Müasir insanı necə anlayaq? – Oğuz Ayvaz yazır...

Yazarlar 11:00 29.09.2023

İnsanlar ibtidai dövrdə heyvanları öldürəndə günah hissi yaşayırmışlar. Heyvanları ovlamaq insanların yaşamaq mübarizəsinin əsasını təşkil edirdi. Onlar ovlamasa, ac qalardılar. Yaşamaq üçün başqalarının qurban olması tələb olunurdu. İnsan isə öldürdüyü heyvanı mağaraya gətirəndə içində bir peşmanlıq hissi duyur. Hətta heyvanları öldürüb dərisini soyanda, sümüklərini bir yerə yığanda inanırlarmış ki, heyvan təzədən diriləcək.

İlk insanlar Tanrını, onları xilas edəcək gücü göylərdə axtarırdılar. İnsan ibtidai dövrdə də, modern dövrdə də həmişə qorxu içində olub, ona görə nəyəsə sığınmaq ehtiyacı hiss edib. Ziqmund Freyd "Totem və tabu" kitabında bizim qorxularımızdan danışanda yazırdı ki, insan şimşəkdən qorxanda ata-anasına sığınırdı, sonradan bu sığınacağın adı Allah və dinlər oldu. Əslində, kədərli faktdır. İnsan təsəlli üçün, qorxusunu dəf etmək üçün nəyəsə inanır. Yəni insan tarix üçün yalnızca tikinti materialıdır. İnsanlar həyatlarının qıraq-bucağını xoşbəxtliklə doldurmaq, ölümü unutmaq, kədəri azaltmaq, ağrılarını dindirmək üçün miflər yaradırlar və inanırlar ki, o miflər onların yaşaması üçün vacibdir.

İndi isə bir ayrı mif yaranıb – internet. Mifsiz insanın yaşamağı mümkünsüzdür. Nə qədər elmi faktlar əsas götürülsə də, insanlar yenə də mifə ehtiyac duyur. Çünki mif təsəllidir, komfortdur. 

İnternet əsri insanı insandan ayrı salıb. Səhv etmirəmsə, Tarkovskinin “Solyaris” filmində deyilirdi: “İnsana insan lazımdır”. Dünyada ünsiyyət aclığı, ötəri münasibətlər, xəyanətlər, boşanmalar artıq adi hal alıb. İbtida dövrdə heyvan insana sağ qalmaq üçün lazım idi. İndiki dövrdə də insanlar heyvanlara sığınıb. Çünki heyvanlar yeganə ünsiyyət mənbəyidir. Azərbaycanda, demək olar, hər 3 ailədən biri ya pişik, ya it, ya da tutuquşu saxlayır. Təklikdən, tənhalıqdan qurtulmağın bir yolu da heyvan saxlamaq olub. Əslində, keçən əsrdə də insanlar heyvan saxlamağı çox sevirdilər. İndi isə heyvanı başqalarına görə saxlamaq dəbə minib. Tiktokda onun videosunu çəkmək üçün, layk yığmaq üçün və s.  

Müasir insan qərarsız, düşüncəsi xaos içində, stressli, depressiv bir ömür sürür. Yalnızlığını heyvanlarda tapır, bir müddət sonra marağı öləziyir, heyvanı azdırır, əlindəki ağıllı telefonunda “google”-a necə xoşbəxt olaram yazır. Tapdığı videolarda, məqalələrdə özünü axtarır. Tapa bilmir. Bir də baxır ki, gecə düşüb...

Bu yazım indiki insanı anlamaq mövzusundadır. Hər tərəfdə, hər küçədə kapitalizmin parıltılı işığı gözümüzü qamaşdırır. Endirim, faizsiz kredit, “Ayfonun təzəsi çıxdı”, “Qadın paltarlarında şok endirim”, “Nə alsan 1 manat, “İpoteka ilə ev sahibi olun”, “Topaz oyna, qazan”, Onlayn qumar oyunları, bankların reklam çarxları və. s. 

Müasir insanın bir gününü aşağı-yuxarı bu cür səciyyələndirmək olar:

Səhər yuxudan duran kimi əl-üzünü yumadan telefonu əlinə alır, çay içə-içə Tiktoka baxır, əynini geyinir, qulaqcıq taxır, işə gedir, yolda oyun oynayır, musiqi dinləyir, işə çatır, müdir gecikməsinə görə danlayır, komputer arxasına keçir, reklam çarxları, yazışmalar, layklar, rəylər, izlənmələr, trendə düşənlər, axşam olur, evə gedir, yeməyini qucağında yeyir, bir əlində telefonu, telefonu əmzik kimi əlindən düşürmür, gecə yatanda da telefonunu başının üstünə qoyur, ona inanır, onu sevir...

Müasir insanın gələcəyə ümidi yoxdur. O ümidsizlik içindədir. İbtidai vaxtı insanın yaşamaq üçün çox səbəbləri vardı. Kəşf etmək sevdası, nəyisə tapmağın sevinci. Bu gün yuxudan oyanacam və bilmədiyim bir şeyi tapıb ortaya çıxardacam, sonra həmin tapıntımı başqaları ilə də bölüşəcəm. 

Müasir insanın tapmağa bir şeyi qalmayıb. O artıq hər şeyə sahibdir. Kreditlə hər şeyi əldə edə bilər. Arzular belə qısırlaşıb. Əvvəllər nəyisə əldə etmək üçün əlləşib vuruşurdun, o arzunun rəngləri vardı. İndi arzunun bircə çıxış yolu var – kredit. Kreditlə arzularına qovuşa bilirsən. Ancaq həbsə düşürsən. Kredit həbsinə. Bundan sonrakı həyatına kreditin dəmir barmaqlıqları arasından baxırsan. Müasir həyat “Squid game” serialındakı kimi hamımızı ölümlə sınayır. Biz nəyisə əldə etmək üçün ölümə hazır olmalıyıq. Ölüm burada metaforadır. Özümüzü heçliyə, məğlubiyyətə təslim etməkdən gedir söhbət. 

Keçən dəfə qızımla şəhəri gəzirdik. Hər yerdən bozluq yağırdı. Həyatın rənglərini elə bil solğunlaşdırmışdılar. Məncə, müasir insanın həyatı da belədir. Sevdiyin yeməyi kafelərin birində yeyirsən. Görürsən ki, hər şey yerindədir, duzu, ədviyyatı və s. Ancaq evdə ananın bişirdiyi o dad yoxdur. Mənə elə gəlir, indi biz o dadı itirmişik. Bir Norveç filmi var. Bir adam avtobusla bir şəhərə gətirilir. Bu şəhərdə ona hər şey verilir. Gözəl qadınla ailə həyatı qurur. İşi əladır. Müdiri ona tez-tez istirahət verir. Yəni bu insanın bu həyatda arzuladığı hər şey yerinə yetib. Ancaq o darıxır. Xoşbəxt deyil. Rejissor təkcə həmin adamın deyil, o şəhərdəki hamının xoşbəxt olmamağının səbəbini yemək və sevişmə səhnələrində göstərir. Heç kim yeməkdən dad, sevişmədən zövq ala bilmir. İndi o filmin personajları kimiyik, əslində. Hər şey var, ancaq dad yoxdur. Dad itib. O dadı kim itirib? Bilmirəm. Ancaq o dad yoxa çıxıb. O dad, görən, hansı divarların arxasındadır?

Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO

Xəbər xətti

Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
16:32 01.12.2023
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir
16:22 01.12.2023
Şoyqu: Ukrayna əks hücumda 125 min hərbçi itirib
16:20 01.12.2023
Bu il 1800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub – TƏBİB
Bu il 1800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub – TƏBİB
16:12 01.12.2023
Ölkəyə qanunsuz yolla 14 “iPhone” keçirmək istədilər
15:53 01.12.2023
Ukrayna sərhəd bölgələrə qala tipli sədlər çəkir
15:50 01.12.2023
AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - VİDEO
AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - VİDEO
15:44 01.12.2023
Bu şəxslərə qızılca əleyhinə peyvənd vurmaq olmaz - XƏBƏRDARLIQ
15:36 01.12.2023
Xuraman Muradova: "Ən dəyərli azadlıq ruhun azadlığıdır" - MÜSAHİBƏ
15:30 01.12.2023
Jurnalistin bir günü – Almaniyalı jurnalistlə ÖZƏL MÜSAHİBƏ
Jurnalistin bir günü – Almaniyalı jurnalistlə ÖZƏL MÜSAHİBƏ
15:30 01.12.2023
Tərtər rayonunda xeyli sayda sursat aşkar edildi
15:22 01.12.2023
Hansı şəxslərin qızılca əleyhinə peyvəndlənməyəcəyi AÇIQLANDI
15:13 01.12.2023
İşğaldan azad edilmiş ərazilərdə daha 475 mina AŞKARLANDI
15:10 01.12.2023
Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi
Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi
14:54 01.12.2023
"Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
14:51 01.12.2023
Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ
14:45 01.12.2023
“Abzas Media”nın əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib
“Abzas Media”nın əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib
14:38 01.12.2023
İlham Əliyev Türkiyə və Xorvatiya liderləri ilə görüşdü
14:25 01.12.2023
İnsanlar QİÇS-ə necə yoluxur? - Ekspertdən AÇIQLAMA
İnsanlar QİÇS-ə necə yoluxur? - Ekspertdən AÇIQLAMA
14:20 01.12.2023
Poroşenkonun Ukraynadan çıxışına icazə verilmədi
14:15 01.12.2023
Zərdabda ikinci sinif şagirdi vəfat ETDİ
Zərdabda ikinci sinif şagirdi vəfat ETDİ
14:08 01.12.2023
Azərbaycanda yayılan qızılca xəstəliyinin səbəbləri... - Məktəblilərin ölümü... - ÇIXIŞ YOLU NƏDİR?
14:00 01.12.2023
DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ
13:53 01.12.2023
Azərbaycan XİN Rumıniyanın milli bayramını təbrik etdi
13:39 01.12.2023
Ispaniya: Israil beynəlxalq hüquqa hörmət etmir
Ispaniya: Israil beynəlxalq hüquqa hörmət etmir
13:30 01.12.2023
Rəqabət Məcəlləsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
13:25 01.12.2023
50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadan keçmiş məhkum TUTULDU
13:20 01.12.2023
Krımda qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Krımda qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb
13:12 01.12.2023
Politoloq: "Azərbaycan bir gün bu addımlara qarşı çox kəskin reaksiya verəcək" - ŞƏRH
13:05 01.12.2023
DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ
12:52 01.12.2023
Maliyyə naziri büdcə haqqında qanun layihəsinə dəyişiklikləri MM-ə təqdim edib
12:47 01.12.2023
Qazaxıstan nüvə silahını sınaqdan keçirərək “bu bizə dərs olsun” mesajı verib
Qazaxıstan nüvə silahını sınaqdan keçirərək “bu bizə dərs olsun” mesajı verib
12:37 01.12.2023
Rusiya Asiyadan niyə narahatdır? - ANALİTİKA
12:30 01.12.2023
Almaniyada işsizlik rekord həddə çatıb
Almaniyada işsizlik rekord həddə çatıb
12:25 01.12.2023
Şənbə gününün HAVA PROQNOZU açıqlandı
12:23 01.12.2023
Trampın həyatı film olur
12:20 01.12.2023
Britaniya xalqının böyük bir qismi Aİ - yə qatılmağın lehinədir - SORĞU
Britaniya xalqının böyük bir qismi Aİ - yə qatılmağın lehinədir - SORĞU
12:15 01.12.2023
Bakıda bu məktəb qızılcaya görə distant təhsilə KEÇDİ
12:12 01.12.2023
Həmasdan İsrailə növbəti XƏBƏRDARLIQ
Həmasdan İsrailə növbəti XƏBƏRDARLIQ
12:12 01.12.2023
1 milyonluq divar rəsmi söküldü
12:09 01.12.2023
Hamısı