Yaponların gizli əməliyyatı Pörl Harbor niyə faciəyə çevrildi?

Analitika 19:33 15.01.2017

1941-ci ilin 7 dekabr tarixində Yaponiya hərbi hava qüvvələrinin təyyarələri Amerikanın Sakit okean donanmasının gəmilərinə zərbə endirdilər. Gəmilər Pörl Harbor buxtasında idi. Qəfil hücum nəticəsində gəmilərə və təyyarələrə ciddi ziyan dəydi. Amerika prezidenti Ruzvelt 7 dekabr tarixini “biyabırçı gün” adlandırdı. Müharibədə amerikalıların əsas şüarı “Pörl Harboru xatırla” idi. Yaponlara Amerika donanmasını məhv etmək necə müyəssər oldu? Niyə hücum bu qədər uğurlu alındı?

Ölkə.Az bu gün məşhur Pörl Harbor hücumu barədə faktları oxucularına təqdim edəcək.

Əməliyyat yaponlar tərəfindən düzgün şəkildə həm planlaşdırıldı və həm də həyata keçirildi. Amma yaponlar əsas hədəflərini, yəni təyyarədaşıyan gəmiləri məhv edə bilmədilər. Müharibədən sonra 7 dekabr hadisələrinə alternativ baxış üzə çıxdı. Məlum oldu ki, yaponların hücumu barədə əvvəlcədən xəbərdarlıq edilə bilərdi. Konspiroloji versiyaya əsasən, Amerika rəhbərliyi qəsdən gəmiləri zərbə altında qoydu. Körfəzdə ancaq köhnə gəmilər var idi. Bu hücum ABŞ-a müharibəyə başlamaq üçün bəhanə verdi.

Tarixçəsi

1941-ci ildə Amerika rəhbərliyi müharibəyə qoşulmağa meyilli idi. Artıq iki il idi ki, dünya müharibəsi gedirdi. Bununla belə, birinci dünya müharibəsi dövründə olduğu kimi ictimai fikir hərbi əməliyyatlara qoşulmaq istəyini dəstəkləmirdi. Ruzvelt Hitlerin rəqiblərinə qarşı simpatiya duyurdu, amma müharibəyə qoşulmağa qərar verə bilmirdi.

Yaponlar isə Sakit okeanda imperiya qurmaq üçün müharibədən istifadə etməyi planlaşdırmışdılar. Artıq Çinin əhəmiyyətli hissəsinə nəzarəti yaponlar ələ keçirmişdi. Amma cənubi-şərqi Asiyada Avropa ölkələrinin koloniyalarının olması və ABŞ-ın mövqeyi vəziyyəti qəlizləşdirirdi. ABŞ yaponların bölgədə hakimlik iddiasından narazı idi. Böyük dövlətlərlə münasibətləri korlayaraq Asiyanı işğal etmək mümkün deyildi.

Hücum hazırlığı

Yaponlar düşünürdülər ki, istənilən halda britaniyalılara qarşı hərbi əməliyyat başlayanda müdaxilə edəcəklər. Yapon ştablarında amerikalılara birinci hücum edərək qüvvələri parçalamaq yerinə Asiyanın zəngin resurslarını tutmağın daha üstün olduğu və amerikalılara ehtiyac yarananda cavab vermək lazım olduğu barədə qızğın mübahisələr gedirdi. Nəticədə Amerika donanmasına zərbə endirmək fikrini müdafiə edənlər qalib gəldi. Bu fikri admiral Yamomoto dəstəkləyirdi. Onun fikrinə görə, amerikalılar istənilən halda müharibəyə qoşulacaqlar. Bu səbəbdən daha ciddi zərər vermək üçün ilk zərbəni yaponlar endirməli idi.

Əslində bu yanlış fikir idi. Çünki Amerika fiziki cəhətdən Sakit okeanda yaponlara qarşı savaş açmaq iqtidarında deyildi. Amerika donanması modernləşməyə ehtiyac duyurdu və ABŞ-ın müharibəyə qoşulması üçün kifayət qədər vaxt lazım idi. Hətta müharibə olacağı təqdirdə Amerika Filippindəki bazasını evakuasiya etmək barədə plan hazırlamışdı.

Hücum planı hazırlayarkən yaponlar 1940-cı ilin noyabr ayında İtaliyanın Tarantodakı hərbi dəniz bazasına britaniyalılar tərəfindən təşkil edilən hücumu incəliyinə qədər öyrəndilər. 20 Britaniya təyyarəsi limana hücum edərək 3 hərbi gəmini və İtaliya donanmasına məxsus linkorların tam yarısını batırdılar.

Eyni zamanda, Pörl Harbordakı Amerika təlimləri diqqətlə öyrənilmişdi. Təlimlər 30-cu illərin ortalarından başlamışdı və yaponlar dərk edirdilər ki, aviasiya hücumu kifayət qədər uğurlu alına bilər.

Bundan başqa hücum üçün optimal yol da seçilməli idi. Eskadra bazaya qəflətən və gözlənilmədən yaxınlaşmalı idi. Əgər gəmilər hücumu əvvəlcədən görsəydilər, hücum effektli alınmazdı. Bundan başqa marşrut xəttində Amerikaya məxsus kəşfiyyatçı təyyarələr var idi və o biri yol da ticarət marşrutundan keçirdi. Nəticədə ən çətin marşrut xətti seçildi. Hava şəraiti isə gəmilərin yanacaq doldurmasını çətinləşdirir və bütün əməliyyatı təhlükə altında qoyurdu.

Pilotların hazırlığına xüsusi diqqət ayrılmışdı. Sakit okean adalarının birində Pörl Harbor bazasının maketi qurulmuşdu. 1941-ci ilin sentyabr ayından pilotlar məşqlər edir, bazaya hücumların detallarını öyrənirdilər.

Amerikalıların hazırlığı

Yaponiya-ABŞ münasibətləri 1941-ci ildə konkret olaraq korlandı. Amerika yaponlara neft və polad satışına qarşı sanksiya tətbiq etdi. Embarqo qərarı yaponları cənubi-şərqi Asiyada aqressiv hərəkətlərə sövq etdi. Çünki bu ərazi təbii sərvətlərlə zəngin idi.

Buna baxmayaraq, amerikalılarla müharibə yaponlara aydın görünmürdü. Onların fikrinə görə, əgər Yaponiya Asiya ərazisini işğal etməyə davam etsə, ABŞ müharibəyə başlayacaqdı. Amma Amerika iqtisadiyyatının gücü yaponları qorxudurdu. Hər incəliyinə qədər işlənmiş plana sahib olan yaponlar ilin sonuna qədər ABŞ-a qarşı heç bir hərəkət etməyə cürət etmirdilər. Pörl Harbor hücumundan iki həftə əvvəl ABŞ dövlət katibi Kordell Hal Yaponiyaya ultimatum verdi. Ultimatumda yapon ordusunun Hind-Çindən və Çindən çıxarılması tələb edilirdi. Bu yaponlar tərəfindən müharibə öncəsi ultimatum kimi qəbul edildi və bu hadisədən sonra imperator Pörl Harbor hücumu barədə əmr verdi.

Amerikalılar isə tamamilə başqa ssenariyə hazırlaşırdılar. Onların fikrinə görə, zərbənin əsas hədəfi Filippin adaları olacaqdı. Bu adalarda bir neçə hərbi baza var idi. Amerika Filippindən Yaponiyanın cənub istiqamətindəki dəniz xətlərini hücuma məruz qoya bilərdi. Amma adanı genişmiqyaslı hücumdan qorumaq üçün amerikalıların imkanı yox idi. Bu səbəbdən belə bir hücum zamanı mütəxəssislər və hərbçilərin evakuasiyası nəzərdə tutulmuşdu. Amerika və Filippin qoşunlarının komandiri general Makarturun səyləri nəticəsində plan dəyişdirildi və amerikalılar adaları müdafiə etmək qərarına gəldilər.

Bu səbəbdən Pörl Harbora hücum variantı heç kəsin ağlına gəlmirdi və amerikalıların fikrinə görə, yaponlar eyni anda iki irimiqyaslı hərbi dəniz əməliyyatı həyata keçirmək iqtidarında deyillər. Sonradan məlum oldu ki, amerikalılar yanılıblar.

Hücum

1941-ci ilin noyabr ayının sonlarında altı gəmidaşıyan, 441 təyyarə, iki linkor, iki ağır kreyser, 11 esmines və sualtı qayıqlar qrupundan ibarət zərbə qrupu bazanı tərk edərək Havay adası Oaxuya tərəf istiqamət götürdü.

Eskadra yolda qarşısına çıxan Britaniya, Hollandiya və ya ABŞ-a məxsus istənilən ticarət gəmisini batırmaq barədə əmr almışdı. Digər dövlətlərə məxsus gəmilər isə abordaj üsulu ilə ələ keçirilməli idi. Bu hərəkət eskadranın səfərini gizli saxlamalı idi. Əgər eskadra 6 dekabr tarixinə qədər görülsəydi, bazaya hücum planı ləğv edilməli idi. Bununla belə, yolboyu heç bir gəmini batırmaq və ya tutmaq lazım olmadı. Çünki eskadra ən çətin marşrutla hərəkət edirdi və nadir hallarda gəmilər bu yoldan istifadə edirdilər.

İlk olaraq, sualtı qayıqlar hərəkətə keçməli idi. Bu tapşırıq uğursuz alındı və iki qayığın taleyi hələ də məlum deyil. Qayıqlardan biri rifə oturdu. Digər iki qayıq isə limana daxil olsa da texniki problem ortaya çıxdı. Qayıqlar hücumdan bir neçə saat əvvəl məhv edildi. Gecə hücumu barədə məlumat ştaba texniki problem səbəbindən bir neçə saat sonra çatdı. Artıq bir neçə dəqiqə sonra hücum başlayacaqdı.
Hücumdan bir saat əvvəl Havay adalarındakı radiolakasiya stansiyası yapon təyyarələrini aşkar etdi. Amma zabitlər ada yaxınlığında qeydə alınan təyyarələrə əhəmiyyət vermədilər. Çox güman ki, bu təyyarələrin Amerikaya məxsus olduğu güman edilmişdi.

Hücum vaxtı ideal seçilmişdi. Bazar səhəri bir çox dənizçi, pilot və zenitçi istirahətə çıxmışdı. Donanma demək olar ki, müdafiəsiz idi.
İlk hücum dalğasında 183 yapon təyyarəsi-100 bombardmançı, 40 torpeda atan təyyarə və 40 qırıcı iştirak edirdi. Onların əsas hədəfi linkorlar idi. Linkorlar iri gəmilər idi və rəqib üçün o dövrdə təhlükəli gəmi sayılırdı.

Hücumdan sonra ilk dəqiqələrdə hərc-mərclik hökm sürürdü. Bazada çox adam yox idi və bir çoxları yatağından yenicə durmuşdu. Təlim yox, hücuma məruz qaldıqlarını anlayandan sonra kontr-admiral Farlonq bütün gəmilərə dənizə çıxmağı əmr etdi. Geniş ərazidə manevr etmək imkanı var idi.

Amma artıq gec idi. Yan-yana bağlanmış linkorlar yapon qırıcıları üçün asan hədəf idi. Təyyarələr gəmilərə zərbə endirdilər. Bombardmançılar və qırıcılar isə aerodromları hədəf almışdılar. Bu iki aerodromda bir neçə yüz Amerika təyyarəsi var idi və heç biri havaya qalxa bilmədi.

Ən ciddi zərbə “Arizona” linkoruna dəydi. İlk bombalar bu gəmiyə düşdü.1500 nəfərlik ekipajdan cəmi 400 nəfər xilas ola bildi.
Bütün sursatı istifadə edən ilk hücum dalğası təyyarədaşıyanlara qayıtdı. Sonra ikinci hücum başladı. Bu zaman 163 təyyarə havaya qalxdı. Bu dəfə torpeda daşıyan təyyarələrdən istifadə edilmədi. Çünki əsas hədəf aerodromlar idi.

Amerika təyyarələri yanbayan düzülmüşdü və tamamilə müdafiəsiz idilər. Uçuş üçün lazım olan vaxta yaponlar 10 hücum təşkil edə bilərdilər. Bu səbəbdən pilotlar təyyarələrə bərkidilmiş pulemyotları çıxararaq yerdə uzanıb atəş açmağa başladılar.

Pörl Harbor hücumu zamanı Amerika aviasiyası donanmaya nisbətən daha çox itki verdi. Cəmi bir neçə təyyarə havaya qalxa bilmişdi.

Hücum iki saat sonra yaponların uğuru ilə başa çatdı. Onlar iki linkoru batırdılar, üç gəmi də saya oturdu. 200 təyyarə məhv edildi və 150 təyyarəyə ciddi ziyan dəydi. 2403 amerikalı həlak oldu. Yaponlar isə 29 təyyarə və 5 qayıq itirdilər. Şəxsi heyətdən isə cəmi 64 nəfər həlak oldu.

Alternativ versiya

Müharibədən sonra Amerika rəhbərliyinin donanmanı qəsdən zərbə altında qoyduğu barədə versiya səslənməyə başladı. Çünki bu hücum Amerika cəmiyyətini müharibəyə kökləyə bilərdi. O dövrdə amerikalıların əksəriyyəti müharibəyə qoşulmamaq barədə fikri dəstəkləyirdilər. Birinci dünya müharibəsində də almanlar tərəfindən “Luzitaniya” sərnişin layneri batırıldıqdan sonra ABŞ müharibəyə qoşulmuşdu.

Bu versiyanı bəzi faktlar sübut edir:

*Hücum vaxtı yapon donanmasının əsas hədəfi sayılan təyyarədaşıyanların olmaması. Hücumdan bir neçə gün əvvəl təyyarədaşıyanlar limandan çıxarılaraq başqa yerə aparılmışdı. Artıq köhnə sayılan linkorlar hücuma məruz qalmışdı.

*Amerikalıların laqeyd münasibəti. Kiçik sualtı qayıqlar limana girə bilərdi. Hücuma məruz qalan gəmilər isə bu barədə gec məlumat verdilər. Onların mesajı ştaba səhər çatdı.

*Hücumdan 50 dəqiqə əvvəl radiolakasiyanın təyyarə barədə məlumatı qulaqardına vuruldu. Hücum gecəsi Amerika kəşfiyyatı yapon şifrələməsini ələ keçirir. Məlum olur ki, 7 dekabr tarixində yaponlar müharibə elan edəcəklər. Buna baxmayaraq, donanmanın Pörl Harbor bazasında hərbi hazırlıq elan edilmir. Eyni zamanda, məzuniyyət və tətillər ləğv edilmir. Baza qısacası hücumu dəf etməyə hazır deyildi.
Bununla belə, bütün baş verən hadisələr rəhbərliyin donanmanı zərbə altında qoyma planından çox, rəqibin düzgün dəyərləndirilməməsi ilə izah edilə bilər. Bütün ABŞ komandanlığı tamamilə əmin idi ki, yaponların əsas hədəfi Filippinlər olacaq. Çünki bu adaları ələ keçirmədən Sakit okeanda effektiv hərəkət etmək mümkün deyildi. Amerikalılar yaponlar tərəfindən eyni anda iki hücum əməliyyatının keçirilməyəcəyinə əmin olduqları üçün Havay adalarındakı bazanın təhlükədə olmadığını düşünürdülər.

Nəticə

Amerikanın Sakit okeandakı donanması bir neçə ay ciddi əməliyyatlar keçirmək imkanından məhrum oldu. Bu isə yaponlara Asiyada uğurlu hücumlar həyata keçirməyə şərait yaratdı. İlk baxışdan elə təəssürat yaranır ki, yaponlar fantastik uğur əldə etdilər və əməliyyat uğurlu idi. Əgər Pörl Harbor hücumuna baxsaq, bu belədir. Yaponlar qələbə qazanıblar. Amma məsələyə qlobal yanaşsaq, əməliyyat elə də uğurlu deyildi.

Yaponlar əsasən linkor gəmilərinə zərbə endirdilər. Amma İkinci Dünya Müharibəsinin şərtlərinə əsasən, aviasiya ilə müşayiət edilməyən linkorlar ən asan hədəfə çevrilirdilər. Onların dövrü keçmişdi və təyyarə daşıyan gəmilərin dövrü başlamışdı. Amerikalılar bu tip gəmilərini sağ-salamat qoruya bildilər. Çünki hücum günü limanda heç bir təyyarə daşıyan gəmi yox idi. Beləcə, amerikalıların əsas zərbə gücü əvvəlki kimi qalmışdı və bir hücumla donanmanı məhv etmək tapşırığı yerinə yetirilməmişdi.

Bundan başqa, yapon pilotlar hücum zamanı bütün diqqətlərini gəmi və aerodromlara yönəltmişdilər və neft anbarlarını tamamilə unutmuşdular. Pörl Harbor Sakit Okean donanmasının ən böyük bazalarından biri idi və anbarlarda kifayət qədər yanacaq saxlanılırdı. Əgər bu yanacaq ehtiyatı məhv edilsəydi, donanmaya daha çox ziyan dəyərdi. Çünki gəmilər yanacaq olmadan hərəkət edə bilməzdi. O dövrdə amerikalılar üçün uzaqda yerləşən bazaya yanacaq çatdırmaq çox böyük problem idi. Bundan başqa, yaponlar bazanın infrasturkturunu da məhv etmədilər və bu da amerikalılara çox yardımçı oldu.

Bu səbəbdən strateji nöqteyi-nəzərdən Pörl Harbor hücumu uğursuz sayıla bilər. Sakit Okean donanmasının ən vacib bazasını məhv etmək və uzun müddət istifadəsinin qarşısını almaq əvəzinə lazımsız linkorları məhv etməyə başladılar. Yaponlar qəfil hücum etsələr də, bundan istifadə edərək daha çox fayda əldə edə bilmədilər.

Pörl Harbor effekti cəmi bir neçə ay davam etdi. Hücumdan cəmi 6 ay sonra Amerika təyyarə daşıyanları Miduey ətrafında yapon donanmasını məhv etdilər və Yaponiyanın dörd təyyarə daşıyan gəmisini suyun dibinə göndərdilər. Bu hücumdan sonra yaponlar müharibənin sonlarına qədər irimiqyaslı hücum etmək imkanından məhrum oldular və strateji təşəbbüsü əldən verdilər...


Hikmət

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
Hamısı