“Ölülər və dirilər” Misir gecəqondularının gerçəkliyi - Eksklüziv

Analitika 19:46 08.12.2016

Komalarda, ümumi otaqlarda, məzarlıqlarda və səkilərdə yaşayan, sayı 17 milyonu haqlayan misirlilərin hər birinin bir arzusu var ki, o da bir tikə çörək, bir qurtum su və bir yataq otağıdır.

Onlar insan övladının ən aşağı tələbatlarının belə ödənilmədiyi, ən elementar xidmət növlərindən məhrum bir həyata məhkumdurlar. Rəsmi və qeyri-rəsmi hesabatlardan məlum olur ki, bu gecəqondular yayılaraq xərçəng kimi bütün ölkəni bürümüşdür. Həm də onlar ən müxtəlif növ cinayətlərin yuvasına çevrilmişdir.

Belə ki, son statistik məlumatlar göstərir ki, gecəqondu cəmiyyətləri bütün Misirə yayılmışdır və ölkənin bütün vilayətlərində bu cür yaşayış məntəqələrinin sayı 1221-ə çatmışdır. Bu baxımdan Qahirə birinci sıradadır, orada bu növ 81 gecəqondu var. Bunlardan 12-si məhv edilməli, 67-si isə abadlaşdırılmalıdır. Giza vilayətində 32 gecəqondudan 4-ü yox edilməli, 28-i isə abadlaşdırılmalıdır. Paytaxtın 15 milyonluq əhalisindən 8 milyonu şəhər ərazisinin 45%-ni təşkil edən bu cür gecəqondularda yaşayır.

Şəhərsalma üzrə mütəxəssis doktor Əbu Zeyd Racihin həyata keçirdiyi tədqiqatdan aydın olur ki, Misirdə ailələrin 18%-i yaşayış üçün yararsız ümumi otaqlarda yerləşmişdir. Başqa tədqiqatlar sübut edir ki, bu gecəqonduların qalmasına, həm də daha geniş yayılmasına rəvac verən amillər hələ çoxdur və getdikcə artmaqdadır. Tədqiqatlar həmçinin göstərir ki, bu gecəqondularda əhali artımı ildə 34%-ə  çatır. Həm də bu artım yalnız doğumla bağlı olmayıb daxili köçmələr hesabına da baş verir. Bu yerlərdə əhali sıxlığı hər bir kvadrat kilometrdə 128 min nəfərdir.

Bu gecəqondulardakı yaşayış sahələrinin orta həcmi 26.3 kv. metrdir. Bu vəziyyət komaların nə qədər bir-birinə yaxın, bitişik yerləşdiyini və insanlar arasında ünsiyyətin nə qədər sıx olduğunu göstərir. Sosioloq Samiyə əl-Səati bildirir ki, bu adamlardan heç biri deyə bilməz ki, onun kimdənsə gizli bir sirri vardır. Hər şey üzdədir, açıqdadır. Hətta qadın və qızların bədənləri də açıqdır. Bu cür şəraitdə həm doğum, həm də ölüm hallarının çoxluğu təsadüfi deyildir. Qadınların əksəriyyəti belə şaraitdə yaşadıqları üçün xəstə və zəifdirlər, bu məşəqqətlərə dözməyir və ya doğuş zamanı ölürlər. Televiziya ekranlarında və ya şəhər küçələrində fərqli, daha yaraşıqlı qadınlar görən kişilər, xüsusilə gənclər tez-tez onlara hücum edir, zorakılıq törədirlər. Həm də bu məhrumiyyətlərlə dolu həyat tərzi qızları və qadınları əxlaqsızlığa sürükləyir, nəticədə boşanma halları artır. Bu cəmiyyətlərdə qadınların arasında ölüm hallarının artmasının bir səbəbi də gənc, daha doğrusu azyaşlı qızların yaşca çox-çox böyük kişilərə ərə verilməsidir. Belə ki ər bu qadınların yeganə yaşayış mənbəyi olur, o öldükdən sonra qadın uşaqlarla birlikdə kimsəsiz qalmalı olur. Bu cür gecəqondu sakinlərinin gəlir mənbəyi də olmur, olanda da bir tikə çörəklə lobyaya zorla çatır.

Belə həyat şəraiti insanlarda bir-birinə qarşı istər bir ailə daxilində, istərsə də ailələr arasında ədavət, nifrət və zorakı əməllərə meyilliyi artırır. Bu cəmiyyətlərdə qeyri-adekvat insanlar yetişir.

Məsələ təkcə bununla bitmir, bu cəmiyyətlərin neqativ məhsulları bütün ölkə miqyasında özünü biruzə verib həm siyasi, həm də təhlükəsizlik sahələrinə mənfi təsir göstərir. Gecəqonduların darısqal küçələrində polis avtomobilləri hərəkət edə bilmir. Buna görə də buralar ən təhlükəli cinayətkarların gizlənməsi  üçün çox münasib olur. Sakinlərin ağır iqtisadi və sosial vəziyyətləri onlara bu cür canilər barədə müvafiq orqanları məlumatlandırmağa imkan vermir. Tədqiqatlar həmçinin sübut edir ki, bu cür yerlər terrorçular üçün də bir tapıntıdır. Çox zaman seçkilərdə bu yerlərin sakinlərindən qarmaqarışıqlıq salmaq üçün də istifadə edilir.

Bu sakinlər həm də gizli iqtisadi fəaliyyətlə məşğul olanlar üçün də əlverişli bir işçi qüvvəsidir. Burada işçilərin 81%-i qeyri-rəsmi iş yerlərində çalışır, sakinlər arasında işsizlik 20% -dir. İşləyənlərin orta əmək haqqı 200 funtdan artıq deyildir, bu da ailə üzvlərinin sayına baxdıqda çox cüzi bir məbləğdir.

Bu sahənin tədqiqatı ilə məşğul olan sosioloq Samiyə əl-Səati həmçinin bildirir ki, bu komaların sakinlərinin böyük əksəriyyəti kənd yerlərindən gəldikləri üçün rəsmi qeydiyyata malik deyillər və buna görə də dövlətdən lazımi yardımları da ala bilmirlər. Rəsmi sənədlərə malik olmayan bu adamlar nə maddi yardım, nə də kiçik kreditlər ala bilirlər. Nəticədə bütün əxlaqi dəyərlərdən məhrum, ac və yalavac bir cəmiyyətə yuvarlanmağa məcbur olurlar. Bütün yaşda olan insanlar, xüsusilə gənclər hər hansı bir  şəkildə sağlam həyat tərzi sürmək imkanından məhrumdurlar. Bu da onları cinayətkarlığa sürükləyir.

Tədqiqtlar həmçinin göstərir ki, sosial təminat müəssisələrində yerləşdirilən yeniyetmələrin 95%-i gecəqondu sakinləridir. Həmçinin bildirilir ki, gecəqondularda yaşayan məktəb yaşlı uşaqların 60%-i  təhsil ala bilmirlər. Bu da savadsızların sayını artırır. Həm də bu uşaqlar çox kiçik yaşlarından ailələrinə komək məqsədilə iş bazarına axışırlar. Burada da onlar çox zaman narkotik maddə alverçiləri və ya istifadəçiləri, insan alverilə məşğul olanlarla qarşılaşırlar. Hüquq mühafizə orqanlarının məlumatına görə, gecəqondu sakinləri olan uşaqlar ildə 17 min cinayət törədirlər. Bura hələ dilənçilik və didərgin həyat sürmə halları daxil deyildir.


Əhməd əl-Əzhəri

 
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Hamısı