Pakistanın güc strukturlarının Sehvan-Şerifdə baş verən terror aktından sonra ölkənin müxtəlif hissələrində keçirdikləri xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.
Məlumatı Pakistan ordusunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, dünən Pakistanın cənubunda yerləşən Sind əyalətində Sehvan-Şerif şəhərindəki məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən artıq insan yaralanıb.
İŞİD hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.