Suriya ordusu Rusiya hərbi təyyarələrinin dəstəyi ilə strateji cəhətdən əhəmiyyətli olan Xüms vilayətinin Əl Sukna qəsəbəsini İŞİD-dən təmizləyərək Deyr əz-Zora yaxınlaşıb.
Dünən gecə 8 min əsgərlə hücuma keçən Suriya ordusu qarşıdurmada xeyli İŞİD-çini məhv edib.
Ölənlərin arasında İŞİD-in Əl Suknadakı əmiri Ömər əl Tunisi də olub.