yenidən gərginləşəcək və növbəti müharibə qaçılmaz olacaq. Bununla Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunun mesajını verib”, - E.Şahinoğlu şərhində bildirib.

Ekspert erməni baş nazirin digər etirafına da diqqət çəkib:

“Paşinyan parlamentdəki çıxışında etirafını da səsləndirib: “Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar”.

Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar”.

“Paşinyan başqa bir etirafını da səsləndirib: “7 rayonu Azərbaycana təhvil versəydim müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”.

Əlbəttə, Paşinyanın dediyi kimi o münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razılaşsaydı, müharibə olmaz və sülh sazişi imzalanardı. Ancaq nəinki Paşinyan, heç bir erməni siyasətçi Azərbaycan ordusunun gücünü görmədən, itki vermədən qeyd-şərtsiz Qarabağ ətrafındakı rayonları qaytarmayacaqdı. Hətta 1990-cı illərin ortalarında “mərhələli həll” planına razılaşan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ermənilərin şərtlərinin yerinə yetirilməsi müqabilində cəmi 5 rayonun qaytarılmasına razılaşırdı. Paşinyan müharibə ilə üzləşməsəydi, bəlkə yenə Şuşada içkili vəziyyətdə yallı gedərək Azərbaycana acıq verərdi. Ona görə də müharibə labüd idi ki, Paşinyan bugünkü reallığı anlasın və bunu cəmiyyətinə də anlatsın”, - siyasi şərhçi qeyd edib.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Hamısı