Pakistanın Çarsadda şəhərindəki mәhkәmә binasına tәşkil edilәn hücum nәticәsindә ilkin mәlumatlara görә 4 nәfәr hәlak olub, 10 nәfәr dә yaralanıb.
TRT xəbər verir ki, polisin mәlumatına görә, hücumu üç terrorçu-kamikadze törәdib.
Mәlumata görә, terrorçular ilә polis әmәkdaşları arasında atışma baş verib, nәticәdә 2 terrorçu öldürülüb.
Üçüncü terrorçu-kamikadzenin üzәrindәki partlayıcı qurğunu işә salması nәticәsindә isә 4 nәfәr hәlak olub, 10 nәfәr xәsarәt alıb.
Qeyd edәk ki, yaralılar әtrafdakı xәstәxanalara çatdırılıblar. Hadisәdәn sonra təhlükəsizlik tədbirləri güclәndirilib.
* * *
Pakistanın şimalında, Tanqa şəhərindəki məhkəmə binasında partlayış olub.
Hadisə nəticəsində ən azı 13 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, Pakistan polisi atəş açan zaman terrorçu-intiharçı partlayıb.