“Rusiya hərbi cəhətdən nə qədər güclü olsa da, Türkiyənin bir gözü hər zaman Qarabağdadır” Türkiyəli ekspert İbrahim Yumşaq

Analitika 15:57 10.06.2022

Qərbin qadağaları ilə üzləşən  Rusiya aviaşirkətləri çıxış yolunu Türkiyədə özlərinə gizli sığınacaq axtarmaqda görür. Belə ki, Rusiya tərəfi hesab edir ki, bu cür çıxış yolu, onlara qoyulan qadağalardan yan keçməyə və aviareysləri rahat şəkildə həyata keçirməyə  imkan verəcək.  

Etibarlı mənbələrin verdiyi məlumata görə, artıq  “Pegas Touristik” və “Anex Tourism Group” şirkətləri Türkiyəyə köçmək imkanını nəzərdən keçirir. Bundan əlavə, aviaşirkətlərin nümayəndələri təyyarələrin lizinqinə dair danışıqlar aparmağa çalışırlar. Ən maraqlı məqam isə budur ki, hazırda “Anex” ilə işləyən “Azur Air” və “Nordwind” şirkətləri  Rusiyada yerləşsə də, türk iş adamları tərəfindən idarə olunur. Artıq Rusiyaya məxsus “Anex” avia şirkəti Antalyaya köçmək qərarını təsdiqləyib. 

Xatırladaq ki, Rusiya Qara dəniz və bir sıra regional məslələrdə Türkiyə ilə birgə əməkdaşlıq, o cümlədən Cənubi Qafqazda mövcud olan problemlərin həllində Ankara ilə hesablaşmaqda yaxından təşəbbüs göstərir. Türkiyəli siyasi ekspert İbrahim Yumşağın sözlərinə görə, rəsmi Kremlin bu cür yanaşması yaxın gələcəkdə Türkiyənin Rusiya üzərində daha güclü nüfuza sahib olacağını göstəricisi ola bilər. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“İlk öncə qeyd etməliyəm ki, Türkiyə son zamanlar çoxşaxəli siyasət yürütməyə başlayıb. Bu səbəbdən Türkiyə həm Qərb, həm də Rusiya ilə balanslı münasibəti qoruyub saxlaya bilir. Əslində Rusiyanı Türkiyəyə yaxınlaşdıran səbəb Rusiyanın Ukrayna ilə müharibədə üzləşdiyi qadağalar olub. Eyni zamanda, Türkiyənin bu qadağalarda bilavasitə Qərblə həmrəy olaraq, iştirak etməməsi onu güvən baxımından Rusiyaya cazibədar göstərməyə başlayıb.

Bir məqamı da əlavə edim ki, Türkiyə Rusiyanın tam sıxışdırılaraq, sıradan çıxarılmasını istəmir. Çünki Rusiya həm də Türkiyəyə Qərblə münasibətləri balanslaşdırmaq üçün köməkçi bir vasitədir”. 

Ekspert həmçinin Türkiyənin balanslı siyasətinin Cənubi Qafqaza da müsbət təsir göstərdiyini də deyib.     

“Əgər Türkiyə Qərb və Rusiya ilə yürütdüyü siyasəti sonadək qoruyub saxlaya bilsə, bu gələcəkdə Qafqaz regionuna da müəyyən töhfələr verə bilər. Çünki Türkiyənin siyasəti Afrika ölkələri, Orta Şərq və həmçinin Qafqaz regionu da daxil olmaqla bütün dövlətlərin ortaq maraqlarını nəzərə alır.”

Professor İbrahim Yumşaq eyni zamanda Ukrayna ilə müharibə aparan Rusiyanın növbədə Qafqaza qarşı törədəcəyi təhlükə və Türkiyənin buna qarşı görə biləcəyi tədbirlə bağlı da fikir bildirib.  

“Türkiyə II Qarabağ müharibəsində Azərbaycana hərtərəfli dəstək olduğu kimi, gələcəkdə də bütün baş verə biləcək təhlükələrə qarşı tədbirlər görməyə  hazırdır. Ukrayna ilə müharibədə Rusiya iqtisadi cəhətdən nə qədər zəiflədilsə də, hərbi cəhətdən öz potensialını qoruyub saxlaya bilib. Hazırda Rusiya eyni anda iki cəbhədə vuruşa biləcək bir gücdədir. Bu səbəbdən də Türkiyə hazırki gedişatı çox yaxından müşahidə edir və izləyir”. 

 İbrahim Yumşaq sürətlə zəifləməkdə olan Rusiya iqtisadiyyatının tezliklə Türkiyəni regionda və dünyada nüfüzlu dövlətə çevirəcəyini deyib. O, həmçinin əlavə edib ki, Rusiya müharibədən sonra da bəzi ağır embarqolara məruz qalacaq. 

“Ukrayna müharibəsi bitsə belə, ABŞ və Avropa bir müddət Rusiyaya tətbiq etdikləri sanksiyaları ləğv etməyəcək. Belə olan halda Rusiya hər iki tərəflə ortaq münasibət saxlayan Türkiyəyə sığınacaq. Bu isə Türkiyənin regionda böyük rəqiblərə qarşı hər mənada nüfuzunun artmasına gətirib çıxaracaq”.

Elnur Ənvəroğlu 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı