“Ermənistanda keçirilən seçkilərə müxtəlif güc mərkəzlərinin münasibəti, təbii ki, fərqli olacaq. Adətən seçkilərlə bağlı məsələlərə Qərb institutları, o cümlədən Avropa İttifaqı və digər Avropa qurumları daha fəal münasibət bildirirlər. Ümumiyyətlə, azad seçkilər, insan haqları, demokratiya kimi mövzular Qərbin daha çox istifadə etdiyi və bəzi hallarda müxtəlif ölkələrə qarşı təzyiq aləti kimi tətbiq etdiyi təsir vasitələrindən biridir”.
Politoloq Oqtay Qasımov bunu EDnews-a danışarkən bildirib.
.jpg)
O diqqətə çatdırıb ki, Ermənistanda keçirilən seçkilərlə bağlı da müxtəlif məlumatlar var. Bəzi iddialara görə, seçki prosesində saxtakarlıqlar olub, bəzi iddialara görə isə müəyyən təzyiqlər qeydə alınıb:
“Bu məsələyə Rusiyanın mövqeyindən baxdıqda görürük ki, Moskva seçkilərlə bağlı fərqli yanaşma sərgiləyir. Avropa qurumları isə bu məsələdə Rusiyadan fərqli mövqe ortaya qoyur, seçkilərin demokratik, şəffaf və normal şəraitdə keçirildiyini bildirirlər. Əlbəttə, bu tip məsələlər çox vaxt həmin güc mərkəzlərinin siyasi maraqları ilə bağlı olur. Yəni seçki keçirilən ölkənin hansısa siyasi qütblə münasibətləri normaldırsa, həmin qütb adətən prosesdəki müəyyən problemlərə göz yumur.Bu baxımdan, burada təəccüblü məqam axtarmağa ehtiyac yoxdur. Çünki bu, uzun onilliklərdir tətbiq olunan və beynəlxalq siyasətdə tez-tez müşahidə edilən bir metoddur”.
Analitik sonda diqqətə çatdırıb ki, belə hallarda verilən qiymətlər çox vaxt hüquqi yanaşmadan daha çox siyasi mövqeyə əsaslanır.
Günəş Mərd | EDnews
.png)





.png)
