Zəngəzur dəhlizinin mühüm rolları Qarabağ elektrik enerjisi ilə necə təmin olunacaq? - ŞƏRH

Analitika 17:00 02.06.2022
“Zəngəzur dəhlizi yalnız yüklər üçün deyil, həmçinin elektrik enerjisi üçün də mühüm marşrut ola bilər”. 
 
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 27-ci Enerji forumda bildirib.  Dövlət rəhbərinin sözlərinə görə, məsələ ilə bağlı artıq ciddi işlərə başlanılıb, eyni zamanda bu istiqamətdə investisiyaların yatarılmasına yönəlik addımlar atılır. 
 
Ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməsində elektrik enerji istehsalının artırılması əhəmiyyətlə rol oynayır. Bildiyimiz kimi, Azərbaycan neft və qazla yanaşı qonşu ölkələrə elektrik enerjisi də ixrac edir. 
 
Azərbaycan Energitika Nazirliyinin 2021 - ci il üzrə təqdim etdiyi hesabatına əsasən, Azərbaycan İrana 257,5 mln. kVt/st, Türkiyəyə 720,6 mln. kVt/st, Rusiyaya 95,2 mln. kVt/st, Gürcüstana isə  600,1 mln. kVt/st elektrik enerjisi ixrac edir.  Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycanın idxal etdiyi 151,6 mln. kVt/st elektrik enerjisinin 31,9 mln. kVt/st İranın, 95,1 mln. kVt/st Rusiyanın, 24,6 mln. kVt/st Gürcüstanın payına düşür.
 
Bununla yanaşı, Azərbaycanda enerji istehsalında artım müşahidə edilir, o cümlədən bu sahədə zəruri və önəmli tədbirlər görülməkdədir. 
 
Dövlət Statistika Komitəsinin 2022-ci il yanvar ayının yekunları üzrə hesabata görə, Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 2 milyard 406,5 milyon kVt/saat olub.
 
Bir məqamıda nəzərə almaq lazımdır ki, xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində işğaldan azad edilən torpaqlarda yeni su, külək və günəş elektrik stansiyalarının tikilməsi planlaşdırılır.  
 
İqtisadçı-ekspert Xalid Kərimli Ednews  - a açıqlaması zamanı qeyd edib ki, Qarabağ və Zəngəzur bölgəsində hazırda tikilən elektrik stansiyların və obyektlərin fəaliyyəti qarşıda duran problemləri həll etmək iqtidarında olacaq. 
 
“Azad olunan torpaqlarda enerji təzcihatı ilə bağlı aparılan işlərdə ənənəvi elektrik stansiyalarının qurulması ilə bərabər alternativ enerji mənbələrinə də üstünlük verilir. Kəlbəcər və Laçında dağ çaylarının üzərində su elektrik stansiyaları qurulur, eləcədə Qarabağın bir çox bölgələrində külək və günəş pannelərindən ibarət sahələr salınır. Məsələn, Zəngəzurda yenicə açılan Ağıllı kəndin elektrik  təzcihatı günəş enerji sistemi ilə təmin olunub. Qarabağda elektrik stansiyalarının və digər obyektlərin qurulmasında əsas məqsəd həm enerji təzcihatını dayanıqlı etmək, həm də müasir üsullardan istifadə edərək əfraf mühiti çirklənmədən qorumaqdır”.  
 
X.Kərimlinin sözlərinə görə, Cəbrayılda qurulan elektrik qovşağı nəinki Qarabağı və Şərqi Zəngəzuru, hətta Qərbi Zəngəzurdan keçməklə Naxçıvanı elektrik enerjisi ilə təmin edə bilər. 
 
“Cəbrayılda 330 kilovatlıq yarım elektrik stansiyasının qurulması ilə bərabər elektrik qovşağı da yaradılır. Bu elektrik qovşağı təkcə rayonda tikilən yarım elektrik stansiyaların yox, həmçinin İmişlidə və bəzi rayonlarda yarım stansiyların işini daha da təkmilləşdirəcək. Növbəti mərhələdə isə Cəbrayıl elektrik qovşağından Naxçıvana ötürülən elektrik enerjisi Türkiyənin şərq bölgələrinə ixrac edilməsi nəzərdə tutulur.  Bununla yanaşı, Qərbi Zəngəzur vasitəsi ilə ötürüləcək elektrik enerjisi Naxçıvanı Türkiyə və İrandan olan asıllığını azaldacaq”. 
 
Sonda X.Kərimli Ermənistanın Azərbaycanın enerji bazarında yer almasının da mümkün olduğunu bildirib. 
 
“Ermənistanla kommunikasiya xəttlərinin açılmasından, o cümlədən sülh müqaviləsinin imzalanmasından sonra bu ölkə ilə istənilən sahədə ticarət əlaqələrinin qurulması mümkün olacaq. Azərbaycan Ermənistana enerji məhsulları da ixrac edə bilər”.
 
Yunis Abdullayev 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı