Fransanın növbəti prezidenti kim olacaq? eksklüziv

Analitika 16:00 30.11.2016

27 noyabrda Mərkəzçi-Sağ partiyada (Respublikaçılar) prezidentliyə namizədlik üçün keçirilən seçkilərin nəticələri elan edilib.   Franses Filion seçkilərin  ikinci turunda 66,5 faiz səs əldə edərək  rəqibi Alian Jüppeni məğlub edib.   Fransanın eks prezidenti Nikola Sarkozi mərkəzçi-sağ partiya adından prezidentliyə namizədliyini irələ sürə bilmədi. Çünki, o seçkilərin birinci turunda məğlub edilərək, ikinci turdan kənarda qaldı.

Fransada mərkəzçi-sağ partiya ( Respublikaçılar) ilə yanaşı bir sıra partiyalar da növbəti prezident seçkilərinə öz namizədlərini irəli sürmək istəyirlər. Fransanın prezidenti və Sosialist partiyasının rəhbəri Franses Hollandenin növbəti prezident seçkilərinə qatılacağı barədə məlumat yoxdur. Fransanın  hazırkı iqtisadiyyat naziri Emmanüel Makron prezidentliyə öz namizədliyini irəli sürmək niyyətinin olduğunu açıqlayıb. Prezident Franses Hollandenin rəhbərlik etdiyi Sosialistlər partiyası zəif iqtisadiyyat, siyasət və terrorizm səbəbindən artıq öz nüfuzunu itirməyə başlayıb.  Fransanın hazırkı siyasi cəmiyyətində  Respublikaçılar və qatı-millətçi olan Milli Cəbhə önə çıxır.

Milli Cəbhə partiyasının lideri Mariya Le Pen öz qatı millətçi və islamifobiya düşüncələri ilə tanınan ultra-sağçı siyasətçilərdən biridir.  Mariya Le Pen dəfələrlə açıqlayıb ki, o öz ölkəsində İslam dinini, müxtəlif mədəniyyətləri və immiqrantları görmək istəmir.  O, Fransız xalqını öz milli kimliklərini qorumağa çağırır. Milli Cəbhə partiyasının lideri həmçinin Avropa Birliyinə qatı müxalif olmağı ilə seçilir və  Fransanın Şengen və   Avrozonanı mütləq şəkildə tərk etməsini  tələb edir.

Avropada bir çox siyasi ekspertlər  Fransada keçirələcək prezident sekçilərində yalnız  iki namizəd -Mariya Le Pen və ya Franses Filion qalib olacağını təxmin edirlər.  Maraqlı məsələ odur ki,  ifrat sağçı Mariya Le Pen və mərkəz-sağçı  Franses Filion daxili siyasət, sosial və mədəni məsələlərdə eyni fikirləri səsləndirirlər. İqtisadi siyasətdə liberal dəyişiklərə tərəfdar olan Franses Filion ailə və mədəni  məsələlərdə sosial mühafizəkar olmağı ilə seçilir.  O, homoseksuallığın Fransız milli kimliyinə qarşı virus olduğunu vurğulayıb.  Respublikaçılar partiyasının namizədi Avropa Biriliyinin immiqrasiya siyasətini tənqid edərək bildirib ki, miqrant axını yalnız Fransada terrora və misilsiz cinayətləri səbəb olduğunu hesab edir.  Həm  Mariya Le Pen, həm də Franses Filion multikulturalizmi rədd edir. Onların hər ikisi bəyan ediblər  ki, prezident seçiləcəkləri təqdirdə müxtəlif mədəniyyətləri təbliğ edən hüquqları və azadlıqları məhdudlaşdıracaqlar. Hər iki siyasətçi İslamn Fransa üçün təhlükəli olması barədə fikirlər açıqlayırlar.

O cümlədə,  prezidentliyə gələcək namizədlər olan Mariya Le Pen və Franses Filion Avropa Birliyi və Beynəlxalq məsələlərdə də eyni münasibəti bölüşürlər.Mariya Le Pen Avropa inteqrasiyasına qatı  müxalifliyi ilə seçilir. Franses Filion isə Avropa Birliyinin qanunverici və icraedici institutlarının qərarlarını tənqid edir.  Lakin Franses Filion Avropa Birliyinin təhlükəsiz və iqtisadi siyasətini müsbət dəyərləndirir.  O,  Fransanın Avrozonada mövqeyinin qorumasını   və ən əsası ümumi təhlükəsizlik qüvvələrinin yaradılmasını ölkəsi üçün vacib sayır. Rusiya ilə diplomatik əlaqələrə gəlincə isə hər iki partiya lideri Avropa Biliyinin Rusiyaya qarşı sanksiyalarını tənqid edir və Rusiyanın siyasi və iqtisadi tərəfdaş olduğunu qələmə verirlər.  Hər ikisi dərhal Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını tələb edirlər.  Franses Filion Rusiyanı Avropa üçün nəhəng iqtisadi bazar hesab edir. Ultra sağçı Mariya Le Pen isə Rusiyanı  Fransanın Amerikadan da daha yaxın dost olduğunu hesab edir.  Mariya Le Pen prezident seçiləcəyi təqdirdə Fransa NATO-nu tərk edəcək və Rusiya ilə hərbi ittifaq yaradacaqdır.

Bir çox siyasi ekspertlər Fransada növbəti prezident seçkisi ilə bağlı müxtəlif fikirlər səsləndirməyə  başlayıblar. Bəzi siyasi ekspertlər  Marine Le Penin prezident seçkilərində qalib gələcəyini  hesab edirlər, həmçinin bəziləri  Francois Filionun  Fransanın növbəti prezident olacağını gözləyirlər.  Bu yaxınlarda Amerikada baş verən siyasi proseslə Fransanın da üzləşəcəyini təxmin etmək doğru olmazdı. Çünki hər iki gələcək namizəd bir sıra məsələlərdə eyni fikirləri bölüşürlər. 


Eurasia Diary, Yunis Abdullayev

Hadrutdan yeni görüntülər - VİDEO

Xəbər xətti

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Hamısı