Azərbaycanın neft strategiyası İmkanlar və üstünlüklər-Vüqar Bayramov

Analitika 16:16 21.09.2016
“Əsrin müqaviləsi”nin imzalanmasından 22 il keçir. 22 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq “Əsrin Müqaviləsi”nə nəzər salaq. Müqavilənin operator kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdirlər. Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülmüşdür: Chevron-Texaco (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), ExxonMobil (8%), TPAO (6.8%), Devon Energy (5.6%), Itochu (3.9%), Amerada Hess (2.7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdir və 6.5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılır.
 
Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdır. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılmışdır ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilmişdir. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olmuşdur. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. 
 
    Əsrin Müqaviləsi sadəcə neft müqaviləsi yoxsa strateji istiqamət? 
 
“Əsrin müqaviləsi” strateji baxımdan sadəcə neft hasil edilməsi üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarını Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq müqavilə həm ölkə daxilində, həm regionda geopolitik təsirlərə malikdir. Əvvəla, bu sazişdə iştirak edən şirkətlərin malik olduqları payların ardıcıllığı Azərbaycanın Qərbə yönəlik amma balanslaşdırılmış siyasət həyata keçirəcəyini işarə idi. Belə ki, qərblilərin mütləq əksəriyyətə malik olduğu konsersumda Rusiya şirkəti payların 1/10-ə sahib oldu. Bu isə Avropaya inteqrasiya edəcəyini bəyan edən Azərbaycan dövlətinin Rusiya təsirinin balanslaşdırmaq niyyətindən xəbər verirdi. Bu baxımdan sözügedən müqavilə heç də yalnız iqtisadi xarakter daşımırdı.
 
İkincisi, “Əsrin Müqaviləsi” məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Hal-hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-ci ildə böyük həcmli investisiya qoyluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Praktik olaraq, son 5 ildə Azərbaycanın dövlət gəlirlərinin müşahidə edilən artımlar birbaşa neft satışından daxil olmaların çoxalması ilə bağlıdır. 1994-ci ildə bağlanan müqavilə çərçivəsində əldə edilən gəlirlər növbəti dekada da ölkənin dövlət gəlirlərinin formalaşmasına əhmiyyətli təsir göstərəcək.
 
Üçüncüsü, sözügedən saziş Azərbaycana nəinki regional layihələrdə söz sahiblik etməyə həmçinin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verdi. Hal-hazırda bütün Trans-Xəzər layihələrinin müzakirəsinə Bakının dəvət edilməsi də bununla bağlıdır. Faktiki olaraq, Azərbaycanın iştirakı olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkünsüz görsənir.
 
Dördüncüsü, “Əsrin Müqaviləsi” 1998-ci ildən başlayaraq bağlanan müqavilələrdə Azərbaycanın daha çox pay almasına imkan yaratdı. Aydındır ki, 1994-ci ildə Azərbaycanın dövlət gəlirləri 20 milyard dollarlıq investisiya həyata keçirməyə imkan vermirdi: investisiya qoyluşları hətta mərhələli olsa da belə. Bu baxımdan ARDNŞ yalnız “Əsrin Müqaviləsi” çərçivəsində neft istehsalına başlanandan sonra yeni sazişlərdə böyük paya malik ola bilərdi. 1998-ci ildə ratifkasiya edlən “Kurdashi-Araz-Kirgan”yatağının işlənməsi üzrə müqavilədə ARDNŞ 50, Agip isə 25 faizə malik oldu. “Inam” yatağının işlənməsi üzrə 1998-ci ilin bağlanan digrə sazişdə də ARDNŞ payların yarısına sahib oldu. Dövlət Neft Şirkətini 25 faizlə BP izəyirdi. Eyni ilə “Araz”, “Alov”, və “Şərq” yataqlarında da Dövlət Neft Şirkəti payların 50 faizinə sahib ola bildi. 
 
Əsrin müqaviləsi yeni regional layihələrin əsasını formalaşdırdı
 
Bu gün Avropa üçün təhlükəsizlik anlamına sadəcə enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin mavi qaza olan təlabatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın istehlakının 90 faizini ödəyən Rusiyanın Qazprom şirkəti sözügedən qitədə inhisarçı mövqeyə malikdir. Hətta bəzi Avropa ölkələri o cümlədən Polşa və Çek Respublikası tamamən Rusiya mavi qazından aslidirlar. Təbii ki, bu apsektdə avropalıların güvəndiyi ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardr.  Yeni reallaşmaqda olan TANAP və TAP layihələri regionun enerju xəritəsində yeni bir səhifə deməkdir. ARDNŞ TANAP-da əsas sərmayədar olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə təbii ki, Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdır. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timsalında Azərbaycan daxil olunan vəsaitlərin həcmini artıracaq. Nəhayət, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşluq sferası bu layihədən faydalana biləcək. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir. Bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr ola Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir.
 
Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi aktorlarından birinə çevirib. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir.
 
Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.Azərbaycan milli suverenliyini qazandıqdan sonra, təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilis-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal energi təhlükəsizliyinə də öz töhfəsini verdi.  
 
“Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq. Beləliklə, Azərbaycan yeni bir layihəyə imza atdı. “Yeni əsrin yeni layihəsi” kimi qiymətləndirilən bu layihə uzun müddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında lokamativ olacaq.

 

Картинки по запросу vüqar bayramov
 
Vüqar Bayramov, ABŞ-ın Vaşinqton Universitetinin məzunu və iqtisad elmləri namizədi
 
 
    
 
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Hamısı