İDDİA:Dünyanın ən təhlükəli silahı Uhandan baş qaldırıb Koronavirusun yenidən tüğyan etməsinin PƏRDƏARXASI MƏQAMLARI

Analitika 15:35 01.08.2022

Bir zamanlar dünyanı lərzəyə gətirən ölümcül atom bombası müharibələrin ən qorxulu kabusu hesab edilirdi və bu səbəbdən dünya ictimaiyyəti günahkarın kimin olduğunu asanlıqla müəyyən edə bilirdi. Milyonlarla insanın həyatı bahasına başa gələn irimiqyaslı ziyanın təzminatının ödənilməsi üçün hətta BMT və digər beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərar və qətnamələr hazırlanırdı. Lakin zaman irəlilədikcə texnologiya da onun paralelində inkişaf etdi və bu növ silahlar artıq nə gözlə görülə, nə də mənşəyi müəyyən edilə bilir. Söhbət Çinin Uhan əyalətində cücərdilib dünyanı sarmaşan Covid-19 virusundan gedir. Bir qədər ittihamlı səslənsə də, buna Qərb mətbuatında daha tez-tez rast gəlmək mümkündür. Xüsusilə virusun axır zamanlar həmin bölgədə daha çox yayılmasına baxmayaraq, bununla bağlı statistik məlumatların gizlədilməsi ciddi suallar doğurur. 

Tükkiyənin Kocaəli universitetinin professoru, politoloq İrfan Kaya Ülgərin fikrincə bunun başlıca səbəbləri Çinin digər şəhərlərində bioloji laboratoriyaların gizli fəaliyyəti ilə bağlıdır. Professor qeyd edib ki, həmin laboratoriyaların gizli saxlanılması onların dünyanın dört bir istiqamətinə bioloji silahlar hazırlayıb göndərməsidir. 

“Həmin laboratoriyalar həm bu cür bioloji silahları istehsal edir, həm də stoklayaraq onları gələcək üçün arxivində saxlayır. Ən qorxulusu da budur ki, bunu nə gözlə görmək, nə də dad və qoxusu ilə müəyyən etmək mümkündür”. 

2019-cu ilin sonunda Çinin bir tədqiqat laboratoriyasından sızaraq yayılan Koronavirus xətəliyinin hələ də dünyada təhlükə fakoru olduğunu söyləyən professor Ülgər bunun siyasi məqsəd daşıdığını vurğulasa da, hələ də arxa planda müəyyən müəmmaların olduğunu deyib. O, həmçinin ciddi tədbirlər nəticəsində xəstəliyin yayılmasının qarşısını almağın mümkün olduğunu da bildirib. 

İrfan Kaya Ülgər bundan əlavə son zamanlar Çində virusun yenindən yayılaraq ciddi təhlükə yaratması faktına dair fikir də bildirib.

“Virus yayılan zaman Çin sərt qaydaları tətbiq etməklə müəyyən uğur qazandı. Ancaq indi Çindən Covid-19-un təsir sahəsinin yenidən genişləndiyi haqqında iddialar var”. 

Bəs görəsən Çin hansı səbəblərdən yoluxma ilə bağlı məlumatları gizlətməyə çalışır? 

“Fikrimcə, Çin, dünya ictimaiyyətinin reaksiyasından çəkinir. 2020-ci ilin əvvəlində Çinə qarşı təpgilər bu ölkənin istehsalına və xarici ticarətinə mənfi təsir göstərdi. İndi oxşar vəziyyət gündəmə gəlsə, Pekin rəhbərliyi yenidən sanksiyalarla üzləşə bilər. Bu isə onu bərk narahat edir və məhz bu səbəbdən də rəsmi dairələr virusun cəmiyyət üçün təhlükəli həddə çatdığını gizlətməyə çalışır”.

Dünyanın yeni bioloji silah oyunu...

“Dövlətlər öz siyasi məqsədlərinə çatmaq üçün milli güc elementlərindən istifadə edir. Bunlardan birinci yerdə hərbi, iqtisadi və diplomatiya gücü gəlir. Təbii ki, hərbi gücə təkcə adi silahlar və hərbi birləşmələr kimi baxılmamalıdır. Burada kimyəvi, bakterioloji/bioloji silahlar da mühüm əhəmiyyət daşıyır. 

Dövlətləri BMT çətiri altında bağlayan və bu silahlardan istifadəni qadağan edən razılaşmalar olsa da, praktikada buna əməl edilmir. Milli və beynəlxalq münaqişələrdə kimyəvi silahdan istifadəni göstərən onlarla nümunə var. Eyni şəkildə, bioloji silahların, yəni mikrobiologiyanın istifadəsi hibrid müharibənin ayrı bir görüntüsnü təşkil edir. 

Müharibədə qarşıya qoyulan məqsədə nail olmaq üçün düşmən qüvvələrinin məhv edilməsinə xüsusi diqqət yetirilir. Bunu adi silahlarla və ya başqa üsullarla edə bilərsiniz. Qadağan edilməsinə baxmayaraq, dövlətlər bu gün bioloji/bakterioloji silah istehsal etmək imkanlarını qoruyub saxlayırlar”. Yenidən sərt karantin qayıda bilərmi? 

“Covid 19 yayılarsa, 2020-ci ildə olduğu kimi karantin tədbirləri sərtləşdirilə bilər. Əslində, son iki ildə evdən işləmək geniş vüsət alıb. İnsanları qapalı vəziyyətdə saxlamaq müxtəlif psixoloji sıxıntılara və ailə və məişət problemlərinə də səbəb olub. Hesab edirəm ki, karantin şərtləri hələ də öz qüvvəsindədir.

Qeyd etdiyim kimi bunun qəstən törədilməsi ilə bağlı dəqiq bir fikrim yoxdur. Lakin bunu əminliklə deyə bilərəm ki, əgər maska vasitələri və ya özünü təcrid kimi qorunma tədbirlərindən istifadə edilməzsə, açıq hədəfə çevrilməyimiz qaçılmazdır. 

Təəssüflə deyə bilərəm ki, bu gün tibb mütəxəssisləri arasında xəstəliyin təbiəti və görüləcək ehtiyat tədbirləri ilə bağlı fikir birliyi yoxdur. Bəziləri həddindən artıq şübhəli davranış nümayiş etdirsə də, digərləri Covid 19-un yayılmasını zökəmin bir versiyası kimi şərh edir. Məncə, ən yaxşı ehtiyat tədbiri bir tərəfdən ənənəvi qida məhsullarına üstünlük vermək, digər tərəfdən də yüngül məşqlər etmək və psixi sağlamlığı qorumaq ola bilər. Sərt karantin qaydaları yenidən qayıtsa, bu vəziyyətə əməl etməkdən başqa çarə qalmır”.

Elnur Ənvəroğlu

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Hamısı