Ermənilərin təxribatına qarşı anti-terror əməliyyatı keçirilə bilər Hərbi ekspertdən AÇIQLAMA

Analitika 17:00 03.06.2022
Son zamanlar erməni silahlı qüvvələri dövlət sərhədində vəziyyət  gərginləşdirməyə çalışır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumat yayıb. 
 
Göründüyü kimi erməni revanşistləri sərhəddə yenə təxribat törətməklə bitən Qarabağ münaqişəsini dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirmək istəyir. İddialara görə, bu həm də Ermənistanın daxilində yaranan ixtisaşlardan fikir yayındırmaq məqsədi də güdür.
 
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bu təxribatlar Ermənistan tərəfinin beynəlxalq arenada Qarabağ ermənilərinin hüquqi status məsələsini qaldırmaq məqsədi güdür. 
Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı
 
“Ermənistan ordusunun dövlət sərhədində mütəmadi şəkildə təxribat törətməsində iki əsas amil var. Bunlardan biri Ermənistanda hazırki  siyasi vəziyyəti, yəni hakimiyyət uğrunda mübarizə, digəri isə bu ölkədə xarici qüvvələrin mövcud olan təsidir. Bu ölkədə Rusiyaya, hətta İrana və Fransaya bağlı siyasi cərəyanlar fəaliyyət göstərirlər. Lakin ən əsası Ermənistanın daxilində baş verən ictimai-siyasi çəkişmələrə diqqət yetirməkdir.  İstər daxili, istərsə xarici faktorlar bu çəkişmələrdən istifadə etməklə Paşinyan hakimiyyətinin nüfuzdan salmağa, o cümlədən onun danışıqlarda mövqeyini zəiflətməyə çalışırlar”.  
 
Ekspert həmçinin qeyd edib ki, Kəlbəcər və digər istiqamətlərdə mövqelərimizin atəşə tutulması barədə Ermənistan dövlət qurumları tam xəbərdardılar. Onun sözlərinə görə, ərazilərdə baş verən hər bir hadisə barədə dövlətin rəhbərliyinə məruzə olunur.
 
"Burada onların məqsədi beynəlxalq təşkilatlara münaqişənin guya hələ həll olunmadığını və bölgədə gərginliyin davam etdiyini bildirməkdir”.   
 
Ramil Məmmədlinin sözlərinə görə,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında təşkil olunan görüşdə əldə olunan razılaşmalar fundamental nəticələr deyil. 
 
“Son iki ildə Ermənistan danışıqlardan yayınmağa çalışaraq Qarabağ ermənilərinin status məsələsini təkidlə ortalığa atırlar. Nəzərə alaq ki, Ermənistanın Qarabağda yerləşən silahlı birləşmələri də tam şəkildə tərkisilah olunmayıb. Bütün bu sadaladığım faktlar danışıqların müsbət mərhələsinin olmamasına gətirib çıxarır. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyi təqdirdə sərhədlərin delimitasiya və demarkasiya olunmasında heç bir uğurlu nəticə əldə olunmayacaq”. 
 
Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycanın cavab tədbirlərinə gəlincə, R.Məmmədli bu ölkə ilə sərhəddə hər hansı hərbi əməliyyatın mümkün olmadığını bildirib.  
 
“44 günlük müharibə dövründə İrəvanın Azərbaycanın dinc yaşayış yerlərinə raket zərbələri endirdiyi halda Azərbaycan eyni hərəkəti Ermənistana qarşı etmədi. Bu baxımdan dövlət sərhədində Ermənistan ordusu ilə ciddi hərbi qarşıdurma gözlənilə bilməz. Yalnız Qarabağ bölgəsində hərbi əməliyyatlar aparıla bilər. Ona görə ki, rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərimizdə separatçı rejim və onun silahlı birləşmələri qalmaqdadır. Lakin təxribatlar davam edərsə, Azərbaycan anti-terror əməliyyatlarının keçirilməsi barədə qərar qəbul edə bilər”.
 
Yunis Abdullayev

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
Hamısı