Ankara İsveç və Finlandiyaya veto tətbiq edəcək? - Həsən Oqtaydan AÇIQLAMA - ÖZƏL - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Ankara İsveç və Finlandiyaya veto tətbiq edəcək? - Həsən Oqtaydan AÇIQLAMA - ÖZƏL

Analitika A- A A+

Türkiyənin Finlandiya ilə və İsveçin NATO-ya üzv olmasına etiraz etməsi onun alyans üzvləri ilə gələcək münasibəti barədə suallar müydana gətirib. Rəsmi Ankaradan Finlandiya rəsmilərinə mövqeyin dəyişməyəcəyi barədə göndərilən sərt mesaj ölkədə müzakirə predmetinə çevrilib.  

“Ankara tələbində haqlıdır, lakin bunun NATO üzvləri tərəfindən də anlayışla qarşılanması şərtdir. Türkiyə terrorla mübarizədə dəstəksizdir, üzv ölkələr nəinki ona kömək edir, hətta ona mane olmağa çalışırlar. Bu NATO tərəfindən 5-ci madənin pozulması deməkdir,” – bu sözləri KAFKASSAM-ın rəhbəri, siyasi ekspert Həsən Oqtay Ednews-a açıqlamasında belə deyib. 

Ekspert əsasən bəzi üzv ölkələrin Türkiyənin mövqeyinə qarşı qərəzli davranışı və NATO-nun 5-ci maddəni icra etmədiyi təqdirdə, Ankaranın alyans tərkibində əməkdaşlıq çərçivəsində ata biləcəyi addımlara və verə biləcəyi qərarlara toxunub.  

“Ukrayna böhranından sonra NATO artıq ciddi şəkildə Rusiyaya qarşı bir cəbhə yaratmaq fikrinə gəlib. Xüsusilə, Rusiya ilə uzun sərhədi olan Finlandiya Ukraynanın başına gələnlərin bir gün onun da başına gətirilə biləcəyini nəzərə alaraq, İsveçlə birlikdə rəsmi olaraq NATO-ya müraciət ediblər. Təbii ki, Şimal Alyansının ikinci ən böyük üzvü olan Türkiyə belə bir məqamda olanlara öz reaksiyasını ifadə edib. Bir halda ki, hər iki ölkə Türkiyənin uzun illərdən bəri mübarizə apardığı PKK terror təşkilatını müdafiə edib, habelə Türkiyəni əvvəllər üzv olduğu F35 qırıcı təyyarə sistemindən çıxarılmasını ABŞ-la həmrəy şəkildə dəstəkləyib, demək Ankara da bunu öz növbəsində qulaq ardına verə bilməzdi. Hazırda Türkiyə alyansın nüfuzlu bir üzvü olsa da, heç bir türk milliyyəti mənsubu təşkilatın tərkibində vəzifə almayıb. Məhz elə bu səbəbdən də NATO-ya bir eyham olaraq, Türkiyə İsveçlə Finlandiyanın üzvlüyünü dəstəkləməyəcəyini vurğulayıb”.   

Həsən Oqtay Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinin digər aspektlərinə də toxunub. 

“Türkiyə eyni zamanda, Qara dənizdən Rusiya ilə də qonşudur və Ukrayna-Rusiya münaqişəsindəki proseslərə ciddi önəm verir. Hesab edirəm, Türkiyənin hər iki dövlətin alyansa üzv olmasını dəstəkləməməsi həm də, Türkiyə ilə normal münasibətdə olan Rusiyanın da xeyrinədir. Türkiyə bilirsiniz ki, hələ soyuq müharibə dönəmindən NATO tərkibində olduğu təqdirdə diplomatiya mövzusunda Rusiya və Qərb arasında müstəqil seçim etmək kimi bir səlahiyyəti özündə formalaşdıra bilib. Bu o demək dir ki, Türkiyə lazım gəldikdə həm NATO-ya, həm də Rusiyaya müəyyən çərçivələrdə “yox” deyə bilər. Buna görə də, Türkiyə NATO ölkəsi olduğu halda Rusiya ilə də öz münasibətlərini qoruyub saxlayacaq və Finlandiya ilə İsveç haqda qərarı Kremlin xeyrinə olsa belə öz veto hüququndan istifadə edəcək”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...