İstiqlaliyyətdən sonrakı dövrün Azərbaycan təcrübəsi Əhməd Abdo Tərabik

Analitika 10:52 18.10.2016
Son üç onillik ərzində dünya köklü şəkildə dəyişilib, informasiya vasitələri və onların istehsalı üsullarının inkişafı templəri  sürətlənib. Bu gün ölkələr sabit dövlətlər xəritəsində layiqli yer tutmaq, xalqlara sabitlik və əmin-amanlıqla sıx şəkildə bağlı olan rifah və çiçəklənmə təmin etmək,  bu sürətli inkişafdan münasib pay almaq, onun templərilə ayaqlaşa bilmək üçün tərəqqi, ölkələrin və xalqların inkişafı naminə zamanla yarışa giriblər. 
 
Azərbaycan keçmiş SSRİ-yə daxil olan respublikalardan biri olub və 1991-ci ildə istiqlaliyyət qazanıb. Azərbaycan kiçik bir dövlət olub, əhalisi 9.5 milyon, sahəsi isə 86.6  min kv. km-dir. Onun da 20%-i Ermənistan tərəfindən işğal edilib və BMT TŞ-nın dörd qətnaməsinə baxmayaraq, bu işğal faktı bu günə kimi davam etməkdədir. Ölkədə 1 milyondan artıq qaçqın vardır, amma onların həyat şəraiti bizim ərəb qaçqınlarınınkı ilə müqayisədə qat-qat yaxşıdır, çünki onlar öz ölkələri daxilindədirlər, hökümət onları hər şeylə təmin edir. Vaxtilə, bir sovet əyaləti və ya quberniyası şəklində olan  və dünya ilə birbaşa rabitədən demək olar ki məhrum olan Azərbaycanı nəinki biz, həm də dünyanın bir çox xalqları tanımırdılar. Qısa müddət ərzində bu kiçik ölkə xarici investorlar və turistlər üçün çox cazibədar bir məkana çevrildi. Bu da dövlətin ağır bürokratiya və korrupsiya mirasından xilas olmaq üçün apardığı gərgin mübarizənin bəhrəsi idi.  Dövlət özünü beynəlxalq aləmdə tanıtdıra bildi, 2015-ci ildə  ilk Avropa oyunlarını uğurla keçirdi. Bu hadisə Azərbaycana tədbiri işıqlandıran dünya KİV-ləri vasitəsilə özünü tam müsair tipli bir ölkə kimi tanıtmaq imkanı verdi.
 
 Azərbaycan həmçinin onun dünyada daha çox tanınmasına yol açan  ən müxtəlif tədbirlərə, forumlara, konfranslara, festivallara və s. ev sahibliyi edib. Bu da öz növbəsində ölkəyə turist və investisiya, o cümlədə ərəb investisiyalarının axınının güclənməsinə yardım edib. Son iki ildə Körfəz ölkələrindən və İraqdan gələn turistlərin sayında böyük artım müşahidə olunur. Həm də bu ölkəyə gələnlər oradakı sabitlik, əmin-amanlıq, mükəmməl infrastrukturdan məmnun qalıb. Allah-təalənin bu diyara bəxş etdiyi gözəl təbiətdən, onun göz oxşayan mənzərələrindən həzz alırlar. Neftlə müalicə mərkəzləri bu turistlər arasında böyük şöhrət qazanıb. 
 
İnvestisiya sektoru ərəb və digər xarici investorlar üçün çox cəlbedicidir. Hökümət bir çox iqtisadi sahələrdə xarici investorlar üçün münbit şərait yaradıb. Xüsusilə, ölkədə sabitlik və əmin-amanlığın hökm sürməsi xarici investorlar üçün çox ürəkaçan olub. Azərbaycan neft və qaz ixracatına əsaslanan bir dövlət olsa da, iqtisadiyyat sahələrinin şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sayəsində dünya ölkələrini bürüyən ağır böhrandan yaxa qurtara və  iqtisadi inkişaf templərini qoruyub saxlaya bilib.
 
Azərbaycan müstəqillik qazandığı illərdən bəri, inkişaf və sabitliyin bərqərar edilməsi yolunda iri addımlarla adımlayır. Bütün bunlar ərazisinin beşdə birinin işğalı və işğal olunmuş torpaqların azad edilməsinə yönələn hərbi xərclərin dəfələrlə artırılması fonunda həyata keçirilib. 
 
Ənənəvi olaraq  kiçik ölkələrə məhdud imkanlara və qüvvəyə malik  dövlətlər kimi baxılır. Lakin tarixi təcrübə bunun tam əksini sübut etdi, bir çox iri dövlətlər öz baxışını dəyişməyə məcbur oldu. Bu kiçik ölkələrin çoxu öz iqtisadi və strateji əhəmiyyəti baxımından bəzi iri dövlətləri də üstələdilər. Biz də bu dövlətlərlə münasibətdə öz mövqeyimizi dəyişməliyik və Misirin mənafeyinə cavab verəcək sahələrdə onlarla əməkdaşlıq etməliyik. Xüsusilə, turizm və investisiya sahələrində geniş əməkdaşlıq imkanları var. Misirlə Azərbaycanı bir-birinə bağlayan tarixi, dini, mədəni əlaqələri ortalıqda olan bir çox problemlərin həllinə yardımçı olub, hər iki ölkə xalqlarının mənafeyinə cavab verən əməkdaşlıq əlaqələrinin qurulmasına imkan verəcək. 

Əhməd Əbdo Tərabik 

Ərəb dilindən tərcümə: Zakir Qasımov
 
 
 
 
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Hamısı